Mümkün NATO-Rusiya nüvə müharibəsi ilə bağlı DƏHŞƏTLİ SSENARİLƏR - Hər dəqiqə 1 milyon insan öləcək...
Rusiyanın 21-ci əsrin ən böyük müharibəsi olan Ukraynaya hücumdan sonra, hətta illərdir neytrallığı ilə tanınan Baltikyanı ölkələr belə NATO-ya daxil olmaq üçün hərəkətə keçib. İsveç və Finlandiya birliyə qoşulub, Baltik dənizi faktiki olaraq NATO-nun gölünə çevrilib. ABŞ başda olmaqla bir çox NATO ölkəsi keçən həftə Rusiya sərhəddində nüvə müharibəsi təlimi keçirib və bu təlimə cavab olaraq Rusiya ordusunun böyük bir hissəsini İsveç və Finlandiya sərhədinə toplayıb.
Fövqəldövlətlər, xüsusən də ABŞ və Rusiya son vaxtlar nüvə müharibəsi ilə bağlı ritorikalarını artırıblar. Rusiya lideri Putin Moskva administrasiyasının nüvə müharibəsinə hazır olduğunu bəyan edib, oxşar bəyanatlar Vaşinqtondan da gəlib.
ABŞ-da yerləşən Prinston Universiteti NATO ilə Rusiya arasında mümkün nüvə müharibəsi ssenarilərini açıqlayıb. Nüvə raketlərinin bir-birinə qarşı istifadə edildiyi müharibə ilk 45 dəqiqədə 45 milyon insanın ölümü ilə nəticələnəcək. ABŞ-ın istefada olan generalı Ben Hodges iddia edir ki, ABŞ və NATO soyuq müharibədən bəri belə bir ssenariyə hazırlaşırlar. Hodgesin sözlərinə görə, ABŞ Rusiyaya ilk nüvə raketini Polşa-Almaniya sərhədindən göndərəcək.
Avropada mümkün nüvə müharibəsindən sonra qlobal fəlakət gözlənilmir, lakin ABŞ və Rusiya arasında qarşılıqlı müharibədə bütün dünya üçün risq yaranacaq.
Araşdırmaya görə, ABŞ-ın 3 min 750 nüvə raket başlığı, Rusiyanın isə 5 min 580 nüvə raket başlığı var. Müəlliflər hesab edir ki, ABŞ-ın Rusiyanın hücumlarına qarşı ən böyük “kozırı” F-35 döyüş təyyarələridir. Radarlarla aşkarlanması demək olar ki, qeyri-mümkün olan F-35-lər hələ raketlər atılmadan Rusiya ordusunun planlarını pozmaq gücündədir.
Araşdırmaya görə, nüvə müharibəsindən sonra dünyanın ən təhlükəsiz ölkələri Argentina, Avstraliya və Yeni Zelandiya olacaq. Müharibədən sonrakı dünyanı böyük qıtlığın gözlədiyini bildirən tədqiqatçılar Belə ssenarilərin kütləvi köçlərə, cəmiyyətlərin dağılmasına və infrastrukturların dağılmasına səbəb ola biləcəyini deyirlər.
Tahir TAĞIYEV