Amerikalı milyarderdən Ukraynaya xəbərdarlıq - müharibə uzun sürsə, Odessa da çökəcək...
Amerikalı milyarder iş adamı İlon Mask Rusiya-Ukrayna böhranının danışıqlar yolu ilə həllini təklif edib. X sosial şəbəkəsində paylaşım edən Mask bildirib ki, müharibə daha uzun sürərsə, Odessa da çökəcək.
"Ukraynanın Qara dənizə bütün çıxışını itirib-itirməyəcəyi də sual altındadır. Tövsiyə edirəm ki, bu baş verməmişdən əvvəl vəziyyət danışıqlar yolu ilə həll olunsun”, - o yazıb.
Musk, Rusiyanın daha güclü müdafiə sistemlərinə və daha güclü artilleriyaya malik olduğunu, Ukraynanın isə nə havada, nə də zirehli texnikada üstünlüyü olmadığını bildirib.
Mask hesab edir ki, Rusiya bütün Ukrayna ərazisinə nəzarəti ələ keçirə bilməyəcək, çünki qərbdə yerli müqavimət son dərəcə güclü olacaq. Bununla belə, Musk hesab edir ki, Rusiya mütləq indi malik olduğundan daha çox torpaq ələ keçirəcək.
Tahir TAĞIYEV