Bu gün Gürcüstan parlamenti qalmaqallı layihəni müzakirə edəcək
Bu gün Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi plenar iclasda üçüncü oxunuşda müzakirəyə çıxarılacaq. Bu qanun layihəsini Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası təqdim edib.
Üçüncü oxunuş əsasən texniki və redaksiya məzmununun müzakirəsini nəzərdə tutur. Ona görə də bu gün parlamentdə qanun layihəsinə baxılması prosesinin başa çatacağı və qəbul olunacağı gözlənilir. Daha sonra sənəd imzalanmaq üçün prezidentə təqdim olunacaq.
Qeyd edək ki, sözügedən layihə ilə bağlı bir neçə gün əvvəl başlayan, dünən isə 30-dan artıq universitetin tələbələrinin də qatıldığı genişmiqyaslı aksiya bu gün bərpa olunub. Yerli vaxtla saat 10:00-dan etibarən tələbələr universitetlərdən qanunverici orqana doğru yürüş edirlər.
Mətləb