KÖHNƏ VERSİYA            

Ukrayna hadisələri Azərbaycanın Avropa üçün önəmini artırdı...

Image

Bu gün biri-birini məhv etməyə çalışan Rusiya və Ukraynanın eyni zamanda çox az ölkə ilə münasibətləri yüksək səviyyədədir. Ölkələrin böyük əksəriyyəti bu fonda ya Ukraynanın, ya da Rusiyanın yanında yer alır. Amma Azərbaycan kimi az sayda ölkələr tamamilə neytral mövqe sərgiləyir. 

Bu hal Qərb mediasının da xüsusi diqqətini çəkir. Sözügedən xüsusda “Azadlıq” radiosunun eksperti Coşua Kuçera yazır ki, Azərbaycan belə yanaşmada qalib ölkə statusunu qazanıb: “Aprelin 22-də Azərbaycan və Rusiya prezidentləri Kremldə görüşərkən mövzu nə Qarabağ idi, nə Ukrayna, nə də İran. Görüşün rəsmi səbəbi 1974-cü ildə tikintisinə başlanan Baykal-Amur Magistralının (BAM) 50-ci ildönümü idi. Vaxtilə bu layihənin rəhbəri o zaman SSRİ Nazirlər Soveti sədrinin müavini vəzifəsində çalışan Heydər Əliyev olub. 50 il sonra Heydər Əliyevin oğlu, Azərbaycanın indiki prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin Moskvada BAM-ın veteranları ilə görüşürlər. Putin BAM-ın təməlinin qoyulmasını Şərqə üz tutmanın, yəni Qərbin dominantlığında olan iqtisadiyyatdan qurtulmanın ilkin versiyası adlandırır. Rusiyanın iki il öncə Ukraynaya tammiqyaslı hücuma başlamasının Qafqaz üçün geosiyasi nəticələri olub və Azərbaycan öz təbii ehtiyatları və strateji mövqeyi baxımından bu nəticələrin, demək olar, hamısından qalib çıxıb. Ukrayna Azərbaycanı Avropadan ötrü daha önəmli edib. Avropanın Rusiyadan əvvəlki asılılığından qurtulmaq üçün Azərbaycanın həm enerji qaynaqlarına, həm də qərb-şərq tranzit yolları üzərindəki mövqeyinə ehtiyacı var. Qərbin sanksiyaları fonunda Rusiyanın özünün Azərbaycanın şimal-cənub tranzit yolları üzərindəki mövqeyinə hətta bundan da kəskin ehtiyacı var. Rusiyanın Ukraynada işinin çətinə düşməsi onun 2020-ci ildə İkinci Qarabağ savaşının yekununda Ermənistanla Azərbaycan arasında Moskvanın vasitəçiliyi ilə əldə olunan atəşkəs sazişini qüvvədə saxlamaq qabiliyyətini azaltmışdı. 2 min Rusiya sülhməramlısı bölgədə olsa da, Azərbaycan etnik ermənilərin yaşadığı bölgələrdə irəliləyərək ötən ilin sentyabrında Qarabağ üzərində tam nəzarətini bərpa edə bilmişdi. Bu, Ermənistanı ənənəvi Rusiya güvənlik təminatına arxayınlıq yolundan uzaqlaşdıraraq, onun Qərblə daha sıx münasibətlər qurmasına yol açıb. Əliyevin Moskvaya uçması Azərbaycanın ulduzunun ən parlaq, Rusiyanınsa Qafqazdakı mövqeyinin ən sönük durumda olduğu dövrə təsadüf edir. Əliyevin səfərindən bir həftə öncə Rusiyanın Qafqazdakı nüfuzunun azaldığını göstərən daha iki hadisə baş verib. Əvvəlcə Rusiya sülhməramlılarının Qarabağdan çıxmasını təsdiqləyib. Daha öncə onların Qarabağdan çıxışının 2025-ci ilin noyabrında baş verəcəyi razılaşdırılmışdı. Daha sonra Ermənistanla Azərbaycan işğal olunmuş ərazilərin bəzi hissələrinin heç bir kənar qüvvənin, o cümlədən Rusiyanın vasitəçiliyi olmadan Azərbaycana geri qaytarılması haqda razılığa gəldiklərini açıqladı. Buvaxtadək Rusiya sərhəd demarkasiyası məsələlərində mühüm rol oynayırdı”. Müəllif iki liderin çıxışlarında bu hadisələrin heç birinə toxunulmadığını yazır. Əvəzində Əliyevlə Putin dəmir yolları və digər iqtisadi əlaqələri müzakirə ediblər: “İqtisadi gündəm öz işlərini, Rusiya da daxil, hər hansı xarici qüvvənin müdaxiləsi olmadan yönəltmək istəyən Azərbaycanın maraqlarına uyğun idi. Moskva üçün əsas layihə Şimal-Cənub tranzit dəhlizidir. Bu mühüm yol Rusiyadan İranın İran körfəzindəki limanlarınadək uzanan dəmir, gəmi və quru yollarından ibarətdir. Bu yolun ən güvənli bölümü Azərbaycandan keçir: Azərbaycan həm Rusiya, həm də İranla sərhədləri olan və bu iki ölkəni dəmir yolları ilə bir-birinə bağlayan tək ölkədir. Şimal-Cənub tranzit dəhlizi uzun zamandan bəri müzakirə olunsa da, Ukrayna müharibəsi və Qərbin Rusiyanı iqtisadi baxımdan təcrid etmək cəhdləri fonunda xüsusilə aktuallaşıb. Ötən ilin mayında Rusiya və İran İran-Azərbaycan sərhədindəki Astaradan İranın şimalındakı Rəşt limanına çəkilən dəmir yolunun tamamlanması haqda saziş imzalayıb. Bu, Sankt-Peterburqla İran körfəzini birləşdirən yolun sonuncu çatışmayan dəmir yolu parçasıdır. 2016-cı ildə Azərbaycan bu yolu İranla birlikdə qismən maliyyələşdirməyə razılıq vermiş, iki il sonra isə İrana qarşı beynəlxalq sanksiyalar üzündən bu layihəni kənara qoymuşdi. İndən belə Rəşt-Astara xəttinin tikintisini Rusiya maliyyələşdirəcək.

Putin dəfələrlə Şimal-Cənub tranzit dəhlizindən dünya iqtisadiyyatının Qərb dominantlığından uzaqlaşdırılması planlarının əsas elementi kimi danışıb. BAM-ın ildönümü bu məsələni bir daha vurğulamaq üçün fürsət oldu. “BAM öz miqyası və tarixi önəminə görə Rusiya-Azərbaycan əməkdaşlığının başqa bir istiqaməti – Şimal-Cənub nəqliyyat dəhlizi ilə müqayisə oluna bilər”, - BAM veteranları ilə görüşdə Putin belə deyib. Onun fikrincə, Şimal-Cənub dəhlizi Avrasiya və Qlobal Cənub ölkələrinin iqtisadi və sosial inkişafının gücləndirilməsi üçün yeni logistikanın formalaşdırılması demək olacaq. Azərbaycansa Şimal-Cənub dəhlizindəki rolu ilə bağlı çox danışmır. Tədbirdə Rusiyanın nəqliyyat naziri Vitali Savelyev reportyorları Azərbaycanın öz dəmir yollarını yeniləməsi barədə bilgiləndirib. O deyib ki, belə yeniləmələr Azərbaycana öz yükdaşımalarını iki dəfədən çox artırmaq imkanı verəcək. “Chatham House” beyin mərkəzinin tədqiqatçısı Lorens Broers deyir ki, ağır gücdən regional nəqliyyat layihələrinə keçilməsi bir növ Rusiyanın Qafqazda strateji geri çəkilişi kimi qavranmalıdır. “Rusiya sülhməramlılarının Qarabağdan çəkilməsi Bakı üçün əhəmiyyətli strateji qələbə deməkdir. Regional güclər, özəlliklə Rusiya və İran Cənubi Qafqazda yeni strateji qovşaq yaratmaqdan ötrü birgə çalışır. Bu, Rusiya üçün birtərəfli hegemonluqdan sonrakı növbəti ən yaxşı variantdır”. Rusiyanın Qafqazda Putin-Əliyev görüşündə toxunulmayan daha bir gedişi var: Azərbaycanın qalan ərazisi ilə Naxçıvanı birləşdirən Zəngəzur dəhlizi. Yolun çəkilməsi 2020-ci ildə Rusiyanın vasitəçiliyi ilə əldə edilən atəşkəs sazişində əksini tapıb. Bu sənədə görə, Rusiya sərhəd keşikçiləri yol boyu güvənliyi təmin etməli idi. Ancaq o zamandan bəri atəşkəs razılaşmasının, demək olar, hər iki müddəasından biri pozulub və bu razılaşma, rəsmən olmasa da, əslində, ölüdür. Ermənistansa Rusiyanın gözündə özünə qarşı etibarın azalması fonunda özəl şirkətlər və beynəlxalq təşkilatların simasında təhlükəsizlik imkanları axtarışındadır. Ancaq Rusiyanın xarici İşlər naziri Sergey Lavrov yanvar ayında 2020-ci il razılaşmasının Rusiyanın sözügedən yolun güvənliyi məsələsində iştirakı ilə bağlı müddəasını xatırladıb. Əliyev fevralda Münhen Təhlükəsizlik Konfransında Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb. Hər ikisi rusca səlis danışsa da, həmkarı ilə ingilis dilində danışan Əliyev Azərbaycanın Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini vurğulayıb və deyib ki, “biz işğal və ərazi bütövlüyünün pozulmasının nə demək olduğunu çox yaxşı anlayan ölkəyik”. Bununla yanaşı, ifrat millətçi rus siyasətçi Leonid Slutski bu yaxınlarda Əliyevi postsovet məkanında ən etibarlı lider adlandırıb”.

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031