Cümə günü, 11 iyul 2025
     

Suriya “TORTU”...

Image

Yenə "sevinən" müsəlmanlar, yenə yıxılan heykəllər, yenə saqqalı "qəhrəmanlar", yenə sərvət müharibəsi...

Yaxın Şərq yenə qaynayır. 61 illik Hafiz və Bəşər Əsəd ata-oğul hakimiyyəti dramatik fəlakətlə sona çatdı. Bu rejimin hakimiyyət acgözlüyü ucbatından milyonlarla suriyalı vətənindən didərgin düşdü, neçə-neçə suriyalı insan nəsli müharibə və aclıqla doğulub eləcə də həyatdan getdilər, minlərlə günahsız körpələr bombardman nəticəsində dağıntıların altında qalıb torpağa qarışdılar. Ötən əsrin 60-70-ci illərində Şərqin ən gözəl ölkəsi sayılan Suriya, daha sonralar B.Əsədin hakimiyyət hərisliyi ucbatından vətəndaş müharibəsinə, qan gölünə və tarixin xarabazarlığına çevrildi. Budur, B.Əsəd tonlarla qızıl və milyard dollarları da özü ilə götürüb Moskvaya sığınıb. Ən dəhşətlisi isə odur ki, bu sülalə rejimi Suriyanı bu gün dünyanın xəritəsindən silinmək risqi ilə üz-üzə qoyub. Artıq azı 5-6 ölkə, terror qrupları ac canavar kimi Suriyanın başının üstünü alıblar.

Suriyanın "ad günüdür" - TORT üçün hamı novbədədir...

Dünya siyasətinin ƏSL ÜZÜNƏ və acı mənzərəsinə baxın: güclü dövlətlər yeni terror təşkilatları yaradır, onlara bahalı silahlar, bahalı avtomobillər, milyon dollarlar ötürüb hərəkətə gətirirlər. PKK-PDY, əsas da hazırda Suriyada ən güclü silahlı qruplaşma olan və B.Əsədin axırına çıxan "Həyat Təhrir əş-Şam" (HTŞ), lideri də Əbu Muhəmməd əl-Culani. Üstəgəl Rusiya hərbi bazaları, ABŞ, İngiltərə, İsrail, İran da Suriya "tortunda" dilim axtarırlar. Xüsusilə Suriya nefti bölgə və dünya güclərinin ağzını sulandıran əsas məsələdir. Amma təkcə Suriya sərvətləri diqqəti cəlb etmir. Həm də burda daha çox torpaq və mövqe qazanmaq uğrunda amansız mübarizə gedir. Və çox yəqin ki, B.Əsəd rejiminin süqutundan sonra qarşıdakı aylarda bu mübarizə terror qruplaşmalarının əli ilə daha amansız hala çevriləcək. Xüsusulə uzun illərdir B.Əsədin hamisi rolunda çıxış edən Rusiya, artıq bu ailə sülaləsini qoruya bilmədiyi üçün yaxın Şərqdəki mövqelərinin əldən çıxmasına sakitcə tamaşa etməyəcək. Ukraynada Qərblə amansız müharibə aparan Vladimir Putinin Suriyada mütləq bir pay qoparacağı, Yaxın Şərqdəki mövqelərini qaytarmaq üçün planlar hazırlayacağı tamamilə gözləntidir.
 Türkiyə isə öz təhlükəsizliyi, xüsusilə ABŞ-ın dəstəyi ilə PKK-PYD terror qruplaşmasının Suriya ərazisində at oynatmasına yol verməmək üçün ciddi addımlar atacaq. Uzun illərdir ki, B.Əsədi müdafiə etmək işində Rusiya ilə yanaşı yol gələn, hazırda Suriya siyasətində fiaskoya uğrayan İran da bölgədəki sonrakı proseslərdə mütləq yer alacaq. Israil isə bu baş verənlər fonunda daha geniş addımlara artıq start verib. Son məlumatlara görə, İsrail ordusu Suriya ilə bufer zonada yerləşən Hermon dağının qarşı tərəfdəki nöqtəsini ələ keçirib. İsrail Suriya məsələsində hamıdan daha aktiv olacaq. Çünki 1967-ci ildə Suriya ilə qısamüddətli müharibədən sonra Coland təpələrini ələ keçirən İsrail, bu gün daha böyük və geniş planlarla ortadadır. Çox güman ki, rəsmi Təl-Əviv Suriya "tortundan" daha çox yararlanmaq, daha çox torpaq qazanmaq və genişlənmək planlarını işə salacaq. Əlbəttdə, yenicə Ağ Evə dönüş etmək istəyən, amma hələ ayağı Vaşiqntondakı prezident otağına dəyməyən Donald Trampın xəbəri olmadan bütün bunların reallaşması mümkünsüz məsələdir. Belə görünür ki, dünya siyasətini yenidən "dizayn etmək" fikrinə düşən milyarder Ağ Ev sahibi, haqqında deyildiyi kimi dünya üçün dinclik, sülh, müharibələrin sonluğunu gətirən adama oxşamır. Əslində baxsan, D.Tramp da dərin dünya güclərinin onun üçün yazılmış ssenarini oynamaq məcburiyyətində qalan siyasi aktyordan başqa bir şey deyil...
 Amma nədənsə bütün bəlalar müsəlman ölkələrini tapır. On illiklər boyu yetişdirib padişahlıq taxtına əyləşdirdikləri tiranların əli ilə müsəlman ölkələrinin sərvətlərini sovurub aparan böyük dövlətlər, yolun sonunda bu tiranlara "əlvida" deyib yeni qəhrəmanlar ortaya çıxarırlar. Görünür, dünya siyasətinin bossları yenə müsəlman ölkələri üzərindən lobarotoriya kimi istifadə edəcəklər.
 Dünya mediasına nəzər yetirirəm, telekanallardakı görüntülərdə B.Əsəd rejiminin süqutuna dəli kimi sevinən, motosikletlərinə və avtomobillərinə Suriya bayrağı taxıb meydanlarda var gəl edən zavallı suriyalıları görürəm. Sevinirlər ki, babalarının, atalarının, özlərinin və körpə övladlarının gələcəyini məhv edən 61 illik sülalə rejiminə son qoyulub. Amma anlamırlar ki, 61 il ata-oğul hakimiyyətini ayaqda saxlayanlar, Suriyanın sərvətlərini bu rejimin əli ilə sümürənlər indi yeni saqqalı "qəhrəmanlar" ortaya çıxaracaqlar və yenə sümürülən, haqları yeyilən həmin bu sevinən, bayram edən suriyalıların özləri olacaq.
 Vaxtı ilə Səddam Hüseynin heykəllərini yıxıb bayram edən, daha sonra ABŞ əsgərlərinin itlərinə yem olan iraqlılar da, Müəmmar Qəddafini diri-diri öldürüb çırtlaq atan, bu gün isə qəbilələrə bölünüb bir-birini qıran liviyalılar da gəldi gözümün qarşısına. Bu gün növbədə Suriyadır. Bu ərəb ölkəsinin başına nə oyunlar açılacaq? Yəqin dünyanı idarə edənlər bunu çoxdan müəyyənləşdiriblər. Lakin ortada olan bir həqiqət var: Öz iyrənc səltənətləri üçün 61 ildə yüz minlərlə suriyalını qanına qəltan edən Əsəd ailəsinin bütün cinayətlərində bu rejimi əl üstündə saxlayan böyük dövlətlərin də ən azı onlar qədər günahı və cinayəti var.Amma ən iyrənci bilirsiniz nədir? Həmin bu dünya gücləri Əsəd rejimi süqut edər - etməz, ac canavar kimi əllərindəki terror qruplarını ortaya salıb bu torpaqlardakı sərvətlər üçün mübarizəyə başlayıblar.
Qərbdən gələn guya Suriyanın gələcək "demokratikləşdirilməsi" barədəki bəyanatlar isə gülünclükdən başqa bir şey deyil. Qərbdəki küçə səfilinə də məlumdur ki, yaxın Şərq ölkələrinin cəmiyyətlərində plüral, azad düşüncə tərzi, sivil inkişafa meyl edən ictimai şüur mövcud deyil. Həmin bu Qərb ölkələrinin cinayətləri sayəsində total düşüncəli, yalnız silah və terror "dilindən" anlayan, yalançı din libasına bürünən, terror üçün din faktorundan savadsızcasina istifadə edən kütlə cəmiyyətləri hakimdir yaxın Şərqdə. İraq, Liviya, Misir, Livan, Tunis - hamısı bir bezin qırağıdırlar. Həmişə də belə olacaq.  Əksər suriyalılar məzarlıqda, qalanları da dünyanın dörd yanına didərgin düşüblər, belə bir vaxtda sən kimə hansı "demokratiya" vəd edirsən? Heç zaman heç kimə qismət olmayan yalançı "demokratiya" şüarı...
 İndi Suriyada saqqalı "müxalifət" sürüsünün zamanı başlayır. Hər supergüc bir terror təşkilatını salıb Suriyanın canına. Əlbəttdə, bu böyük ölkəni bir neçə yerə böləcəklər, bu şübhəsiz belədir. Hamısı toyuq ovuna çıxan ac tülkülər kimi pusquda durublar. Suriyanın "ad günüdür", TORT üçün hamı novbədədir...

Mətləb Salahov




VİDEO

SON XƏBƏRLƏR

11.07.2025 / 18:33
Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

11.07.2025 / 18:19
Təhsil Nazirliyi “qanunsuz” azad edir, məhkəmələr bərpa edir...

11.07.2025 / 18:06
Əliyev-Paşinyan razılaşmasının ardınca Rusiya hərəkətə keçdi...

11.07.2025 / 17:52
Vətəndaş Cəmiyyəti Təşkilatlarının BMT-də rolu – BAMF-dan növbəti təlim

11.07.2025 / 17:47
Azərbaycandan Almaniyaya daha çox pul axmağa başlayıb - əvvəl tərsinə idi, nə olub?

11.07.2025 / 17:44
TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti geniştərkibli müşavirə keçirilib

11.07.2025 / 17:25
Tramp Ukraynaya göndərəcəyi silahların pulunu NATO-dan alacaq - Biz silahları onlara verəcəyik, onlar da Ukraynaya...

11.07.2025 / 17:12
Sabunçuda əməliyyat - Emin Səmədov 10 kq narkotiklə tutuldu...

11.07.2025 / 16:59
Dünya Çərkəz Birliyi çərkəz xalqının geridönüş haqqının tanınmasını tələb edir

11.07.2025 / 16:40
PKK-nın tərksilah edilməsilə bağlı ilk addım Süleymaniyyədə atıldı - Rəsmi Ankaradan ilk reaksiya...

11.07.2025 / 16:37
FHN-in əməkdaşı Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçildi

11.07.2025 / 16:28
Səyyahların Laçına səfəri başlayıb

11.07.2025 / 15:42
“Terrorsuz Türkiyə” prosesinə rəsmən start verildi - bir qrup PKK-çı silahı yerə qoydu...

11.07.2025 / 15:29
Dəniz kənarında ekoloji çirklənməyə yol verən şəxslərə qarşı polis nəzarəti daha da gücləndirilib

11.07.2025 / 15:14
"Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı" - Xocalı soyqırımı zamanı körpə övladları ilə girov götürülmüş qadın

11.07.2025 / 15:10
Bakıda “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda Forum keçirilib - FOTO

11.07.2025 / 14:51
Azərbaycanın daha iki abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi

11.07.2025 / 14:26
16 milyon manata yaxın borcu olan şirkətin əmlakı satışa çıxarıldı

11.07.2025 / 14:12
Ağdamda tikinti aparılan ərazidə insan sümüyü aşkarlandı

11.07.2025 / 13:55
Türk Rivierasında heyranedici mənzərələrlə dolu unudulmaz səyahət

11.07.2025 / 13:47
Paşinyan İrəvanı revanşistlərdən “təmizləyir”..

11.07.2025 / 13:24
“Konstitusiya və Suverenlik İli” çərçivəsində BDU-nun 2 tələbəsinə Ombudsmanın xüsusi təqaüdü veriləcək

11.07.2025 / 13:21
Prezident İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib

11.07.2025 / 13:19
BDU-da “Birincilik” təqaüdü təsis edildi

11.07.2025 / 13:12
Страшный сон профессора Хачикяна - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.07.2025 / 13:11
Almaniyada yaşayan ixtiraçı həmyerlimiz "Bakı Xəbər"ə müraciət etdi

11.07.2025 / 13:09
“Sənət və duyğu harmoniyasının təbliği” layihəsi uşaqların psixoloji rifahına töhfə verir

11.07.2025 / 12:53
"Medianın işində ciddi keyfiyyət dəyişikliyi özünü göstərməkdədir" - Əhməd İsmayılov

11.07.2025 / 12:35
Rusiya Ukrayna müharibəsilə bağlı ABŞ-a yeni təkliflər verdi - Lavrovla görüşən Rubio detalları açıqlamadı...

11.07.2025 / 12:07
"Milli mətbuatımızın hazırkı estafetini yeni gənc nəsil qəbul etməlidir" - Əhməd İsmayılov

11.07.2025 / 11:55
“Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyaları birləşdirildi

11.07.2025 / 11:50
“Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi yaradıldı - FƏRMAN

11.07.2025 / 11:42
Prezident bələdiyyələrin vahid informasiya sisteminin yaradılmasını təsdiqlədi

11.07.2025 / 11:35
Yaşayış minimumu haqqında qanunda dəyişiklik edildi

11.07.2025 / 11:33
“Bakinski raboçi” və “Xalq” qəzetinin redaksiyalarının MMC-ləri yaradıldı - FƏRMAN

11.07.2025 / 11:31
Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsinə vəsait ayrıldı - SƏRƏNCAM

11.07.2025 / 11:30
"İrana səfər etməyin!" - ABŞ öz vətəndaşlarına XƏBƏRDARLIQ ETDİ

11.07.2025 / 11:25
Dünya bazarı çalxalanır - qızıl 20 dollardan çox bahalaşıb

11.07.2025 / 11:16
Abşeronda 17 əl qumbarası, 16 partlayıcı və xeyli silah-sursat aşkarlandı - TƏCİLİ

11.07.2025 / 11:13
Vüqar Rəhimzadə: Azərbaycan konstruktiv və lider mövqeyi ilə sülh gündəliyini irəli aparır

11.07.2025 / 11:09
Cənubi Qafqazda yeni diplomatik mərhələ: Əbu-Dabidə tarixi görüş

11.07.2025 / 11:07
Samvel Karapetyanın yaxın adamı da həbs edildi

11.07.2025 / 11:04
Prezident İlham Əliyev Monqolustan Prezidentini təbrik etdi

11.07.2025 / 11:03
Bakı - İrəvan danışıqlarında mühüm nəticələr alındı - CANLI

11.07.2025 / 11:00
Respublika Klinik Xəstəxanasında pasiyent üzərində eyni anda 5 əməliyyat icra olunub

11.07.2025 / 10:31
BDU-da T3 Fondunun birgə əməkdaşlığı ilə “TEKNOFEST klubu” yaradılır

11.07.2025 / 10:29
Makron ŞOKDA - Məhkəmə onun arvadını kişi adlandıran jurnalistə bəraət verdi!

11.07.2025 / 10:22
Şirvanda narkokuryerdən 7 kiloqrama yaxın narkotik vasitə götürülüb

11.07.2025 / 10:13
Azərbaycan və Çin arasında mülki aviasiya sahəsində əməkdaşlığa dair sənəd imzalanıb

11.07.2025 / 10:10
Pakistanda cinayətkarlar 9 sərnişini öldürüblər

11.07.2025 / 10:00
"Rusiya ilə müharibə təkcə Ukrayna üçün deyil..."

11.07.2025 / 09:45
Pensiyaçılara şad xəbər

11.07.2025 / 09:32
Bu çanta Parisdə 7 milyona avroya satıldı

11.07.2025 / 09:20
"60 günlük atəşkəsə razıyıq, amma..."

11.07.2025 / 09:12
"Rusiya ilə bağlı məyus oldum" - Trampdan mühüm açıqlama

11.07.2025 / 09:05
Avroliqada yeni mövsüm başladı - NƏTİCƏLƏR

11.07.2025 / 09:02
PKK bu gün silahı yerə qoyacaq - "Terrorsuz Türkiyə" dövrü başlayır

11.07.2025 / 08:41
DİM-in riyaziyyatla bağlı "hesabları" özünü doğrultmadı...

11.07.2025 / 08:40
Bakının bu yollarında tıxac var - MƏLUMAT

11.07.2025 / 00:03
"Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik" - ABŞ Departamenti

10.07.2025 / 22:34
Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi zamanı əsirlikdə və girovluqda dəhşətli işgəncələrə məruz qalmış şəxslər məhkəmədə ifadə verdi - FOTO

10.07.2025 / 22:05
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərindən görüntülər paylaşıldı - VİDEO

10.07.2025 / 21:29
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatdı - FOTO

10.07.2025 / 21:24
Tramp bacarmadı - Qərblə Rusiyanın qarşıdurması daha da şiddətlənir...

10.07.2025 / 21:10
Bakı-İrəvan sazişi barədə ABŞ-dan dalbadal sual doğuran açıqlamalar gəlir...

10.07.2025 / 20:56
Ya Öcalan PKK ilə oynayır, ya da PKK Öcalanı oynadır - 11-də hər şey açılacaq...

10.07.2025 / 20:41
"İşıqçı Karapetyan Çarukyandan güclü fiqurdur” - Paşinyanın qarşısına fiqur tapıb çıxara bilmirlər...

10.07.2025 / 20:27
Prezident Əliyevlə Paşinyan razılığa gəldi - dövlət komissiyalarına tapşırıqlar verildi...

10.07.2025 / 20:11
“Dirilik” məcmuəsinin transliterasiya edilmiş toplusunun təqdimat mərasimi keçirilib

10.07.2025 / 20:03
"Mənim yanıma hazırlığa gəlməsən, attestat qiymətini kəsəcəyəm" - müəllimlər qisasa başlayıb...

10.07.2025 / 19:43
Makron səfirliyimizə basqın etmiş quldurun cəzasını ağırlaşdırdı - Bakıya jest?..

10.07.2025 / 19:26
Tramp Azərbaycanla bağlı məktubda dediyi kimi etdi - artım var...

10.07.2025 / 19:10
Fikir və söz azadlığına tam təminat Azərbaycanda inkişafın mühüm amilinə çevrilib...

10.07.2025 / 18:55
Antinarkotik tədbirlərinin gücləndirilməsi və reabilitasiya mərkəzlərinin fəaliyyəti DİN-in Kollegiyasında geniş müzakirə olundu

10.07.2025 / 18:48
Trampın “cəfəng danışan Putinə” kiçik sürprizi nədir?..

10.07.2025 / 18:45
ABŞ Zəngəzur dəhlizi ilə bağlı təklif verib - rəsmi təsdiqləndi...

10.07.2025 / 18:33
Tramp hökumətində “Ukrayna xaosu”, ya oyun? - Heqset Trampdan fərqli siyasət aparır...

10.07.2025 / 18:25
Azərbaycan-Qazaxıstan "Tərlan-2025” PUA təlimi başa çatdı - FOTO

10.07.2025 / 18:19
Xərçəng niyə bu sürətlə artır - Azərbaycanda bir ildə təxminən 4 min artım...

10.07.2025 / 18:11
Ermənistanda Karapetyanın Sirk binası da müsadirə olunur...

10.07.2025 / 18:06
Mehdi Sobhani Pezeşkianın Qarabağda atdığı imzanı pozdu - İran XİN-dən hərəkət yoxdur...

Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910