KÖHNƏ VERSİYA            

İran və İsrail genişmiqyaslı müharibə hazırlığına başladı...

Image

Son günlərdə İran və İsrail arasında daha gərgin xarakter alan münasibətlərin müharibə mərhələsinə qədəm qoya biləcəyinə dair xəbərdarlıqlar artır. Bu fonda İran İslam İnqilabı Keşikçiləri Korpusunun 7 üzvünün ölümünə görə qisas alacağını bir daha bəyan edib. İnqilab keşikçilərinin İsrailin Suriyaya hava zərbələri nəticəsində həlak olması Tehranı çox qəzəbləndirib.

İranın Dəməşqdəki səfirliyinin konsulluq şöbəsi olduğu deyilən bina aprelin 1-də endirilmiş hava zərbələri nəticəsində dağılıb. Tehran bu zərbələrə görə İsraili ittiham edir. İsrail isə, bir qayda olaraq, belə hava zərbələri barəsində şərh vermir. İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Səlami Tehranda keçirilən “Qüds günü” mitinqi zamanı deyib: “Bizim müqəddəs sistemimizə qarşı hər hansı düşmənin hərəkəti cavabsız qalmayacaq”. İranda Ramazan ayının son cümə günündə ənənəvi olaraq Fələstinə dəstək anti-İsrail mitinqləri keçirilir. Builki mitinqlər həm də briqada generalı Məhəmməd Rza Zahedinin və başqa İslam İnqilabı Keşikçiləri Korpusunun zabitlərinin dəfn mərasimi kimi keçirilib. Nümayiş iştirakçıları mitinqə İslam İnqilabı Keşikçiləri Korpusunun zabitlərinin portretləri və “İsrailə ölüm!” və “Amerikaya ölüm!” plakatları ilə çıxıblar. İranın dövlət mediasında Amerika bayraqlarının və İsrailin baş naziri Binyamin Netanyahunun müqəvvasının yandırılması videoları dərc olunub. İranın ali rəhbəri ayətüllah Əli Xamneyi bildirib ki, İsrail “bizim cəsur oğullarımız tərəfindən cəzalandırılacaq”. Bəzi təhlilçilərin yozumuna görə, bu o deməkdir ki, İran İsrailə regional müttəfiqləri və proksilərinin əli ilə deyil, özü cavab vermək niyyətindədir. İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş baş komandanı Mohsen Rezayi  mühafizəkar “Təsnim” xəbər agentliyinə deyib ki, İsrailə cavab məsələsində qərar qəbul olunub və mütləq həyata keçiriləcək. Rezayi məsələnin detallarını açıqlamayıb. Şərhçilər deyir ki, İslam respublikasının mühafizəkar dəstəkçiləri öldürülmüş zabitlərin qisasının alınmasını tələb edirlər. İranın Dəməşqdəki səfiri Hüseyn Əkbəri dövlət televiziyasına bildirib ki, zərbə İsrail Hərbi Hava Qüvvələri tərəfindən F-35 qırıcılarından istifadə edilərək həyata keçirilib. Ötən dekabrdan bəri Suriyada İsrailin endirdiyi deyilən hava zərbələri nəticəsində, generallar da daxil, İslam İnqilab Keşikçiləri Korpusunun azı 18 zabiti həlak olub. Məhşur CBS telekanalı isə bildirir ki, ABŞ və İsrail əmindir ki, İran Dəməşqdəki konsulluğa edilən hücuma görə qisas almağa hazırlaşır. ABŞ kəşfiyyatının hesablamalarına görə, cavab zərbəsi dronlar və qanadlı raketlərin birləşməsi ilə edilə bilər. Telekanal zərbələrin təxmini vaxtını açıqlamar. Lakin ehtimal edir ki, Dəməşqdəki hücuma cavab İsrail diplomatik obyektləri olacaq. Mənbələr hesab edir ki, zərbələr gələn həftə ola bilər. Məlumatda hücumun Ramazan ayının sonuna qədər baş verəcəyi bildirilib: “İsraillilər cavab verəcəklərini bildirirlər, buna görə də İranın İsrail obyektinə hücumu regional müharibəyə doğru daha bir addım olar”. Telekanal həmçinin qeyd edir ki, dronların və raketlərin İraqdan, Suriyadan və ya İranın ərazisindən haradan atılacağı hələ də bəlli deyil. "The New York Times" mənbələrə istinadən yazıb ki, ABŞ və İsrail qoşunlarını yüksək döyüş hazırlığı vəziyyətinə gətirib. İsrail Silahlı Qüvvələri döyüş hissələrinin buraxılmasını ləğv edib. Nəşrin məlumatına görə, İsrail ehtiyatda olan bəzi əsgərləri hava hücumundan müdafiə bölmələrinə çağırıb, GPS siqnallarını bloklayıblar. İranın da iki rəsmisi bildirib ki, İslam Respublikasında silahlı qüvvələr də yüksək döyüş hazırlığı vəziyyətindədir.

Bunlar fonunda ABŞ da İranın Suriyadakı konsulluğuna hava zərbəsi vurulduqdan sonra İran və İsrail arasında genişmiqyaslı müharibə ehtimalının artdığını bəyan edir. Bu fonda İsrail hakimiyyəti dünyadakı 28 diplomatik missiyasının işini dayandırmağa qərar verib. İranlı siyasi ekspert Mehdi Məhdəviazad isə baş verənlərlə bağlı bildirir: “İran çıxılmaz dalana dirənib. Bu səbəbdən də nə tərəfdarları razı sala, nə də müxalifləri sakitləşdirə bilir. Bu hökumətin illərdir yeritdiyi səhv siyasətin nəticəsidir ki, hazırda heç bir əlverişli yol qalmayıb. Artıq kimə nə üçün hücum edəcəklərini bilmirlər. Əgər hökumətin pərdəarxası proseslərinə nəzər salsanız görərsiniz ki, bu, teatrı xatırladır. Məncə, hökumət Qasım Süleymaninin qisasında olduğu kimi teatr oynayır. İran hazırda fürsət axtarır ki, haradasa kimisə vursun, ya da bir yerdə partlayış törədilsin ki, bu zəhər bir yerə axıdılsın”. Ekspert qeyd edib ki, İsrailin Dəməşqdə hücum etdiyi bina İranın diplomatik korpusunun binası olmayıb: “Hər İran rəsmisinin girdiyi, ya da yatdığı yerə “diplomatik məkan” demək olmaz. Diplomatik məkan rəsmi olaraq qeydə alınan və həm İranın Xarici İşlər Nazirliyi, hə də ümumilikdə bütün dünya tərəfindən tanınan məkan olmalıdır. Lakin istənilən halda görünən odur ki, oyun dəyişib. Hər zaman Xamenei oyunun öz xeyrinə olduğunu düşünürdü. İndi isə Sistan və Bəlucistanda baş verən hadisələrə nəzər saldıqda, təhlükəsizlik probleminin elə İranın öz ərazisində yarandığını müşahidə edə bilərik. İsrailin 7 oktyabr hadisələrindən sonra, xüsusilə axır aylardakı siyasəti ona yönəlib ki, İran ya şəhadətin şərbətini içəcək, ya da bu oyunu yekunlaşdıracaq. İsrail bütün şərait və situasiyalar üçün hazırlıqlı görünür”. Rus  politoloq Vladimir Kireyev isə bildirir ki, İsrail və İran arasında münaqişə onilliklərdir qaynayıb-qarışır, amma indi hər şey başqa cürdür. Ölkələr birbaşa qarşıdurmaya hazırdır: “İsrail ABŞ-ı münaqişəyə cəlb etməklə öz strateji düşməninə son qoymaq arzusundadır. Və bütün bunlar Qəzza zolağında uğursuz əməliyyat fonunda baş verir. Eyni zamanda, İran Rusiya və Çinin dəstəyini nəzərə alaraq özünü güclü hiss edir. İran hətta Vaşinqtonun müharibəyə qoşulması ilə belə İsrailə meydan oxumağa hazırdır. Bu baş verərsə, dünya müharibəsinə doğru daha bir addım olacaq. Bu, Çinin Tayvanda hərbi əməliyyat keçirməsi ilə nəticələnəcək. Yaxın Şərq səhnəsində müharibənin başlaması müasir dünya düzəninin sona çatmasına xidmət edəcək”.

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031