Ermənistan 10 milyon avro kredit alacaq - Zəngəzurda yeni gömrük məntəqəsi tikmək üçün
Ermənistan hökuməti Sünik (Zəngəzur – red.) bölgəsində yeni gömrük və logistika mərkəzinin tikintisi üçün Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) 10 milyon avro kredit alacaq.
Ermənistan mediasının yazdığına görə, gömrük məntəqəsinin Qərbi Zəngəzurun Şəki kəndində 7,7 hektar ərazidə tikilməsinin nəzərdə tutulduğu bildirilir. Hökumətin qərarına əsasən, Zəngəzur vilayətində belə bir mərkəzin yaradılması prioritet məsələdir. Çünki bölgədə iki müvəqqəti saxlama anbarı olsa da, onların ərazi və tikinti şəraiti, eləcə də gömrük xidməti üçün lazımi texniki avadanlıqları yoxdur.
Mətləb Salahov