"Zamanı gəldikdə Şuşada konsulluq açılacaq" - Səfir Cahit Bağcı
Qarabağda aparılan bərpa-quruculuq işlərində türk şirkətləri fəal iştirak edirlər. Türk şirkətləri işğaldan azad olunmuş bölgələrdə, sadəcə, dəmir və avtomobil yolları tikmir, eyni zamanda, tunellərin, su anbarlarının inşasında, aqroparkların yaradılmasında da iştirak edirlər.
Bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı deyib.
O bildirib ki, Qarabağda kəndlərin və şəhərlərin yenidən qurulması prosesinə də türk şirkətləri cəlb olunublar.
Türkiyənin Şuşa şəhərində baş konsulluq açması məsələsinə də münasibət bildirən diplomat qeyd edib ki, Türkiyə Azərbaycanla birlikdə bu məsələni müzakirə etməkdədir. O qeyd edib ki, zamanı gəldikdə Şuşada konsulluq açılacaq.
ZÜMRÜD