Rusiyadan XİN rəhbərlərinin Almatı görüşü ilə bağlı açıqlama...
Rusiya Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin mayın 10-da Almatıda keçiriləcək görüşünü alqışlayır.
Trend xəbər verir ki, bu barədə bu gün Rusiya XİN-in mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinq zamanı bildirib.
“Moskva Ermənistan-Azərbaycan prosesinin normallaşmasının irəliləməsinə yardımı davam etdirməyə hazırdır. Bu məsələlər həmçinin, Putin və Paşinyanın bugünkü danışıqlarının gündəliyindədir”, - o deyib.
Qeyd edək ki, daha öncə əldə olunmuş razılaşmalara əsasən, 2024-cü il mayıən 10-da Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar aparılacaq.