Ukrayna 20 minədək məhbusu müharibəyə göndərməyə hazırlaşır...
Ukraynanın ədliyyə naziri Denis Malyuska BBC-yə deyib ki, 20 minədək məhbus və məhkumluğu olan şəxs Ukrayna Silahlı Qüvvələrinin sıralarına cəlb edilə bilər.
“Strana” nəşrinin yazdığına görə, hazırda ölkədəki cəzaçəkmə müəssisələrində 28 minə yaxın şəxs saxlanılır və ordu sıralarına cəlb olunacaq məhbusların sayı 10-15 mini keçməyəcək.
Qeyd edək ki, bir müddət öncə Ali Rada məhkumların səfərbər edilməsi haqqında qanun layihəsini qəbul edib. Sənədə əsasən, “milli təhlükəsizliyin əsaslarına qarşı cinayət törədən şəxslər, qatillər, zorlama maddəsi ilə həbs olunanlar, pedofillər, həmçinin spirtli içki və ya narkotik vasitələrin təsiri altında ölümlə nəticələnən yol-nəqliyyat hadisələri törədənlər istisna olmaqla, bütün məhkumlar səfərbərliyə cəlb olunacaq.
Ədliyyə nazirinin sözlərinə görə, minlərlə məhbus Ukrayna ordusu sıralarına qoşulmağa hazırdır. O, həmçinin cinayət keçmişi olan azı 50 min nəfərin hərbi xidmətə çağırıla biləcəyini elan edib.
ZÜMRÜD