"Münasibətlərin dərinləşdirilməsi.." - Mikayıl Cabbarov Özbəkistan səfərindən yazdı
Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi müzakirə edilib. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Nazir bildirib ki, Özbəkistana işgüzar səfərləri zamanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qəbulunda olublar: "Azərbaycan-Özbəkistan strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi və iki ölkə prezidentlərinin siyasi iradəsi və dostluq münasibətləri əsasında daha yüksək səviyyəyə çatdırılması, iqtisadi platformada ortaq maraqlara xidmət edən təşəbbüslər və əməkdaşlıq formatının birgə inkişafa verdiyi töhfələr barədə fikirlər ifadə edilib".
Mətləb Salahov