Rusiya sərhədçiləri Zəngəzurdakı postları sökür...
Rusiya sərhədçiləri Ermənistanın Zəngəzur (Sünik) rayonundakı postlarını sökməyə başlayıblar.
“Sputnik Ermənistan” xəbər verir ki, onlar Gorus və Qafanın Çakaten arasındakı ərazidə mobil yerləşdirmə məntəqələrini bağlamağa başlayıblar.
Rusiya sərhədçiləriu 44 günlük müharibədən sonra - 2020-ci ilin dekabrında bu ərazidə məskunlaşıblar.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya hərbçilərinin və sərhədçilərinin Qeqarkunik, Sünik, Tavuş, Ararat və Vayots Dzor bölgələrindən çıxacağı açıqlanıb.
TAHİR