KÖHNƏ VERSİYA            

Rusiyada miqrantlarla bağlı durum sürətlə pisləşir - soydaşlarımıza təhlükə var...

Image

Rusiya prezidenti Vladimir Putin növbəti dəfə miqrasiyaya yeni yanaşma lazım olduğunu deyib. Onun bu çıxışından əvvəl martın 22-də Moskva ətrafındakı “Crocus City Hall” konsert zalına terror hücumu ilə bağlı Rusiyada yaşayan 4 Tacikistan vətəndaşı həbs olunub. Bu hücum nəticəsində 144 nəfərin həlak olduğu və daha 551 nəfərin xəsarət aldığı bildirilir.

Hücuma görə məsuliyyəti öz üzərinə bir vaxtlar Suriya və İraqda geniş əraziləri ələ keçirmiş İslam Dövləti ekstremist təşkilatı götürüb. Rusiya bu iş üzrə şübhəliləri Ukraynaya bağlamaq istəsə də, Kiyev bu iddianı rədd edib, Vaşinqton isə ittihamı cəfəngiyat adlandırıb. Bu hücumla bağlı sözügedən 4 şübhəli ilə birlikdə Rusiyada 12 nəfər saxlanıb. Bunların əksəriyyəti Rusiyada yaşayan və işləyən taciklərdir. Putin polis rəisləri qarşısında etdiyi çıxışda deyib ki, bu hücumda məqsəd Rusiya daxilində ixtilaf, ksenofobiya və islamofobiya yaratmaq olub. Bununla yanaşı Putin bildirib ki, Rusiyada miqrasiya sisteminin yenilənməsinə ehtiyac var. Onun sözlərinə görə, miqrasiya xidməti iş icazələrini bəzən ciddi cinayət tarixçəsi olan adamlara verib. Putin deyib ki, miqrasiya siyasətinə yanaşmanın radikal dəyişiklik və yenilənməyə ehtiyacı var: “Burada həlledici prinsip odur ki, Rusiyada işləmək və yaşamaq üçün yalnız bizim ənənələrimizə, dilimizə, mədəniyyət və tariximizə hörmət edənlər gələ bilərlər. Biz miqrasiya siyasətinə yanaşmaları dərindən, köklü şəkildə yeniləməliyik. Mən Daxili İşlər Nazirliyindən, digər hüquq-mühafizə orqanlarımızdan və xüsusi xidmət orqanlarından hökumət və prezident administrasiyası ilə birlikdə bütün bu məsələləri hərtərəfli və təfərrüatlı şəkildə həll etməyi xahiş edirəm”. O qeyd edib ki, miqrasiya prosesinin tənzimlənməsinə müasir rəqəmsal elektron biometrik məlumat bazalarının tətbiqi zəruridir. “İndi işləyənlər, görünür, kifayət deyil. Onlar bizə qeyri-qanuni miqrasiyanın risqlərini və residivlərini tam dayandırmağa imkan vermir”.   “Reuters” agentliyi yazır ki, Putinin dediklərinə baxmayaraq, Rusiyanın miqrantlar məsələsində manevr etmək üçün meydanı məhduddur. Son bir neçə onillikdə Mərkəzi Asiyanın keçmiş sovet respublikalarından Rusiyanın böyük şəhərlərinə milyonlarla miqrant axışıb. Onlar Rusiyada əsasən taksi sürücüləri, bərbər, xidmətçi kimi fəaliyyət göstərirlər. Bununla belə, Rusiyanın 147 milyonluq əhalisinin azalmağa meylli olduğu bildirilir. Belə bir şəraitdə ağır sənaye və əkinçiliklə məşğul olan miqrantların ölkəyə gəlişi çox zəruridir. Bu fonda Putin deyib: “Dövlətin və cəmiyyətin maraq və təhlükəsizliyini təmin etmək, millətlərarası və dinlərarası harmoniyanı, mədəni və dil kimliyini qoruyub saxlamaq lazımdır və bu, Rusiyanın gücü deməkdir”. Hazırda Rusiyada 277 dil və dialektdə danışılır. Rusuya əhalisinin 15 faizini müsəlmanlar təşkil edir. Mövcud durumda Tacikistan rəsmiləri bildirirlər ki, Rusiyadan qayıdan taciklərin sayı kəskin artıb. Tacikistanın Moskvadakı səfirliyi Rusiyadakı Tacikistan vətəndaşlarına evlərindən çıxmamalarına dair xəbərdarlıq edib. Səfirlik vurğulayır ki, Tacikistan vətəndaşları qisas insidentlərinin qurbanı ola bilərlər. Rusiyada hazırda Mərkəzi Asiya miqrantlarını hədəfləyən ksenofobiya insidentləri baş verir. Tacikistanın Demokratik Partiyası və Tacikistan parlamentinin bəzi deputatları Rusiya prezidenti Vladimir Putini ksenofobiya zəminli zorakılığın qarşısının alınmasına çağırıblar. Qırğızıstan da öz vətəndaşlarını Rusiyaya səfərlərdən çəkindirən bəyanatla çıxış edib. Rusiya şəhərlərində yüz minlərlə qırğız miqrant da var.

Onu da qeyd edək ki, Rusiyanın Əmək Nazirliyi "Xarici vətəndaşların hüquqi statusu haqqında" qanuna dəyişiklik etməyi planlaşdırır. Məlumata görə, yeniliklər əmək müqavilələrinin müddətinə də təsir edəcək. Əcnəbi ilə əmək müqaviləsinin bağlanma müddəti indiki kimi müddətsiz deyil, iki illə məhdudlaşdırılacaq. İş icazəsi alanlar bir ay ərzində rus dili, tarixi və Rusiya qanunvericiliyini bildiklərini təsdiq edən sənəd təqdim etməlidirlər.  Aprelin 1-də Rusiya Daxili İşlər Nazirliyi miqrasiya sahəsində dövlət nəzarətinin gücləndirilməsi ilə bağlı qanun layihəsi üzərində işi başa çatdırıb. Qanun əcnəbiləri biometrikadan keçməyə məcbur edəcək və onların ölkədə qalma müddətini ildə 90 günə qədər azaldacaq. Qanun layihəsi martın 22-də "Crocus City Hall"da baş vermiş terror aktı fonunda hazırlanıb. Bəzi müşahidəçilərin fikrincə, Rusiyada ilk növbədə qanunsuz işləyən miqrantlar, o cümlədən də Azərbaycandan gələnlər ciddi problemlərlə qarşılaşa bilər.  Rusiyanın rəsmi orqanlarının məlumatına görə, 200 mindən çox Azərbaycan vətəndaşı orada əmək müqaviləsi ilə işləyir. Əlbəttə, söhbət qanuni əmək fəaliyyəti ilə işləyən şəxslərdən gedir. Onların böyük bir qismi ticarət, tikinti və digər sektorlarda çalışır. Amma əmək müqaviləsi olmadan çalışan soydaşlarımızın da sayı az deyil. Rusiyada qanunvericiliyə düzəliş üçün təklif edilən yeni maddəyə əsasən, perspektivdə işə götürülən miqrantlar yalnız peşələrinə uyğun işlərdə çalışacaqlar. Uyğun olduğu təqdirdə həmin şəxslə əmək müqaviləsi rəsmiləşdiriləcək, olmadığı təqdirdə isə yox. Faktiki olaraq, məhdudiyyətlər sərtləşdirilmə ilə müşayiət olunur. Bu da Rusiyadan Azərbaycana da xeyli sayda miqrantın dönüşünü istisna etmir. 

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031