KÖHNƏ VERSİYA            

Brüssel görüşü rusyönümlü erməni müxalifətini hərəkətə gətirdi...

Image

Şakir Ağayev: “Bu hələ Rusiyayönümlü qüvvələrin ilkin bəyanatlarıdır”

Brüsseldə ABŞ Dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Ermənistanın baş naziri Paşinyan arasında keçirilən görüş İrəvandakı Rusiyayönümlü müxalifət tərəfindən də birmənalı qarşılanmayıb. 

Belə ki, Ermənistanın üçüncü prezidenti, Ermənistan Respublika Partiyasının  (RPA) lideri Serj Sarkisyan mətbuata bildirib ki, Paşinyanın Blinken və Avropa Komissiyasının   rəhbəri ilə görüşü regionda Rusiya Federasiyası ilə Qərb arasında qarşıdurmanı gücləndirəcək. “Digər geosiyasi şəraitdə belə bir görüş Ermənistan Respublikası üçün faydalı ola bilər. Amma indi, Qərblə Rusiya arasında bu cür qarşıdurma olduğu halda belə bir görüş, əminəm ki, regionumuzda bu qarşıdurmanın güclənməsinə gətirib çıxaracaq”. 

Sarkisyanın açıqlamasından da aydın olur ki, ölkədəki Rusiyayönümlü siyasi kəsim Paşinyanın 5 aprel tarixində Brüsseldə keçirdiyi üçtərəfli görüşdən narazıdır.

Ekspertlərə görə, Rusiya Paşinyanın bu davranışına qarşı mütləq yerli müxalifətin dəstəyi və Ermənistandakı hərbi kontingenti vasitəsilə addım atacaq. Ekspertlər deyir ki, Sarkisyan desə də, deməsə də, Paşinyanın Blinken və Avropa Komissiyasının  rəhbəri ilə görüşü regionda Rusiya-Qərb qarşıdurmasına çevriləcək və bundan ən çox Ermənistan əziyyət çəkəcək. Qərbin Brüssel görüşü ilə artıq Ermənistanın açarını ələ keçirdiyini deyən ekspertlər hesab edirlər ki, bu da Cənubi Qafqaz bölgəsi üçün yaxşı heç nə vəd etmir. Əlbəttə, bunun Rusiya-Ermənistan münasibətlərini daha da kəskinləşdirəcəyini deyənlər də, Rusiyanın Ermənistna siyasi, iqtisadi təzyiqlər göstərəcəyini istisna etməyənlər də var. 

“Əvvəlcədən proqnoz verilirdi ki, Rusiya bunu sakit qarşılamayacaq və müxtəlif vasitələrlə buna mane olmağa çalışacaq” 

Məsələyə şərh verən “Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev “Bakı-Xəbər”ə bildirdi ki, Paşinyanın bu addımı Cənubi Qafqazda böyük problem yaradacaq. “Sözsüz ki, aprelin 5-də keçirilən görüşdə Ermənistana verilən vədlər, ayrılan yardımlar və sair məsələnin görünən tərəfidir. Amma onun görünməyən tərəflərinin olduğunu da istisna etmirəm və əminəm ki, elan olunmayan tərəflər hərbi yardımlarla, Ermənistnın hərbi strukturunun yenilənməsi və sairlə bağlıdır. Bunların hamısı, təbii ki, bir məqsədə xidmət edir. Brüssel görüşünün məqsədi heç kəsə sirr deyil və Rusiya da dəfələrlə bu barədə bəyanat verib, Paşinyanı bu görüşdən çəkindirməyə çalışıb. 

Ermənistanın indiki rəhbərliyi isə dəfələrlə deyib ki, məqsəd bu ölkənin Qərbə inteqrasiyasından, Amerika və Avropa ilə əlaqələrin gücləndirilməsindən ibarətdir. Qərb tərəfindən Paşinyanın hakimiyyətə gətirilməsində də məqsəd elə bundan ibarət idi ki, Ermənistanı tamamilə ələ keçirsinlər. Bu məqsədə çatmaq üçün Paşinyan real addımlar atmalı idi və artıq atır da. Bu proseslərdə əvvəlcədən proqnoz verilirdi ki, Rusiya bunu sakit qarşılamayacaq və müxtəlif vasitələrlə buna mane olmağa çalışacaq. Mane olmaq yollarından biri, dediyimiz kimi, Ermənistanda olan Rusiyayönümlü qüvvələrin aktivliyinin artırılması idi. Bu qüvvələr də Sarkisyan, Köçəryan və onların ətrafında olanlardır. Sarkisyanın öz müsahibəsində Paşinyanı ittiham etməsi, bununla Paşinyanın Ermənistanı ağır duruma salmasını ifadə etməsi buna yönəlmiş addımlardır. Sarkisyan bu müsahibədə  həm demək istəyib ki, Brüssel görüşləri Ermənistanı daha ağır duruma salacaq, həm də özünün  Paşinyana qarşı olan kəskin münasibətini ifadə edib”-deyə Ş. Ağayev bildirdi.

Ş.Ağayev qeyd etdi ki, müxalifətdə olan Sarkisyan və Paşinyanı istəməyən digər qüvvələr Brüssel görüşündən istifadə edib ona qarşı kəskin münasibətlərini açıqlayırlar, eyni zamanda öz iddialarını həyata keçirmək niyyəti güdürlər. “Bu hələ Rusiyayönümlü qüvvələrin ilkin bəyanatlarıdır. Yəqin ki, məsələlər dərinləşdikcə, Paşinyan vasitəsilə Qərbin Ermənistana müdaxiləsi gücləndikcə, maraqları daha çox təmin olunduqca daha ciddi addımların şahidi olacağıq. Bu istər iqtisadi, istər sosial, istər humanitar sahədə özünü göstərəcək. Hətta ola bilsin ki, məsələ hərbi müdaxiləyə qədər gedib çıxsın. Təbii, hərbi müdaxilə son anın məsələsidir. Əgər mövcud problem həll olunmazsa, bu istisna olunmur. Amma gözlənilən addımdır”-deyə Ş.Ağayev bildirdi.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031