BAMF nümayəndələri BMT-nin Baş Qərargahında işgüzar səfərdə olublar
Beynəlxalq Avrasiya Mətbuat Fondunun nümayəndələri BMT-nin Nyu-York şəhərində yerləşən Baş Qərargahında işgüzar səfərdə olublar. Səfər zamanı BAMF-ın vitse-prezidenti Oğuz Mirzəyev və BAMF-ın İnsan Resursları üzrə Mütəxəssisi Heydər Rzayev BMT-nin baş qərargahında bir sıra konfranslarda fəal iştirak edərək aktual və qlobal məsələlərə dair fikir mübadiləsi aparıblar.
Daha sonra BAMF nümayəndələri BMT-nin QHT Bölməsinin rəhbəri, cənab Vuk-Jin Çanq ilə görüşüb. Görüşdə hər iki tərəfin humanitar səylərinin inkişaf etdirilməsi, sülhün təşviq edilməsi, tərəfdaşlığı gücləndirmək və əməkdaşlığı genişləndirmək barəsində müzakirələr aparılıb. Görüş zamanı Azərbaycan QHT-lərinin BMT-nin ECOSOC-da təmsilçiliyinin və inteqrasiyasının gücləndirilməsi strategiyaları, o cümlədən Azərbaycanda yerli QHT-lər üçün BMT-nin ECOSOC statusunun necə əldə edilməsi ilə bağlı onlayn sessiyaların keçirilməsi təklifi ətrafında müzakirələr olub.
Müzakirə olunan digər mühüm mövzu isə BAMF-ın dördillik hesabatlarının BMT-yə təqdim edilməsi olub. Görüş cənab Vuk-Cin Çanqın, BAMF tərəfindən göndərilən Azərbaycana səfər ilə əlaqədar dəvətinin qəbul etməsi ilə yekunlaşıb.
Mətləb