KÖHNƏ VERSİYA            

İrəvanın davası 29 min kvadrat kilometri saxlamaqdır- YUNUS OĞUZ

Image

POLİTOLOQ: "Ermənistana qayıdan azərbaycanlılara  təzminat  verilməlidir"

Heç bir vasitəçi olmadan Ermənistan- Azərbaycan arasında əldə olunmuş ilkin razılaşma kollektiv Qərbin narahatlığına səbəb olub. Qərb və ABŞ  bütün vasitələrdən istifadə edərək açıq şəkildə iki dövlət arasında sülh müqaviləsinin bağlanmasına maneə olmağa çalışır. Bu və digər məsələlərlə bağlı suallarımızı yazıçı-publisist, "Olaylar" qəzeti və eyniadlı informasiya agentliyinin rəhbəri, siyasi şərhçi Yunus Oğuz cavablandırıb.  

-Yunus bəy, Ermənistanla Azərbaycan arasında məlum dörd kəndlə bağlı əldə olunan razılaşma kollektiv Qərb qüvvələrinin ölkəmizə qarşı hücumu ilə müşayiət olunur. Qərb Cənubi Qafqazda nəyi bölüşdürə bilmir? 

-Hazırda dünyada baş verən hadisələr Cənubi Qafqazdan da yan keçməyib. Çoxları fikirləşir ki, Qərb və Amerika Ukraynadan əl çəkib, amma reallıq başqadır. Ola bilsin ki, Zelenskini  dəyişmək istəyirdilər, ancaq bunu bacarmadılar. Əvəzində Ukraynaya kifayət qədər yardımlar ayrıldı, Niderland 4,6,  digər Avropa ölkələri  hərbi  yardım, Amerika isə 61 milyard ianə etdi. Bu o deməkdir ki, hələ  Rusiya ilə müharibə uzun müddət davam edəcək. Proseslər deməyə əsas verir ki, Rusiya bu müharibədən qalib çıxa bilməz, nəzərə almaq lazımdır ki, faktiki dünya müharibəsi gedir. Yaxın Şərqdə də  çox ciddi məsələlər cərəyan edir, İran isə səsini içinə alıb. Beləliklə, dünyada baş verən hadisələr bizə də təsir edir. Əsas məsələ odur ki, geosiyasətdə  daşlar yerinə  oturur, artıq bu proses başa çatmaq üzrədir. Təsəvvür edin ki, bir neçə gün öncə Çin də Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşuldu. Bu prosesi əvvəldən görərək demişdim ki, Rusiyanı sıxıb Şərqə doğru aparırlar. Məlum olduğu kimi geosiyasətin  əsasını geoiqtisadiyyat və geostrateji mövqelər təşkil edir. Azərbaycan həm geoiqtisadi yerdə yerləşir, həm də geostrateji məkanın bağı, düyünüdür. Şərqə və Qərbə Azərbaycansız ən yaxın məsafədən getmək mümkün deyil, bu yol iqtisadi baxımdan ən ucuz başa gəlir. Bu baxımdan demək olar ki, Azərbaycan geosiyasi bir məkandadır. Eyni zamanda, Şərqlə Qərbi bağlaya bilir. Ona görə də bunun uğrunda mübarizə gedir.  
-Region dövlətlərinin sükutunu necə anlamaq olar? Qərbin fəal olduğu bir dönəmdə Rusiya və İranın mövqesizliyi nəyə hesablanıb?  
-Mən demişdim ki, yeni geosiyasətdə İranın yeri yoxdur. Ermənistanı isə zorla geosiyasi məkana salmaq istəyirlər. Paşinyanın bir fikrini təkrar etmək istəyirəm: "Biz mifik Ermənistan deyil, real Ermənistan uğrunda mübarizə aparmalıyıq". Paşinyan görür ki, Ermənistan bütün sahələrdə itirə-itirə gedir, Azərbaycan isə zərif, yumşaq siyasi hücum taktikası aparır. Bu yumşaq siyasətin içərisində çox sərt tələblər var. Qazaxın 4 kəndi əldə olunan razılaşma ilə qaytarılmasa, revanşist qüvvələr dronun səsini eşidən kimi qaçıb gedəcəklər. Beləliklə, dünyada çox ciddi proseslər gedir və Azərbaycan ondan kənarda qala bilməz. Bu arada Azərbaycan prezidenti Pakistan İslam Respublikasının MUSLİM İnstitutunun direktoru, Cunaqad Ştatının Baş naziri Sahibzadə Sultan Əhməd Əlini təsadüfən qəbul etməyib. Bu bir mesajdır ki, İranın bölgədə əhatə dairəsi qısalır. Başqa sözlə, İranla Ermənistanın strateji hərbi müqavilə bağlaması ideyası iflasa uğrayır. Demişəm, bir də deyirəm ki, bu gün Ermənistan  Amerika, Avropa İttifaqı və Rusiya kimi üç təsir dairəsinə bölünüb. Hələlik isə Rusiyanın bu təsir dairəsindəki çəkisi çoxdur. Çünki, hələ məlum deyil ki, Ukrayna ilə cəbhədə hansı hadisələr baş verəcək. Əsas odur ki, Azərbaycan yaranmış vəziyyətdən məharətlə istifadə edir. Hazırda diplomatiyamız güclüdür, bütün beynəlxalq tədbirlərə qoşuluruq. 

-"Azərbaycan yumşaq siyasətin içərisində sərt tələblər irləi sürür" dedikdə nəyi nəzərdə tutursunuz?

-Sərt tələblər odur  ki, Azərbaycan sonda gəlib dayanacaq Qars müqaviləsinin şərtlərində. Ermənistana deyiləcək ki, hansı ərazilər sizin deyil. Hələ ola bilər ki, sözügedən 4 kənd geri qaytarıldıqdan, delimitasiya və demarkasiya işi  tamamlanmadan Zəngəzur dəhlizi açılsın. Buna baxmayaraq, yenə də Qars müqaviləsinin tələbləri yerində duracaq. Çünki Qars müqaviləsinin mövcudluğuna Türkiyə və Rusiya zəmanət verib, keçmiş Zaqafqaziyanın üç respublikası da buna imza atıb. Müqavilənin şərtlərinə görə, o ərazilər Naxçıvana məxsusdur, Naxçıvan da Azərbaycan ərazisidir. Artıq ermənilər bunu başa düşürlər. Odur ki, ermənilərin indiki davası 29 min kvadrat kilometr ərazini saxlamaqdır. Lakin onu kim hesablayacaq ki, bu  29 min kvadrat  kilometr haradan başlayır, harada qurtarır? Azərbaycan isə beynəlxalq hüquqa əsaslanan tələblərini ortaya qoyur. Əgər BMT-nin məlum 4 qətnaməsi olmasaydı,  Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra güclü sanksiyalara məruz qalacaqdı.  Azərbaycan isə həmin sənədləri əsas gətirərək bəyan etdi ki, BMT-nin qətnamələrinin icrasını təmin edib. Antiterror tədbirləri  zamanı da eynilə dünyaya göstərdi ki, ermənilər ərazilərimizdə 2021-ci ilin istehsalı olan minalar basdırırlar. 

-Azərbaycan Ermənistana qarşı daha hansı şərtləri irəli sürə bilər?

-Bu gün dünyada çox ciddi proseslər gedir. Azərbaycanın dünyadakı nüfuzu durmadan artır. Çinin sığorta fondları ölkəmizə səfərlər edir. "Bir kəmər - bir yol" layihəsi təsadüfi deyil. Fakt odur ki, Çin ölkəmizi tamamilə dəstəkləyir. Azərbaycan daha əvvəlki Azərbaycan deyil. Lazımdır ki, mövcud vəziyyətdən məharətlə istifadə edib özümüzü daha da gücləndirək. Artıq  Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova  da deyir ki, Ermənistandan gedən qaçqınların geri qayıtmaq vaxtı gəlib, amma bu nə qədər  çəkəcək, hələ bilinmir. Əslində isə bunun da vaxtı çatacaq. BMT-nin qərarı ilə Axıska türkləri haqqında qərar çıxarıldı, müəyyən hissəsini geri qaytardılar, Stalinin vaxtında sürgün olunan çeçenləri qaytardılar, kabardin-baykalları qaytardılar. 1948-1953-cü illərdə Stalinin vaxtında biz də sürgün olunmuşduq. Hələ torpaqlarımızın zəbt olunmasını demirəm. Təəssüf ki, Gürcüstanda yaşayan 500 min azərbaycanlıdan İran bizdən daha yaxşı istifadə edir. Gürcüstanın əhalisi beş milyondur, Batumidə və digər ərazilərdə müsəlmanlar yaşayır. Bununla Gürcüstanın da siyasətinə təsir etmək olar. Nəzərə almaq lazımdır ki, bir neçə nəsildən sonra oradakı azərbaycanlıların sayı 600-700 min olacaq. Ermənistanda isə heç iki milyon erməni yoxdur.
Əsas məsələ hücum taktikasıdır. Azərbaycanın heç bir künc-bucaq yadından çıxmır, 4 kənddən sonra o biri 4 kəndi də alacağıq. Ardınca Qars müqaviləsinin şərtləri ortaya qoyulacaq. Bu isə o deməkdir ki, İrəvana köç qayıtmalıdır. Çünki, bizim əlimizdə beynəlxalq hüquqla təsdiqini tapmış kifayət qədər sənədimiz var. Nəzərə almaq lazımdır ki, 300 min azərbaycanlı geri qaytarılanda onların əmlakı qaytarılmalı, dəymiş ziyan ödənilməlidir. Bu baxımdan Ermənistanın vəziyyəti olduqca ağırdır. Yeri gəlmişkən, Azərbaycan  Ermənistanı Beynəlxalq Məhkəməyə verib, hələ ki, məhkəmə davam edir, Ermənistanın  nə qədər təzminat ödəyəcəyi hələ bilinmir. Məsələ orasındadır ki, təzminatın ödənilməsi üçün Ermənistanın pulu yoxdur. Ermənistanın pulu olmadığına görə, gərək Zəngəzur dəhlizini verə. Qars müqaviləsinə görə isə sənəddə adıçəkilən kəndləri də. Odur ki, Ermənistanı qanun çərçivəsində həm iqtisadi, həm də siyasi alətlər vasitəsilə sıxmalıyıq. Bunu dərk edən Paşinyan Ermənistan dövlətini məhv olmaq təhlükəsindən qurtarmaq istəyir. Buna imkan verməyən revanşistlər isə haray-həşir qoparırlar. Bu günlərdə Köçəryanın 25 əmlakına həbs qoyuldu, Sərkisyan və digərlərinin də əmlaklarına həbs qoyulacaq. Çox güman ki, Paşinyan ilk olaraq Sərkisyanı zərərsizləşdirəcək. Çünki, Sərkisyan Avropa tribunasından bəyan etdi ki, Xocalıda qırğın törədib. Keçən həftə Sərkisyana qarşı sui-qəsd edildi, iki cangüdəni öldü, özü yaralandı. Artıq dövr dəyişir. Paşinyan mayın 7-də Putinin andiçmə mərasiminə getmir, 8-də Avrasiya İqtisadi Forumuna qatılır,  9-da isə Moskvada  keçiriləcək  Paradda  iştirak  etmir.  Bu fakt bir daha göstərir ki, Ermənistan artıq üç təsir dairəsinə bölünüb. Rusiya hələlik buna dözsə də  öz içində zəncir çeynəyir.
-Qərb və ABŞ Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına maneə ola bilərmi?
-Amerika artıq Gürcüstanı ələ keçirib, Ermənistanı isə ələ keçirmək ərəfəsindədir. Amerikanın Ermənistanda iki mindən artıq diplomatik işçisi var. Azərbaycanla isə imperialist kimi danışmasa, normal siyasi və iqtisadi əməkdaşlıqda bulunsa ölkəmiz buna gedəcək. Əgər zor gücü ilə danışacaqsa, Azərbaycanın da müttəfiqləri var. Gördünüz ki, balaca Azərbaycan Fransanı nə günə saldı. Avropanın mərkəzində, Vyana şəhərində Azərbaycanın təşəbbüsü ilə neokolonistlərin nümayəndələri Fransaya etiraz etdilər. Bu,  Azərbaycanın beynəlxalq gücüdür. Başqa sözlə, Azərbaycan artıq regional siyasətdən çıxıb qlobal siyasətə girişib. Çünki, Azərbaycana inanırlar, Azərbaycanı təhlükəsiz məkan kimi qəbul edirlər. Ölkəyə gələn turistlərin sayının artması məhz bu səbəblə bağlıdır. Üç həftədir Gürcüstanda aləm qarışıb bir-birinə, Ermənistanda turizmlə bağlı danışmağa dəyməz,  Azərbaycana isə real turistlər gəlir. Düzdür, Amerika buranı da qarışdırmaq istəyir, lakin  Azərbaycan xalqı buna getmir. Xalq artıq hədəfini görür, xaricdən maliyyələşən beşinci kolon olan müxalifətin ardınca getmir. Odur ki, Azərbaycan kifayət qədər divident əldə edib. O dividentləri bəlkə də yüz il xərcləsə qurtarmayacaq.
-Yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması real görünürmü?
-Ola bilsin ki, ilkin mərhələdə çərçivə sazişi imzalansın. Sülh müqaviləsinin bağlanması üçün Ermənistanın konstitusiyası dəyişməlidir. Ermənistanın normativ aktlarında Türkiyəyə, Ağrıdağa, hətta Azərbaycana qarşı iddiaları var. Ermənistanın verdiyi bəyənata görə, Qarabağ Ermənistanın ərazisi hesab olunur, hansı ki, həmin bəyənat konstitusiyanın tərkib hissəsidir. Bu baxımdan demək olar ki, sülh sazişi hələ bir az gecikəçək. Baxın, hələ delimitasiya və demarkasiya prosesi başa çatmayıb, ancaq artıq sərhəddə 38 dirək basdırılıb. Ola bilər ki, delimitasiya 30-40 il çəksin. Rusiyanın 2 anklavı var idi,  bu yaxınlarda verildi Azərbaycana. Gürcüstanla bu məsələ hələ 70 faiz həll olunub. Əsas odur ki, Azərbaycan rahat şəkildə öz işini görür. Əvvəllər gürcü əsgəri bizim sərhəd qoşununun əsgərinin silahını alırdı ki, bu ərazi bizimdir. İndi bunu edə bilməz. Çünki, Azərbaycan qlobal səviyyədə yüksələn xətlə güc yığır. Həmçinin, Azərbaycan diplomatiyası da çox güclüdür.    

Alim Hüseynli







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031