"Mürəkkəb çağırışlara həll variantları tapmalıyıq" - Qabriela Ramos
Mürəkkəb çağırışlara həll variantları tapmalıyıq. Trend xəbər verir ki, bu barədə UNESCO Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi: həmrəyliyin möhkəmləndirilməsi və parçalanmaya qarşı müqavimət” adlı panel sessiyasında çıxışı zamanı deyib.
“Müxtəlif cəmiyyətlərdə parçalanmalar var.Cəmiyyətlərdə mövcud olan qruplar arasında qarşıdurmalar güclənib. Elə bir mühit qurmalıyıq ki, cəmiyyətin fərdləri bir-birlərinə qarşı mərhəmətli olsunlar.
Biz çalışmalıyıq ki, cəmiyyətlərin üzləşdiyi problemləri başa düşək”, - deyə o bildirib.