"Xarici ölkələr Gürcüstanda təxribatları maliyyələşdirir" - Gürcüstan DTX
Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, xarici ölkələr Gürcüstanda “Xarici agentlər” haqqında qanuna qarşı keçirilən etiraz aksiyalarında təxribatları maliyyələşdirir. "Məkrli planlara xaricdəki Gürcüstan vətəndaşları, xüsusən də Ukraynada döyüşən və gəlib polisə qarşı zorakılıqda iştirak etməyə hazır olan bəzi şəxslər cəlb edilib" -qurumun bəyanatında belə deyilir.
Mətləb Salahov