BBC-də maaş qalmaqalı: 4 əməkdaş qurumu məhkəməyə verdi
Britaniyanın BBC telekanalının dörd qadın aparıcısı cinsiyyət və yaş ayrı-seçkiliyinə məruz qaldıqlarını iddia edərək telekanalı məhkəməyə verib. Anita Makvey, Martine Kroksal, Karin Giannon və Kasiya Madera 2020-ci ilin fevral ayından etibarən kanaldakı kişi aparıcılar ilə müqayisədə bərabər maaş almadıqlarını da deyiblər.
BBC məhkəmənin ilkin dinləməsi zamanı iddiaları rədd edib, aparıcıların yaş və ya cins ayrı-seçkiliyə məruz qalmadıqlarını deyib. Məhkəmədə növbəti dinləmə bu gün keçiriləcək.
Mətləb