ABŞ-dan İsrailə XƏBƏRDARLIQ: "Rəfahda genişmiqyaslı quru əməliyyatına qarşıyıq"
ABŞ dövlət katibi Entoni Blinkenlə İsrailin müdafiə naziri Yoav Qalant arasında telefon danışığı olub. ABŞ Dövlət Departamentinin rəsmi açıqlamasında deyilir ki, E.Blinken ölkəsinin İsrailin təhlükəsizliyinə sarsılmaz dəstəyini və “Həmas”ın məğlubiyyəti üçün eyni məqsədə xidmət etdiklərini bir daha vurğulayıb. Tərəflər Qəzzada vəziyyəti və girovların azad edilməsi üçün səyləri müzakirə ediblər.
Dövlət katibi Vaşinqtonun bir milyondan çox insanın sığındığı Rəfahda genişmiqyaslı quru əməliyyatına qarşı çıxdığını bir daha təsdiqləyib. O, mülki əhalinin və humanitar yardım işçilərinin müdafiəsinin təcili təmin olunmasının vacibliyini vurğulayıb.
Mətləb Salahov