Azərbaycan klubunda yeni mövsümə hazırlıq
Premyer Liqada yeni mövsümdən komandaların sayının artırılması müzakirə olunur. Hətta, I Liqa komandalarından biri olan "İmişli"yə “hazırlaşın” tapşırığı verilib. Sponsoru və İdarə Heyəti olan klubda yeganə problem stadion məsələsidir. Bir neçə gün öncə UEFA-nın stadion inspektoru Nebojsa İvkoviç İmişliyə səfər edib. UEFA rəsmisi arenanın ot örtüyünün dəyişməli olduğunu, soyunub-geyinmə, hakimlər, AFFA nümayəndəsi otaqlarının bərpa olunmasının vacibliyini klub rəhbərliyə bildirib. Eyni zamanda Nebojsa İvkoviç ofsayd və VAR kameralarının olduğu çəkiliş yerinin dəyişdirilməsini də diqqətə çatdırıb. Bu problemlər öz həllini tapdıqdan sonra, “İmişli” Premyer Liqaya, hətta avrokuboklara vəsiqə qazanarsa, ev oyunlarını doğma meydanda keçirə bilər.
İradə Hatəmi
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi