Azərbaycanla Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqləndi
![Image](/uploads/posts/2023-11/1699705797_ilham_aliyev.webp)
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanunu təsdiqləyib.
Qanuna əsasən, 2023-cü il aprelin 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.