İran Aralıq dənizinin şərqindəki yolu bağlayır – “cəbhəni genişləndirəcəyik...”
İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Hüseyn Səlami Aralıq dənizinin şərqində yolu bağlayacaqlarını və cəbhəni genişləndirəcəklərini bəyan edib.
Səlami bu barədə İsrailin Suriyaya hücumunda həlak olan SEPAH-ın Qüds Qüvvələrinin komandanı briqada generalı Məhəmməd Rza Zahidinin anım proqramında deyib.
"Aralıq dənizinin şərqində düşmənə gedən yolu bağlayırıq. Düşmənin parçalanması və dağılması üçün cəbhəni genişləndiririk" - deyən Selami bildirib ki, İslam ölkələri Qərb ölkələrinə qarşı birgə hərəkət etməlidir.
TAHİR