Mariya Stadnik güləş tarixində bir ilkə imza atdı
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 35 yaşlı idmançı buna Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində nail olub. Titullu güləşçimiz lisenziya uğrunda görüşdə italiyalı Emmanuela Liuççi ilə qarşılaşıb. Rəqibini məğlub edən (10:0) M.Stadnik Paris-2024-ə vəsiqə əldə edib.
M.Stadnik karyerası ərzində 5-ci dəfə Yay Olimpiya Oyunlarında iştirak edəcək. Bu isə qadın güləşi tarixində ilkdir.
Mətləb