Bu ölkədə deputatlar prezidentə qarşı impiçment prosesinə başlayır
Peru Konqresinin (birpalatalı parlament) bir qrup deputatı korrupsiya qalmaqallarına görə prezident Dina Boluarteyə qarşı impiçment prosesinin başlanmasını təklif edib. Bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, təklifi Konqresin 130 deputatından 28-i bəyənib. Parlament indi təşəbbüsün baxılmaq üçün qəbul edilib-edilməyəcəyinə səsvermə yolu ilə qərar verməlidir. Təklifdə Boluartenin əli olduğu bir neçə qalmaqal sadalanıb. Xüsusilə, istintaqa maneçilik və qanunsuz varlanma şübhələri qeyd edilib.
Mətləb