BMT rəsmisi Azərbaycana təşəkkür etdi
Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycana bu kimi forumların keçirilməsinə şərait yaradıb, ev sahibliyi etdiyi üçün təşəkkür edirəm.
Trend xəbər verir ki, bu barədə BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizliyi üzrə sülhməramlı əməliyyatlar üzrə müavini Aleksandr Zuyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaqgücün tətbiqi: həmrəyliyin möhkəmləndirilməsi və parçalanmaya qarşı müqavimət” adlı panel sessiyasında çıxışı zamanı deyib.
“Bakı Forumu beynəlxalq sülhü təşviq edəcək. Azərbaycan siyasi diskussiyalarını davam etdirir, həmçinin, beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Azərbaycan Qoşulmama Hərəkatına uğurla sədrlik etdi. Biz bunu alqışlayırıq.
Biz hazırda sülh və etimaq quruculuğuna dəstək veririk. Münaqişlər dayanmadan artır. Elə bir yol kəsişməsindəyik ki, çoxtərəfli alətlərə, mexanizmlərə gərək duyulur. Hər kəs sülhü arzulayır, lakin bu asan məsələ deyil. Bu kimi forumların əhəmiyyəti ondan ibarətdir ki, dini, siyasi rəhbərləri bir araya toplayır. Bu il BMT üçün xüsusi bir ildir. Sentyabr ayında “Gələcəyin sammiti” adlı layihə təqdim edəcəyik”, - deyə o bildirib.