Qəzzada son 6 ayda can itkisi 34 min 568 nəfərə yüksəlib
İsrailin oktyabrın 7-dən bu yana Qəzza zolağına təşkil etdiyi hücumlarda ümumi can itkisi 34 min 568-ə yüksəlib. Bakixeber.com xarici mediaya istinadən xəbər verir ki, Rəfaha qurudan hücuma hazırlaşan İsrail ordusu bölgədəkilərin təxliyəsi üçün yeni "təhlükəsiz zona” yaradacağını açıqlayıb.
Qeyd edək ki, İsrail ordusu Qəzza zolağında 208 gündür ki, qırğınlarını davam etdirir. Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına son 24 saatda həyata keçirdiyi 4 hücumda 33 nəfərin öldüyü, 57 nəfərin yaralandığı bildirilib. Açıqlamada oktyabrın 7-dən bu yana həyata keçirilən hücumlarda həyatını itirənlərin sayının 34 min 568-ə, yaralıların sayının isə 77 min 765-ə yüksəldiyi bildirilib.
Diana Abdullazadə
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi