KÖHNƏ VERSİYA            

“Respublika Gözdən Əlillər Kitabxanası"nda Giya Paçxataşvili ilə görüş keçirilib

Image

Aprelin 23-də "Respublika Gözdən Əlillər Kitabxanası"nda, əməkdaşlarımız Zəkəriyyə Qurbanov və Ayxan Hüseynovun həm təşkilatçılığı, həm də aparıcılığı ilə "Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü" ilə əlaqədar olaraq, "Özümüzü Tanıdaq" tədbirlər silsiləsi çərçivəsində tanınmış şair, tərcüməçi, jurnalist, Azərbaycan, Gürcüstan və Rusiya Yazıçılar Birliyinin üzvü Giya Paçxataşvili ilə görüşə həsr olunan tədbir keçirilib.

Tədbirdə dəyərli oxucularımızla yanaşı, biribirindən maraqlı və dəyərli qonaqlarımız: Giya müəllimin həyat yoldaşıXatirə Paçxataşvili, I Qarabağ Müharibəsi Qazisi Aidə Şirinova, şair, publisist, "AYB"-i yanında Multikulturalizm üzrə rəhbər  Xatirə Fərəcli, tədqiqatçı, jurnalist Pünhan Şükür, şair, publisist, "Azərbaycan Uğrunda Qəzeti"nin baş redaktoruXatirə Rəhimli, şair, tərcüməçi Nurafiz Hüseynov, "Xalq Qəzeti"nin əməkdaşıCeyhun Mirzəli, Bakı şəhəri Nərimanov rayonu "Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 5 Saylı Xüsusi İnternat Məktəbi"nin Azərbaycan Dili və Ədəbiyyat müəllimi, "AYB"-nin üzvü, şair Famil Hacısoy, həmin məktəbin Azərbaycan Dili və Ədəbiyyat müəllimi, "AYB"nin üzvü, şair  Eldar Həsrət, tarix müəllimi Ülvi Məmmədov, alim-bəstəkar İqbal Ağayev, musiqi müəllimi Babək Məhərrəmoğlu, rəssam Sehran Allahverdi, şair Fərman Bədəlov, Respublikamızın xalq artisti Eldost  Bayram və s. iştirak edirdilər.

Tədbirin giriş hissəsində açılış nitqi söyləyən Zəkəriyyə Qurbanov, "Beynəlxalq Kitab və Müəllif Hüquqları günü "ilə əlaqədar danışmaq üçün sözü digər təşkilatçı və aparıcımız Ayxan Hüseynova verdi. Öz növbəsində hamını salamlayan Ayxan Hüseynov, "Beynəlxalq Kitab və Müəllif Hüquqları" günü haqqında məlumat verərək, kitab-mütaliə və Müəllif hüquqları barədə müfəssəl danışdı. 

"Azərbaycan Respublikası əqli mülkiyyət hüquqlarının qorunması sahəsində geniş beynəlxalq əlaqələr qurub. 1995-ci ildən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının üzvü olan Azərbaycanın bu sahədəki əlaqələri getdikcə artır. Azərbaycan ÜƏMT-nin inzibati idarəçiliyində olan müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində konvensiya və müqavilələrə, o cümlədən “Ədəbi və bədii  əsərlərin qorunması haqqında” Bern Konvensiyasına (1999), “ÜƏMT-nın Fonoqram istehsalçılarının mənafelərinin onların fonoqramlarının qanunsuz təkrar istehsalından qorunması haqqında” Konvensiyasına (2001), “İfaçıların, fonoqram istehsalçılarının və yayım təşkilatlarının verilişləri haqqında” Roma Konvensiyasına (2005), “Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Müəlliflik hüququna dair Müqaviləsi”nə (2005) və “Ümumdünya Əqli Mülkiyyət Təşkilatının ifalar və fonoqramlara dair Müqaviləsi”nə (2005) qoşulub. Azərbaycan Respublikası, həmçinin UNESCO-nun “Müəllif hüququ haqqında Ümumdünya Konvensiyası”na (1997) qoşularaq geniş beynəlxalq əməkdaşlığa cəlb olunub", deyə, o, öz çıxışında qeyd etdi. 

Ayxan Hüseynovun çıxışının ardınca, Zəkəriyyə Qurbanov "Özümüzü Tanıdaq" tədbirlər silsiləsi barədə danışaraq, şairin həyat və yaradıcılığı haqqında müfəssəl məlumat verdi. Şairin həyat və yaradıcılığından danışan Zəkəriyyə Qurbanov, onun "Givinin Qarabağnaməsi", "Son-Əvvələ Gedən Yol" və "Hə Dedim" kitablarının səsli variantının ərsəyə gəlməsi haqqında da məlumat verdi.

Zəkəriyyə Qurbanov öz çıxışının ardınca şairin "Zülmətdən Gələn İşıq" adlı şeirinə həsr olunan, Kənan Qədimovun ifasında alim bəstəkar İqbal Ağayevin bəstələdiyi "Azərbaycan Televiziyasının Xoru" himnini oxuculara təqdim etdi. Daha sonra hörmətli şair Giya Paçxataşviliyə söz verildi. Giya müəllim öz növbəsində görüş və nəşrlərin səsli variantları barədə dəyərli fikirlərinibizimlə bölüşdü və tədbirdə əməyi keçən hər kəsə, xüsusilə, Zəkəriyyə Qurbanov və Ayxan Hüseynova dərin minnətdarlığını bildirdi.

Giya müəllimin çıxışından sonra onun "Və... Nida!, Qarabağ Azərbaycandır və !" şeiri səsləndirildi. Respublikamızın xalq artisti Eldost Bayramın qiraətində təqdim olunan bu şeir oxucular tərəfindən alqışla və rəğbətlə qarşılandı. Şeirdən sonra şair Famil Hacısoya söz verildi və Famil müəllim Giya müəllimlə bağlı öz ürək sözlərini dedi. Famil müəllimin dəyərli çıxışından sonra Giya müəllimin ona həsr etdiyi "Sən Əsgər Atasısan" adlı şeiri səsləndirildi.

Şeirdən sonra şair, tərcüməçi Nurafiz Hüseynova söz verildi. Oda öz növbəsində Giya müəllim və onun yaradıcılığı ilə bağlı öz dəyərli fikirlərini bizimlə bölüşdü. Nurafiz müəllimin Giya müəllimlə bağlı çıxışından sonra onun Giya müəllimə həsr etdiyi "Givinin Bir Gözü Darağacıymış" adlı şeiri səsləndirildi.

Nurafiz müəllimin ruhumuzu oxşayan şeirindən sonra digər qonaqlarımız: Giya müəllimin ömür-gün yoldaşı Xatirə Paçxataşviliyə, şair, publisist Xatirə Fərəcliyə, I Qarabağ Müharibəsi qazisi Aidə Şirinovaya, tədqiqatçı, jurnalist Pünhan Şükürə, şair, publisist Xatirə Əzizə, şair Eldar Həsrətə, Ülvi müəllimə, alim-bəstəkar İqbal Ağayevə, Babək müəllimə, rəssam-şair Sehran Allahverdiyə, xalq artisti Eldost Bayrama, və şair Fərman Bədəlova söz verildi. Qonaqlarımızın Giya müəllimlə bağlı rəngarəng çıxışları ilə tədbirimiz daha da canlandı. 

Tədbirin sonunda Ayxan Hüseynov Giya müəllimin yuxarıda adları qeyd olunan kitablarından 2 ədəd səsli nüsxəni kitabxanamız adından Giya Paçxataşviliyə hədiyyə edərək, tədbiri bağlı elan etdi. Tədbirdən sonra Giya müəllim digər qonaqlarımızla birlikdə kitabxana ilə ətraflı tanış oldular, buradakı kitab fondu və digər məsələlərlə bağlı məlumatlar əldə etdilər.

Xüsusi qeyd:

Əziz oxucular, şair, tərcüməçi Giya Paçxataşvilinin 3 kitabı səsli versiyada kitabxanamızda mövcuddur. 

                                                                                                          Ayxan HÜSEYNOV








VİDEO

Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

Pezeşkian Şahin Mustafayevlə görüşdə səhv etdi, ermənilər isə səhvdən yapışdı... - VİDEO

Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

Ermənilər 1995-də Amasiya kəndini belə məhv ediblər - baş daşında “Nazlı Göyüşova” aydın oxunur...

Son anda razılaşma - Azərbaycan COP29-da Qlobal Cənubla Şimalı konsensusa gətirə bildi...

Azərbaycan-İran xüsusi təyinatlıları bölgədə hansı təhlükəyə qarşı hazırlaşır...

SON XƏBƏRLƏR

27.11.2024 | 23:20
Moskvadan Yunanıstanın Ermənistana S-300 verəcəyi xəbərlərinə reaksiya - Rusiyanın razılığı olmadan mümkün deyil...

27.11.2024 | 23:12
Tovuzda dəşətli qəza - beş hərbçimiz həlak oldu... + YENİLƏNDİ

27.11.2024 | 22:12
Daha bir tiktoker narkotikə görə həbs edildi

27.11.2024 | 21:28
Yunanıstan İrəvana S-300 raketləri verər, biz də onun qazını kəsərik...

27.11.2024 | 21:14
Həbs edilmiş diplomatımızla bağlı vəziyyət hələ durulmayıb...

27.11.2024 | 20:59
Azərbaycanın COP uğurlarına ən dəqiq qiyməti erməni mediası verdi...

27.11.2024 | 20:45
İtkin sayılırdı, 32 il sonra nəşi tapıldı, məlum oldu ki, Ağdərədə şəhid olub - bacısı danışır...

27.11.2024 | 20:38
Paşinyan Putinin Yerevan sammitinə gəlişindən qorxdu - Onu ya həbs etməli, ya da Beynəlxalq Cinayət Məhkəməsinə özü cavab verməlidir...

27.11.2024 | 20:32
Minimum istehlak səbəti yenidən hesablanacaq - 270 manat reallığa uyğun gəlmir...

27.11.2024 | 20:18
ABŞ və İsrailin Azərbaycan siyasəti dəyişir - Ermənistan yeni qorxu içində...

27.11.2024 | 20:05
Azərbaycanın haqqını yemiş belə Kanada jurnalistinin Türkiyəyə ayaq qoymağa haqqı yoxdur...

27.11.2024 | 19:51
COP29-un təyin etdiyi 300 milyard dolları bu 24 ölkə ödəyəcək...

27.11.2024 | 19:37
Azərbaycanda 1500 orta məktəbi ləğv etməyin heç bir alternativi yoxdur?

27.11.2024 | 19:24
Tramp münaqişələrə son qoymaq üçün aktiv fəaliyyətə başlayır...

27.11.2024 | 19:11
Liberal iqtisadi siyasət və Azərbaycanda orta təbəqənin möhkəmlənməsi...

27.11.2024 | 18:57
Prezident Əliyev Trampın bu cəhdlərini nəzərdə tutur...

27.11.2024 | 18:44
Polşa prezidenti də Ermənistanda “binokl şousun”a qoşuldu - Azərbaycan XİN-dən Dudanın təxribatçı addımına reaksiya...

27.11.2024 | 18:35
Avroittifaqın Ermənistandakı missiyasının taleyi bütün Avropa paytaxtlarında müzakirə olunur...

27.11.2024 | 18:21
Ermənilərin mənşəyi barədə Herodotun da fərziyyəsi İrəvanın xoşuna gəlmədi...

27.11.2024 | 18:07
Alban icması Kəlbəcərdə öz tarixi haqqına qovuşdu - ermənilər yanıb-yaxılır...

27.11.2024 | 17:54
Gürcüstan parlamenti "odla suyun arasında qalıb" - İvanişvili, ya Zurabişvili?..

27.11.2024 | 17:44
Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - FOTO

27.11.2024 | 17:40
Rusiya mayeləşdirilmiş qaz istehsalı zavodlarını dayandırır - Qərb çevrəni daraldır...

27.11.2024 | 17:27
Dörd qitəyə yayılmış "ASAN" brendi Azərbaycana nə qədər gəlir gətirir?..

27.11.2024 | 17:14
TDT-nin "Made in Turan" brendi radikal-millətçi Qərbdə necə qarşılanacaq?..

27.11.2024 | 17:01
Avroparlamentin deputatı Aİ liderlərini yıxıb sürüdü - şeytanlar, başsız süvarilər, bizi nüvə fəlakətinə sürükləyirlər...

27.11.2024 | 16:48
MSK sədri bələdiyyə seçkiləri ilə əlaqədar seçicilər və siyasi partiyalara çağırış etdi

27.11.2024 | 16:35
Bələdiyyə üzvlüyünə namizədlərin sənədlərinin təqdim edilməsi müddəti açıqlandı

27.11.2024 | 16:30
Ağdaşda at və camış oğruları tutuldu

27.11.2024 | 16:16
"Bəzi Qərb mediası “xristian Ermənistan və müsəlman Azərbaycan” hekayəsini yaymaqda davam edir" - İcma

27.11.2024 | 16:15
“Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi çərçivəsində sonuncu toplantı keçirilib

27.11.2024 | 16:11
MSK açıqladı - bələdiyyə seçkiləri gələn il yanvarın 29-da keçiriləcək...

27.11.2024 | 15:53
Azərbaycan XİN İsrail və Livanı atəşkəsə əməl etməyə çağırdı...

27.11.2024 | 15:31
Azad ərazilərdə təsərrüfat təyinatlı torpaqlar güzəştli şərtlərlə kənd və qəsəbə sakinlərinə icarəyə veriləcək...

27.11.2024 | 15:28
Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edildi

27.11.2024 | 15:25
Kamilə Dadaş-zadə Milli Konservatoriyaya rektor təyin edildi

27.11.2024 | 15:23
Siyavuş Kərimi Milli Konservatoriyanın rektoru vəzifəsindən azad edildi

27.11.2024 | 14:50
DİN Abşeronda əməliyyat keçirdi - saxlananlar var...

27.11.2024 | 14:12
Gələn il üçün ehtiyac meyarının həddi müəyyənləşdi - 285 manat...

27.11.2024 | 13:58
Qadınların pensiya yaşlarına yenidən baxılması təklif edilir

27.11.2024 | 13:56
Deputatdan marjinal qruplara faktlar ilə cavab

27.11.2024 | 13:44
"Yanvardan etibarən növbəti sosial islahat paketi olacaq" – Nazir

27.11.2024 | 13:29
Şabranda sel gəldi, maşın çayda batdı... - VİDEO

27.11.2024 | 13:17
Nazir əlilliyə görə pensiyaçılardan sığorta stajı tələbinə aydınlıq gətirdi

27.11.2024 | 13:03
Познакомьтесь с Арамом Манукяном - ярким представителем арменоидной пещеры - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

27.11.2024 | 12:48
Konqresmenlər Baydendən Assanjın əfvini istədi...

27.11.2024 | 12:35
Vətəndaşlara məxsus fərdi məlumatları ələ keçirən kiberdələduzların məhkəməsi başladı

27.11.2024 | 12:21
"Christian Dior"un Azərbaycandakı 4,3 milyon avroluq şirkəti ləğv edildi

27.11.2024 | 12:05
“Sizə qulaq asdıqca adamı dəhşət bürüyür!" - spikerdən deputatlara SƏRT İRAD!

27.11.2024 | 12:00
Bağça müdiri olmaq istəyənlər üçün elektron sənəd qəbulu başlayıb

27.11.2024 | 11:51
Polislər 8 kq-dan artıq narkotik ələ keçirdi...

27.11.2024 | 11:43
Gürcüstanda keçmiş futbolçu prezidentliyə namizəd oldu

27.11.2024 | 11:30
Qubada qanunsuz tikili sökülüb - FHN məlumat yaydı

27.11.2024 | 11:05
Bakı metropolitenində stansiyaların sayı 76-ya çatdırılacaq - 2030-cu ildə...

27.11.2024 | 11:03
Avropa Rusiyaya qarşı ayağa qalxır. G7-dən Rusiyaya ağır zərbə... - CANLI

27.11.2024 | 11:00
Şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları dəyişib - Hökümtədən YENİ QƏRAR

27.11.2024 | 10:30
Bu ölkədə 16 yaşından kiçiklər üçün sosial media qadağan edildi

27.11.2024 | 10:20
Mikayıl Cabbarov bu portal barədə paylaşım edib

27.11.2024 | 10:10
COP29 zamanı ümumilikdə 826 nəfərə tibbi xidmət göstərilib - TƏBİB açıqladı

27.11.2024 | 10:10
Şahdağda qarın hündürlüyü 13 sm-ə çatıb - FAKTİKİ HAVA

27.11.2024 | 10:05
Sabirabadda baş verən yol qəzasında 3 nəfər ölüb

27.11.2024 | 10:00
Bu gün Yasamalın bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

27.11.2024 | 09:46
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib - sürücülərə XƏBƏRDARLIQ

27.11.2024 | 09:30
65 milyonluq evinə müştəri tapılmadı, oğluna bağışladı

27.11.2024 | 09:25
"Uber" və "Bolt"un belə işləri də var imiş - təzəni qeydiyyatdan keçirib köhnə maşınları işlədirlər?..

27.11.2024 | 09:15
Ukrayna yeni təkanı dekabrda təmin etməlidir - Zelenski xalqa müraciət etdi

27.11.2024 | 09:10
56 yaşlı Oğuz sakini turşudan zəhərlənərək ölüb

27.11.2024 | 09:05
Çempionlar Liqası: “Bavariya” və “Barselona”dan qələbə, "Mançester Siti"dən xal itkisi

27.11.2024 | 09:00
MDB liderləri gələn ay Sankt-Peterburqda görüşəcək

27.11.2024 | 08:40
Bələdiyyələrə hər kəsdən 10 manat avtomobil vergisi cəmiyyəti həyəcanlandırır...

27.11.2024 | 08:30
"COP29-un uğuruna görə Azərbaycanı təbrik edirik" - Müsəlman Ağsaqqallar Şurası

27.11.2024 | 00:25
Rusiya yenidən ABŞ raketləri ilə vuruldu – Moskva hərəkətə keçdi, Ukraynaya əks hücum başlayacaq...

26.11.2024 | 21:21
Böyük Britaniyanin Avropa Birliyindən ayrilma səbəbləri

26.11.2024 | 21:18
Kiber cinayətkarlıq və kiber təhlükəsizliyin beynəlxalq münasibətlərə təsiri

26.11.2024 | 21:18
Ermənilər 1995-də Amasiya kəndini belə məhv ediblər - baş daşında “Nazlı Göyüşova” aydın oxunur...

26.11.2024 | 21:04
Ermənistanda Paşinyanın "konstitusiya göstərişini" saya salan yoxdur...

26.11.2024 | 20:49
İrəvandan Bakıya şübhəli zənglər - itkin Həsən Cəfərovun anası dəhşətli həyat hekayəsi danışır...

26.11.2024 | 20:34
170 qitələrarası ballistik raket və 2 min nüvə başlığı Ukraynanın özünə qaytarılır...

26.11.2024 | 20:20
Rusiya-Ermənistan ticarəti müəmmalı şəkildə 16 milyard dollara çıxıb...

26.11.2024 | 20:07
Son anda razılaşma - Azərbaycan COP29-da Qlobal Cənubla Şimalı konsensusa gətirə bildi...

XƏBƏR ARXİVİ

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930