UEFA Konfrans Liqasının finalını bu hakimlər idarə edəcək
Futbol üzrə UEFA Konfrans Liqasının finalında keçiriləcək "Olimpiakos" - "Fiorentina" matçının baş hakimi Portuqaliya Futbol Federasiyasından Artur Soareş Diaş olacaq. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Diaşa həmyerliləri Paulu Soareş və Pedru Ribeyru köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə isveçli Qlenn Nyuberq yerinə yetirəcək.
Qeyd edək ki, "Olimpiakos" - "Fiorentina" görüşü mayın 29-da Afinada keçiriləcək.
Mətləb Salahov