Paşinyan revanşist keşişləri cəzalandırmağa başladı...
Eçmiadzin dəftərxanasının rəhbəri arxiyepiskop Arşak Xaçatryan Ermənistan Milli Təhlükəısizlik Xidmətinə çağırılıb. Trend bu barədə Ermənistan mətbuatına istinadən xəbər verir.
“Mənbələrimizə əsasən, aprelin 23-də hökumət tərəfindən təqiblərə səsəb arxiyepiskop Arşak Xaçatryanın fəallığı, onun sərt mövqeyi, tənqidi çıxışları, müsahibələri və xüsusilə məşəl yürüşü zamanı çıxışı olub”, - Ermənistan mətbuatı yazıb.
Qeyd edək ki, Ermənistanın Armavir vilayətinin sakinləri Azərbaycanla sərhədlərin delimitasiyası çərçivəsində əldə olunan razılaşmaya etiraz olaraq İrəvan - Armavir yolunu bağlayıb. Buna səbəb isə, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycan Respublikası Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Ermənistan Respublikası Komissiyasının 8-ci görüşünün yekunlarına əsasən əldə edilmiş razılaşmalara müvafiq olaraq, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası sərhədində iki ölkənin ekspert qrupları ərazidə geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi prosesinə başlaması olub.