ABŞ Ukraynaya əlavə hərbi müşavirlər göndərir...
Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü "Politico"ya verdiyi açıqlamada ABŞ-ın Kiyevdəki Amerika səfirliyinə əlavə hərbi müşavirlər göndərməyi planlaşdırdığını bildirib
“Münaqişə boyu Müdafiə Nazirliyi təhlükəsizlik şərtlərinin dəyişməsi ilə əlaqədar ölkədə mövcudluğunu nəzərdən keçirdi və düzəliş etdi. Hazırda biz səfirlikdə hərbi əməkdaşlıq şöbəsinin genişləndirilməsi üçün bir neçə əlavə məsləhətçi göndərməyi düşünürük”, - o deyib.
Pentaqonun sözçüsü bəyan edib ki, məsləhətçilər hərbi vəzifələri yerinə yetirməyəcək, Ukrayna hökumətinə və silahlı qüvvələrinə məsləhət və dəstək verəcəklər.
TAHİR