DOST mərkəzlərinə indiyədək 2,5 milyondan çox vətəndaş müraciət edib
"DOST mərkəzlərinə indiyədək 2,5 milyondan çox vətəndaş müraciəti daxil olub. Vətəndaşların həmin xidmətlərdən məmnunluq səviyyəsi 98,2 faiz təşkil edib."
Bu barədə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov bəyan edib. Agentliyin İdarə Heyətinin sədri bildirib ki, vətəndaşlara 159 dövlət sosial xidmətlərini “bir pəncərə”dən, modern və çevik, şəffaf mexanizmlərlə təqdim edən DOST konsepsiyası xidmət səviyyəsini hər il daha da yüksəltməyə nail olur. Onun sözlərinə görə, 1 saylı Bakı DOST mərkəzi gün ərzində 800-dək vətəndaşa “bir pəncərə”dən xidmət göstərir.
Mətləb