KÖHNƏ VERSİYA            

İsrail-İran savaşının sonu - molla rejimi çökəcək...

Image

İran ordusu və onun Yaxın Şərqdəki bəzi müttəfiqlərinin yəhudi dövlətinə presedenti olmayan hava hücumundan bir neçə gün sonra İsrail Tehrandan qisas almaqda qərarlı görünür. 

Dünya liderlərinin çağırışlarına məhəl qoymayan İsrailin hərbi rəsmilərinin bildirdiklərinə görə, Tehran ötən şənbə günü çoxu İran ərazisindən atılan 350-dən çox raket və pilotsuz uçuş aparatlarının bədəlini ödəməlidir.

İsrailin ordu komandiri, general-leytenant Herzi Halevi İranın hücumuna mütləq cavab veriləcəyini deyib. İsrailin cənubundakı Nevatim hava bazasında danışan Halevi bildirib: “İran öz hərəkətlərinin nəticələri ilə üzləşəcək”. İsrail Müdafiə Qüvvələrinin sözçüsü, kontr-admiral Daniel Haqari “cavab bizim seçdiyimiz vaxt veriləcək” desə də, İsrail hərbi rəsmiləri bunun nədən ibarət ola biləcəyi barədə ətraflı məlumat verməyib. İsrailin sərt ritorikası, hətta ölkənin ən yaxın dəstəkçisi olan ABŞ-ın İranın dron və raket hücumlarının böyük ziyan vura bilməməsinin böyük bir qələbə olduğunu əsas gətirərək İsraili təmkinli olmağa çağırdığı vaxt da davam edir. Pentaqonun mətbuat katibi, general-mayor Pat Rayder bu xüsusda bildirib: “İran 300-dən çox hava hücumu keçirib və onların 99%-i vurulub”. Xatırladaq ki, Britaniya, Fransa, İordaniya və Səudiyyə Ərəbistanı da İranın raket və pilotsuz təyyarələrini vurmaq üçün ABŞ və İsrailə qoşulub. Baş verənlərlə bağlı “Forbes” dərgisinin yazdığına əsasən, İranın son hücumu İsraillə tammiqyaslı savaşa yol açarsa, İslam Respublikasının ayaqda qalacağı şübhə doğurur. Qeyd edilir ki, İsrailin hücumundan bəri İranın şərqində, Pakistanla sərhəddə yerləşən Bəlucistan əyalətində silahlı üsyan baş qaldırıb. Bu ərazidə etnik bəluclar yaşayır: “Həmçinin, aprelin əvvəlində İranın milli valyutası rial dəyərinin 30 faizini itirib. Ardınca 1 ABŞ dolları 600 min rial olub. Onsuz da zəif rialın bu qədər dəyərsizləşməsi İran xalqının əvvəlkindən də yoxsul duruma düşməsi deməkdir. İranı yönəldən dini rejimin neftlə zəngin ölkənin əhalisini bu durumda idarə etməsi çətin olacaq. Başlıca ticarət tərəfdaşlarının İranla ticarəti onsuz da azaltdığı indiki ortamda İran ciddi iqtisadi risqlə üzləşə, az həcmdə idxala belə imkan çatdırmaya bilər.

İran xalqı ölkənin zəngin neft sərvətlərindən az faydalana bilib. İslam inqilabının baş verdiyi 1979-ci ildən bəri radikal dini hakimiyyət İsrailə nifrəti öz varlığının mərkəzi doktrinasına çevirib. İranlılarla yəhudilər arasında real nifrət tarixinin olmadığı gözə alınsa, bu, yetərincə qəribədir. Axı, hər iki xalq 2 min 500 il boyunca bir-biri ilə yaxşı yola gedib. İsrailə nifrətini gerçək fəaliyyət məcrasına keçirən İran xalqın rifahına xərclənə biləcək milyardlarla dolları Fələstində HƏMAS, Livanda “Hizbullah” və Yəməndə husilər kimi qrupların maliyyələşdirilməsinə yönəldib. Son illərdə Rusiyanın Ukraynada apardığı müharibə nəticəsində silah çatışmazlığı ilə üzləşməsi fonunda İran Moskvaya dron və başqa hərbi avadanlıq satmağa başlayıb. Qadınların ictimai yerlərdə başlarını örtməyə məcbur edilməsi kimi ziddiyyətli qanunların gərginlik və kütləvi qiyam doğurduğu İranda dini hakimiyyət xalqin onu sevmədiyini bilir. İsraillə tammiqyaslı savaş İranın müharibə iqtisadiyyatına keçməli olması deməkdir. Üstəlik, iqtisadiyyatın onsuz da zəif olduğu və xalq bunu dəstəkləmədiyi halda. Əhalisinin sayı qat-qat az olan İsrailin iqtisadiyyatı İran iqtisadiyyatından böyükdür. İsrail cəmiyyəti İranla müharibə istəmir, ancaq bu baş verərsə, gerçək ekzistensial təhlükə yaşadığından birləşəcək. İran cəmiyyəti isə parçalanmış olacaq. Son günlərdə neftin bir barrelinin qiyməti 90 dollara yaxınlaşıb. Yanvarda neftin qiyməti 70 dollara yaxın idi. Bu artım, əsasən, Yaxın Şərqdəki qeyri-müəyyənliklə bağlıdır. Ancaq qiymətlər daha öncə görülmüş rekord səviyyələrə çatmayıb. Maliyyə böhranı zamanı neftin qiyməti 140 dollara, 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra isə 120 dollara yüksəlmişdi. Bunun bir səbəbi təxminən 2007-ci ildə başlanan yanar şist inqilabıdır. Dünyada hər dəfə münaqişə yaranan zaman İranın neftdən götürdüyü böyük gəlir əvvəlki səviyyədə olmayacaq. Üstəlik, sanksiyalar yüngülləşdirilsə də, İranın öz neftini ixrac etməsi asan olmayacaq. Bunun səbəblərindən biri İranın husiləri maliyyələşdirməsi və onları İran körfəzində gəmilərə hücum etməyə həvəsləndirməsidir. Bu durumda İranın özü neftini güvənli ortamda ixrac edə bilməyəcək, çünki onun gəmiləri İsrail hücumuna məruz qalacaq. Başqa bir səbəb ölkələrin 45 il boyunca dünyaya terror və qeyri-sabitlik ixrac edən İranla ticarət aparmaq istəməməsi olacaq. HƏMAS-ı silahlandırmağa milyardlarla dollar xərcləyən İran sərmayəsinin, demək olar, batdığını görür. HƏMAS hələ mövcudluğunu saxlasa da, onun hərbi gücü ciddi ölçüdə aşınıb. Qəzza müharibəsi bitəndən sonra yerli qəzzalıların HƏMAS-ın Qəzzadakı resursların çox hissəsini özünə götürməsinə və artıq bütün bu fəlakətə yol açan silahlı mübarizəni davam etdirməsinə sakit yanaşıb-yanaşmayacağını təsəvvür etmək çətindir. Livan dövlətinin içərisinə yerləşmiş “Hizbullah” HƏMAS-ı dəstəkləmək üçün başlatdığı sərhəd toqquşmalarında İsrailin ağır zərbələrinə məruz qalıb. Tammiqyaslı müharibə başlayarsa, İsrail ağır zədə alsa da, “Hizbullah”, böyük ehtimalla, darmadağın olacaq. Yaranmış vəziyyət Livanın xeyli hissəsini dağıtdığından, xristian və sünnilər “Hizbullah”dan qisas almaq istəyəcək. Neft silahı əlindən çıxmış, iqtisadiyyatı bu qədər zəif, proksilərininsə İsrail ordusu qarşısında zəif olduğu sübut edilmiş İran nəhəng problemlə üz-üzədir. Ən məntiqli çıxış yolu İsraillə razılığa gəlməkdir. Ancaq İsraillə hər hansı razılaşma İranın regional hegemonluq iddialarını əlindən çıxara bilər. İsraillə hər hansı savaşsa rejimin gələcəyini əlindən ala bilər”.

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031