KÖHNƏ VERSİYA            

Ukrayna ssenarisinin Ermənistanda tətbiqi başlanır...

Image

ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli görüşü növbəti dəfə onu nümayiş etdirir ki, Qərb Cənubi Qafqazda yenə gərgin vəziyyətin hökm sürməsində maraqlı tərəfdir. 

Ermənistanın şərti sərhəddə möhkəmləndirilməsi, Qərb ölkələrinin Qafqazda sülhü pozması və buna məqsədyönlü şəkildə öz maraqları prizmasından yanaşması regionda yeni eskalasiya risqlərini istisna etmir. Üçtərəfli görüşün təşkilatçıları nə qədər iddia etsələr də ki, məqsədləri Ermənistanın iqtisadi təhlükəsizliyinin təmin olunması ilə bağlıdır, atdıqları addımlar, verdikləri bəyanatlar və Ermənistanı davamlı şəkildə silahlandırmaları əsl hədəflərinin fərqli olduğuna işarə edir. 

Ermənistanı Cənubi Qafqazda özlərinin hərbi forpostuna çevirmək istəyənlər burada məhz ermənilərin əli ilə qorxulu məqsədlər güdürlər. Elə rus politoloq Aleksey Naumov da məsələyə qeyd olunan prizmadan yanaşır. O vurğulayır ki, görüş İrəvanın “Qərb düşərgəsinə” keçid etdiyini göstərir: “Rəsmi olaraq hansı sözlər söylənməsindən asılı olmayaraq, Brüsseldə keçirilən sammit, sözsüz ki, Rusiyaya, Azərbaycana qarşı yönəlib. Rusiya bu görüşdən yaxşı heç nə gözləməməlidir, çünki Brüsseldə Ermənistanın Qərbin təsir dairəsinə cəlb edilməsini rəsmiləşdirmək tapşırığını yerinə yetirirlər. Bu təsir dairəsi həm iqtisadi, həm də hərbi ola bilər, lakin biz onun sərhədlərini başa düşürük. Avropa İttifaqının bəzi ölkələri tərəfindən Ukraynaya verilən o təhlükəsizlik zəmanətləri nümunə ola bilər. Onlar maliyyə dəstəyi verir, qismən silah yardımı edir, lakin əraziləri qorumaq üçün qoşunların verilməsini nəzərdə tutmur. Beləliklə, Ermənistan əhalisi və hakimiyyəti bu görüşün nəticələrinə aldanacaq. Qərb təbii ki, simvolik müstəvidə onların yanında olacaq - müəyyən pul ödəyəcək, silah-sursat verəcək, lakin mümkün hərbi əməliyyatlarda iştirak etməyəcək. Bu arada, hərbi əməliyyatlar başlaya bilər, bir həftədir ki, Azərbaycan sərhədində Ermənistan qoşunlarının cəmlənməsi ilə bağlı xəbərlər görürük. Biz görürük ki, Ermənistan Konstitusiyasından və Müstəqillik Bəyannaməsindən Qarabağla bağlı iddialara istinadlar çıxarılmayıb”. Aleksey Naumova görə, Qərb istərdi ki, ən azı Bakı İrəvanın dəstəklənməsini özü üçün təhlükə hesab etməsin, ona görə də Blinken və fon der Lyayenin Azərbaycan prezidenti İlham Əliyevlə apardığı son danışıqlar da bundan irəli gəlib: “Onların İlham Əliyevə çağırışları bu hərəkətlərin Azərbaycana qarşı yönəlmədiyini nümayiş etdirmək üçün idi. Lakin biz başa düşürük ki, Cənubi Qafqazda aktiv regiondankənar oyunçuların meydana çıxması Azərbaycanın, eləcə də Rusiyanın maraqlarına birbaşa xələl gətirir. Mən düşünmürəm ki, Azərbaycan rəhbərliyi bu təminatlara inanır. Beləliklə, bu gün biz Ermənistanın Qərbin təsir dairəsində iştirakı ilə bağlı sənədləşməni görürük. Bu da Cənubi Qafqazda Rusiya ilə Ermənistan arasında, Cənubi Qafqazın digər dövlətləri arasında gərginlik yaratmaq və nəhayət, Qərbin destruktiv rolunu möhkəmləndirmək üçün növbəti cəhddir”. Onun fikrincə, Azərbaycan öz torpaqlarını azad etdikdən sonra Ermənistan ağır mənəvi məğlubiyyət zərbəsi alıb. Ancaq reallıqla barışmaq əvəzinə, Ermənistan özünə “günah keçisi” kimi Rusiyanı seçmək qərarına gəlib: “Məsuliyyətin Rusiyanın üzərinə atılması Nikol Paşinyana hərbi məğlubiyyətdən sonra hakimiyyətdə qalmaq, Ermənistan xalqına isə hər şeyi üçüncü tərəfin xəyanəti ilə əlaqələndirərək, aparılan siyasətin doğurduğu fəsadları aradan qaldırmaqdan imtina etmək imkanı yaratdı. Güman edirəm ki, tarixi perspektivdə Brüssel görüşü hər şeyi öz yerinə qoyacaq - Rusiya və Ermənistan müttəfiqliyi elə əvvəldən Rusiyaya heç bir fayda gətirməyib və qismən fürsətçi, qismən isə nostaljik-mədəni səbəblərlə əlaqədar diqtə edilib. Bələdçiliyini Ermənistanın etdiyi xarici təsirə qarşı çıxmaq Cənubi Qafqazın bütün ölkələrinə qarşılıqlı fəaliyyət üçün ortaq platforma tapmağa şərait yaradacaq və Rusiyaya “xristian qardaşların” manipulyasiyası ilə diqtə olunan münasibətlərə yox, iqtisadi cəhətdən faydalı münasibətlərə diqqət yetirməyə imkan verəcək”

Digər rus ekspert  Vadim Muxanov qeyd edir ki, ABŞ-Avropa İttifaqı-Ermənistan görüşü İrəvanın hərbi-siyasi və hərbi-texniki baxımdan Rusiyadan asılılığını azaltmaq istəyi ilə bağlıdır: “İrəvan və Moskva arasında müəyyən diplomatik höcətləşmə gedir, problemlər çoxalır. Bu, heç də yaxşı nəticələrə gətirib çıxarmayacaq. Yaxın müddətli perspektivdə Rusiya ilə Ermənistan arasında münasibətlər postsovet dövründə olduğundan da aşağı səviyyədə olacaq. Onların münasibəti hələ indiki qədər bərbad olmayıb, ancaq bu münasibətlər hələ də mümkün ola bilər”. Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bildirib ki, Brüssel görüşünün iştirakçıları açıq şəkildə bir-birini aldatmağa çalışırlar: “Ermənistan Aİ, ABŞ və NATO-nun Azərbaycan əleyhinə dəstəyini əldə etmək niyyətindədir. Onun buna nail olmaq üçün Rusiya ilə münasibətləri pozmaqdan başqa çarəsi yoxdur. ABŞ və Aİ Rusiyanı Ermənistandan və ümumiyyətlə Cənubi Qafqazdan qovmaq və regionda dominant qüvvə olmaq istəyir”. Digər rusiyalı politoloq və hərbi ekspert İqor Korotçenko isə qeyd edir ki, ABŞ və Aİ Ermənistanı Ukrayna yolu ilə aparacaq: “Bu, Paşinyan-Blinken-Lyayenin Brüssel sammitinin əsas nəticəsidir. Bu o deməkdir ki, qarşıda müharibə var. Ukrayna Krım, Donbas, Xerson və Zaporojye vilayətlərini itirdi. Ermənistan Zəngəzuru itirəcək. Başqa nə?”.

Ramil QULİYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Prezident minimum aylıq əməkhaqqının artırılması ilə bağlı Sərəncam imzaladı

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031