Birinci Qarabağ müharibəsinin iki şəhidi Ağdamda dəfn edildi
Birinici Qarabağ müharibəsi zamanı Ağdamda gedən döyüşlərdə həyatını itirən şəhidlərin nəşinin qalıqları Ağdam rayon Quzanlı qəsəbəsindəki şəhidlər xiyabanında dəfn edilib.
Trend-in Qarabağ bürosu xəbər verir ki, 31 il itkin kimi qeydiyyatda olan Əzizov Məhərrəm İsmayıl oğlu və Əliyev Hikmət Zili oğlunun nəşinin qalıqları Ağdam rayon işğaldan azad olunmuş Sarıcalı kəndi ərazisində aşkar olunub.
Şəhidlə vida mərasimi olub və cənazə namazı qılınaraq şəhidlərimizin ruhuna dualar oxunub. Daha sonra şəhidin nəşi dəfn üçün kənd məzarlığına gətirilib.
Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, hökumət və ictimaiyyət nümayəndələri, rayon sakinləri, qazilər, şəhid ailələri, döyüş yoldaşları, media nümayəndələri iştirak ediblər.
Dəfn zamanı şəhidlərimizin ruhuna dualar oxunub və “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib.
Şəhidlərin nəşinin qalıqları torpağa tapşırılıb.