Parisdə dəmir yolu işçiləri də tətilə başlayır
Fransanın Dövlət Dəmir Yolları Şirkətinin (SNCF) əməkdaşları Parisdə tətil keçirməyi planlaşdırırlar. Belə ki, həmkarlar təşkilatları ilə rəhbərlik arasındakı danışıqlar nəticə vermədiyi üçün işçilər mayın 21-də bir günlük tətil keçirməyə qərar veriblər.
Şirkətin Olimpiya Oyunları vaxtı məzuniyyətdən imtina edəcək şəxslərə ödənilməli olan məbləğ həmkarları qane etmir. Dəmiryolçular bildirirlər ki, Olimpiya oyunlarına ayrılan milyardlarla avroluq vəsait qarşılığında onların əməyi çox ucuz dəyərləndirilir.
Mətləb