Çərşənbə axşamı günü, 15 iyul 2025
     

Beynəlxalq tədbirlərə ev sahibliyi - siyasi və sosial fəallığın mənbəyi...

Image

Vətəndaşların sosial və siyasi fəallıqları özlərini müxtəlif məsələlər, hadisələr fonunda daha aydın şəkildə ifadə edə bilir. Biz Azərbaycanda vətəndaşların sosial və siyasi fəallıqlarını ayrı-ayrı istiqamətlərdə görə bilirik. Vətəndaşların sosialsiyasi fəallığının artırılmasının mühüm əhəmiyyəti var və bu istiqamətdə ardıcıl formada işlər görülür. 

Bilirsiz ki, Azərbaycan ənənəvi olaraq mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir. İndiyə qədər ölkəmizdə onlarca belə tədbir keçirilib və hər birində də vətəndaşlarımızın, insanlarımızın aktivliyi müşahidə olunub.

Ölkəmizdə son belə möhtəşəm beynəlxalq tədbir BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflərin Konfransının 29-cu sessiyası (COP29) oldu ki, burada da biz vətəndaşlarımızın aktiv fəaliyyətini gördük. 

Mühüm beynəlxalq tədbirlərə ev sahibliyi Azərbaycanda siyasi və sosial fəallığa necə təsir edir? 

Ekspertlər bu məsələyə iki tərəfdən baxmağın tərəfdarıdır. Məsələn, bu cür təbirlər keçiriləndə onlara həm o tədbirlərin siyasi dövlətçilik əhəmiyyəti ətrafında cəmiyyətin, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, mətbuatın toparlanması, həm də o tədbirlərə ictimai dəstək səviyyəsində müəyyən hərəkətlərin həyata keçirilməsi nöqteyi-nəzərdən yanaşmaq lazımdır.  O cümlədən də burada könüllülərin fəaliyyəti qeyd olunmalıdır. Məsələn, COP29-da könüllülərin fəaliyyəti olduqca nümunəvi oldu. 

Hər iki istiqamət özünü bu tədbirlərdə göstərir. Biz həm bu tədbirlərin siyasi dövlətçilik əhəmiyyəti ətrafında cəmiyyətin toparlanmasını, həm də onun təşkilatçılıq işlərinin ətrafında cəmiyyətin, sosial qrupların fəallaşmasını görə bilirik. 

"Vətəndaşlarımızın da sosial-siyasi aktivliyini müşahidə etdik"

Müstəqil ekspert Rauf Zeyni "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi vətəndaşların da bütün mənalarda dəstəyini qazanıb. "Ölkəmizidin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi bir ənənə halını alıb və vətəndaşlarımız da bu tədbirlərə çox müsbət yanaşır. Vaxtilə belə bir fikir irəli sürmüşdük ki, Azərbaycan beynəlxalq idman oyunlarına, mədəniyyət tədbirlərinə ev sahibliyi edir, dialoq mərkəzinə çevrilir, dünyanın mühüm təşkilatları, dünya liderləri Bakıda qlobal məsələləri müzakirə edirlər. Eyni zamanda Azərbaycan düşüncə, vəhdət mərkəzinə çevrilir və bütün bu tədbirlər, formlar, konfranslar əlbəttə, sözün əsl mənasında Azərbaycanın fikir, düşüncə, dialoq mərkəzinə çevrilməsinə xidmət edir. Bu danılmaz faktdır. Azərbaycan özünü müstəqil ölkə kimi yeni keyfiyyətdə bütün dünya ictimaiyyətinə təqdim edir. Beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməklə təşkilatçılıq qabiliyyətini bütün dünyaya göstərir. Həmçinin idarəetmə imkanlarını, keyfiyyətini, qabiliyyətini nümayiş etdirir. Tolerant, multikultural, çoxkonfensiyalı ölkə olduğunu sübut edir. Əlbəttə ki, eyni zamanda əraziləri 30 il erməni işğalına məruz qalmış bir ölkə olaraq müharibənin bütün gerçəkliklərini, işğalın bütün nüanslarını dünyaya göstərə bilir. Ərazilərimizə minaların basdırılmasından tutmuş terrora qədər işğalın ölkəmizə vurduğu zərbələri, ziyanları açıq şəkildə göstərir. Azərbaycan xalqının 30 il ərzində nələr yaşadığını dünya ictimaiyyətinə çatdıra bilir. Eyni zamanda Azərbaycan 33 il ərzində sivil, mütərəqqi, inkişaf etmiş bir dövlət olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırır. İnsanlar özləri gəlib görürlər ki, bura mədəniyyət, incəsənət və digər sahələrdə çox istedadlı bir xalqın ölkəsidir. Bunların da şahidi olurlar, sonra da gedib öz ölkələrində müsahibə verirlər və gördüklərini qeyd edirlər. Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzin vasitəsilə keçirilən formlar və digər tədbirlər həm siyasi, həm də sosial-mədəni, humanitar cəhətdən bütün sahələrə sirayət edir. Biz bu tədbirlərə dövlət olaraq, xalq olaraq, vətəndaşlar, sosial qruplar olaraq çox müsbət yanaşırıq və iştirakçılığımızı əsirgəmirik. Ölkəmizdə keçirilən bu kimi tədbirlərdə vətəndaşlarımız da, konüllülərimiz də dövlətçilik naminə birləşirlər və töhfələrini verirlər. Belə tədbirlərdə həm vətəndaşlarımızın, həm də qurumlarımız yaxından iştirak edir".

R.Zeyni qeyd etdi ki, vətəndaşlarımız ölkəmizin bu tədbirlərə böyük ehtiyacı olduğunu çox yaxşı başa düşürlər və  bu səbəbdən də tədbirlərin işində aktiv iştirak edirlər. "Bu tədbirlərin özümüzü dünya ictimaiyyətinə təqdim etməyimiz üçün çox vacib olduğunu cəmiyyətin bütün vətəndaşları bilir. İlk Avropa Oyunlarını götürək. Bu oyunların açılış mərasimi bir Azərbaycan təqdimatı idi.

Bəlkə də biz illərlə belə bir təqdimata ehtiyac duyurduq ki, bütün dünya bizim səsimizi eşitsin. Eyni zamanda muğamdan tutmuş poeziyaya, dahilədimizin təqdimatında  texnoloji, İKT imkanlarına qədər hər vasitəni səfərbər edərək böyük tarixə, mədəniyyətə, dəyərlərə malik bir  ölkə olduğumuzu, milli, bəşəri və mütərəqqi bir dövlət olduğumuzu dünya ictimaiyyətinə təqdim edə bildik. Ona görə də bu sual və mövzu ətrafında çox danışmaq, çox fikirlər söyləmək olar.

Azərbaycanın en sahibliyi etdiyi beynəlxalq tədbirlər sözün əsl mənasında həm xalqımızın, həm ictimaiyyətimizun, həm də dövlətimizin maraqlarını tam şəkildə ifadə edir. Bu tədbirlərə bizim ehtiyacımız böyükdür. Həyatımızın bütün çalarları həm siyasi, həm sosial, həm mədəni, həm turizm, həm də digər baxımdan burada ifadə olunur. Azərbaycan bir turizm mərkəzinə çevrilməlidir. Çünki bunun üçün bütün potensial imkanlar var. Amma etiraf etməliyik ki, işğal, eləcə də mənfur qonşularımız və onların havadarlarının bizə qarşı etdilləri bizi illərlə geri atdı. Buna baxmayaraq yenə də biz mümkün vasitələrdən istifadə edib bu beynəlxalq tədbirlərə ev sahibliyi etdik. Azərbaycan bu tədbirlərdə özünün tarixi imzasını qoydu.

Əlbəttə, biz bu məsələdə vətəndaşlarımızın da sosial-siyasi aktivliyini müşahidə etdik". 

Azərbaycan vətəndaşlarının, ayrı-ayrı ictimai qurumların, könüllülərin bu tədbirlərdə fəal iştirakının olduğunu vurğulayan R.Zeyni həmçinin qeyd etdi ki, ölkəmiz təkcə ev sahibliyi etdiyi tədbirlərdə deyil, eyni zamanda sədrlik etdiyi tədbirlərdə də öz sözünü dedi. O, söylədi ki, Qoşulmama Hərəkatında Azərbaycan həm də bir siyasi mədəniyyət, siyasi idarəetmə nümayiş etdirdi. Ona görə də, BMT-dən sonra ikinci böyük təşkilat olan   Qoşulmama Hərəkatına üzv dövlətlər Azərbaycana etimad göstərib ölkəmizin bu quruma sədrliyini uzatdlar. "Həmin təşkilat məhz Azərbaycanın rəhbərliyi dövründə təşkilat kimi özünü təqdim etdi və beynəlxalq təşkilat statusuna sahib oldu. Onu da o dövlətlər gördü ki, Azərbaycan bu təşkilatı beynəlxalq təşkilata çevirdi. Onu inkişaf etdirdi, onun idarəetməsini təkminləşdirdi. Bunlar hamısı həqiqətdir və o proseslərin iştirakçısı olan dünya ictimaiyyəti də bunu çox yaxşı bilir. Bu özü də müstəqillik tariximizdə çox əhəmiyyətli səhifələrdir. Bunu ictimaiyyət də bilir və bu səbəbdən də dövlətçilik əhəmiyyətli tədbirlərdə fəallıq edirlər".  

R.Zeyni qeyd etdi ki, bütün bunlar göstərir ki, mühüm əhəmiyyət kəsb edən beynəlxalq tədbirlərin ölkəmizdə vətəndaşların da, ictimai qurumların da, vətəndaş cəmiyyəti instutunun da, könüllülərimizin də sosial-siyasi baxımdan daha da aktivlik nümayiş etdirməsi üçün geniş üfüqlər açıb. 

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

15.07.2025 / 14:02
Evdən 30 min dollar və 12 min manat oğurlayan qadın tutuldu...

15.07.2025 / 13:47
Laçından Ağcabədiyə 120 kq yararsız mal əti aparan şəxs yolda yaxalandı...

15.07.2025 / 13:34
"Azərbaycan ilə Türkiyənin qanunvericilik aktlarını bir-birinə uyğunlaşdırmağa çalışırıq" - Əhliman Əmiraslanov

15.07.2025 / 13:19
"Xain çevrilişə cəhd zamanı can Azərbaycanın ölkəmizə güclü dəstəyini xatırlayırıq" - Türkiyə səfiri

15.07.2025 / 13:10
Дмитрий Киселев! Совет Прессы Азербайджана в отличии от вас, никогда не врёт - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

15.07.2025 / 12:53
Azərbaycandan qardaş Türkiyəyə 15 iyul mesajı - "dərin ehtiram və minnətdarlıqla anırıq”

15.07.2025 / 12:38
Baku Network Parisdə ilk dəfə olaraq erməni təcavüzü nəticəsində həlak olmuş azərbaycanlı jurnalistlərlə bağlı məsələ qaldırıb

15.07.2025 / 12:32
III MDB Oyunlarına 8 ölkədən 1846 idmançı qatılacaq

15.07.2025 / 12:20
"Bu gün Azərbaycanla Türkiyə gələcəyə doğru çiyin-çiyinə irəliləyir" - İlham Əliyev

15.07.2025 / 12:13
Slovakiya Azərbaycanda fəxri konsulluq açacaq

15.07.2025 / 12:10
"Bu layihələrin dünyada analoqu yoxdur" - Prezidentin xüsusi nümayəndəsi

15.07.2025 / 12:05
"Barselona" bu futbolçu üçün "pivəçilər"ə elçi düşdü...

15.07.2025 / 12:00
Hollivud ulduzunun bu fotosu 21 min dollara satıldı...

15.07.2025 / 11:51
2025-ci ilin ilk 6 ayı ərzində 44 milyondan çox tibbi xidmət göstərilib

15.07.2025 / 11:44
Xameneinin müşaviri yenə Azərbaycan əleyhinə danışdı - bu dəfə pakistanlı nazirlə görüşündə...

15.07.2025 / 11:40
Harmancı yenə xəbərdarlıq edir - COVID-19 davam edir

15.07.2025 / 11:35
6 min 300 ədəd çətənə kolu məhv edilib - polis

15.07.2025 / 11:11
Bu gündən tələbələrin köçürülməsi prosesinə başlanılıb

15.07.2025 / 09:15
Samuxda zəlzələ olub - TƏCİLİ

15.07.2025 / 08:36
Azərbaycanda turistlər hotellərdən imtina edir - kirayə kənd evlərinə kütləvi axın başlayıb...

14.07.2025 / 23:48
Tramp Putini sərt tənqid etdi - Onu qatil adlandırmaq istəmirəm, amma o…

14.07.2025 / 23:40
Tramp Putinə 50 gün vaxt verdi - Ukrayna ilə bağlı razılaşma olmasa...

14.07.2025 / 21:32
Ermənilərin azərbaycanlıları əsir götürərkən işgəncə vermələrini əks etdirən videokadrlar məhkəmədə nümayiş etdirildi - FOTO

14.07.2025 / 21:19
Kilsə Paşinyana əks-hücuma keçdi - "katolikosa hücum Allaha hücumdur"...

14.07.2025 / 21:05
Bir neçə ərəb biznesmenə görə tariximizdən üz döndərməliyik? - Babək ərəblərlə vuruşub, ancaq tarix tarixdir...

14.07.2025 / 20:50
Əbu-Dabidə Əliyev-Paşinyan görüşünün ardınca Gorus görüşü başlayıb...

14.07.2025 / 20:35
Azərbaycanın "yaratdığı" Yeni Kaledoniya Dövləti müstəqil xarici siyasət aparacaq... Konstitusiyada ayrıca maddə...

14.07.2025 / 20:21
Azərbaycan qazının Suriyaya nəqlinin bir neçə marşrutu gözdən keçirilir...

14.07.2025 / 20:07
Supermarketlərimiz yerli bostan məhsullarına bağlıdır - Çindən qarpız idxalı 300 dəfə artır...

14.07.2025 / 19:53
Avropa Bakıdan əlavə 14 milyard kub qaz istəyir - ancaq problem var...

14.07.2025 / 19:40
İki dövlətli həll prosesində yeni ADDIMLAR: Nyu-Yorkda sərt mesajlar veriləcək

14.07.2025 / 19:37
Azərbaycan Yeni Kaledoniyanı dövlət kimi tanıyan ilk ölkə olacaq...

14.07.2025 / 19:25
Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu Aydın Quliyevi təbrik etdi

14.07.2025 / 19:12
Mətbuatın 150 illiyi həm dövlətçilik, həm də ictimai hadisədir...

14.07.2025 / 18:57
ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif etdi - səfir rəsmən təsdiqlədi...

14.07.2025 / 18:44
Rusiya pomidor ticarətindən Azərbaycana 1,2 milyard dollar ziyan vuracaq?..

14.07.2025 / 18:41
“Başlıbel: yaranışdan işğaladək” kitabının təqdimatı keçirilib

14.07.2025 / 18:30
Müxalifətə münasibətdə Fransa ilə Rusiya eyni ölkələrdir - qətllər, təqiblər...

14.07.2025 / 18:16
Azərbaycanın tərəvəzində həqiqətən xəstəlik tapılır, ya Rusiyada məsələ siyasiləşdirilir...

14.07.2025 / 18:02
Bakıda qapalı Suriya-İsrail danışıqlarında hər tərəfdən bir nəfər iştirak etdi... Çox ilginc...

14.07.2025 / 17:48
Putindən İrana gizli “nüvə mesajı” - Rusiyanın məqsədi nədir...

14.07.2025 / 17:35
40 nəfər bağça direktoru niyə “vuruldu”?..

14.07.2025 / 17:22
Suraxanıda oğurluq edənlər saxlandı...

14.07.2025 / 17:14
Mətbuat Şurası Aydın Quliyevi 65 illik yubileyi münasibətilə təbrik etdi - FOTO

14.07.2025 / 17:02
Mətbuat Şurası “Sputnik Azərbaycan”la bağlı durumu müzakirə etdi - Kartavıxın və Belousovun həbslərinin jurnalist fəaliyyətləri ilə heç bir əlaqəsi yoxdur...

14.07.2025 / 16:46
Zelenski təsdiqlədi - Ukraynanın yeni baş naziri o olacaq...

14.07.2025 / 16:31
İstilik təchizatı haqqında Qanun təsdiqləndi

14.07.2025 / 16:29
Azərbaycanda Axar-Baxar və İlisu milli parkları yaradılır - SƏRƏNCAM

14.07.2025 / 16:28
Trend-in informasiya dəstəyi ilə UNESCO-da İçərişəhərin Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyi qeyd edilib – Sahil Kərimli

14.07.2025 / 16:23
Putinin müdafiə naziri ilə bağlı şok xəbər - sevgilisini 100 milyonluq nəhəng hərbi təyyarə ilə gözəllik salonuna apardı…

14.07.2025 / 16:10
Vətən sevgisinin ən uca zirvəsi...

14.07.2025 / 15:57
Görkəmli filosof Ziyəddin Göyüşov haqqında düşünçələrim...

14.07.2025 / 15:56
BMU-da “Yay məktəbi”ndə tədris aparan koreyalı müəllimlərlə görüş olub

14.07.2025 / 15:56
Trampdan Rusiyaya qarşı sərt qərar - Ukraynaya Moskvanı vura biləcək raketlər göndərilir…

14.07.2025 / 15:25
"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin ən tez zamanda imzalanacağına ümid edirik" - Ursula fon der Lyayen

14.07.2025 / 14:48
Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarix

14.07.2025 / 14:44
2024-də ali məktəblərə qəbulda ən aşağı və ən yüksək nəticə göstərən rayonlar - Şahbuz, İsmayıllı və Naftalan...

14.07.2025 / 14:30
Xocalının Təzəbinə kəndinə ilk köç - 28 ailə...

14.07.2025 / 14:23
Bakıda evlərdən 11 min manata yaxın pul oğurlandı - saxlananlar var...

14.07.2025 / 14:17
"Gitara ifaçısı olduğumu biləndən sonra dırnaqlarımı çıxardılar, barmaqlarımı sındırdılar" - Xocalı soyqırımı zamanı həyat yoldaşı öldürülmüş, özü girov götürülmüş zərərçəkən

14.07.2025 / 13:52
DİM sədri 5 il ərzində bəzi ixtisasların ləğv olunacağını açıqladı...

14.07.2025 / 13:47
Külli miqdarda narkotiki ölkə ərazisinə keçirməyə cəhd edən şəxs sərhəddə saxlandı...

14.07.2025 / 13:33
Ali məktəblər subbakalavrların qəbulundan imtina edir - səbəbini Məleykə Abbaszadə açıqladı

14.07.2025 / 13:19
"Ali təhsil müəssisələri attestatla qəbul imkanına etiraz ediblər" - DİM rəhbəri

14.07.2025 / 13:16
Putinin Ermənistan planı - Paşinyanın qarşısına Karapetyanı çıxarır

14.07.2025 / 13:07
Кто победит в этой схватке - Азербайджан или Россия? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

14.07.2025 / 12:57
"Proseslərə özümün belə müdaxilə etməyim qeyri-mümkündür" - Məleykə Abbaszadə

14.07.2025 / 12:46
“Media haqqında” Qanuna təklif edilən dəyişikliklər təsdiqləndi

14.07.2025 / 12:37
Şəxsiyyət vəsiqələrində dəyişiklik - yaşayış yeri və vətəndaşlıq məlumatları olacaq...

14.07.2025 / 12:22
“Xüsusi icra məmurları haqqında” yeni qanun qüvvəyə mindi

14.07.2025 / 12:17
Azərbaycanın daha bir uğuru: Nizami Tibb Mərkəzi də HIMSS beynəlxalq akkreditasiya sertifikatı əldə etdi

14.07.2025 / 12:08
Gəncədə keçirilən art-terapiya kursu uşaqların sosial inkişafına dəstək olur

14.07.2025 / 12:02
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması xidməti “mygov”da təmin olunub

14.07.2025 / 11:50
Vüqar Rəhimzadə: Ümummilli Liderin 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişi Azərbaycanın qurtuluş tarixinin başlanğıcıdır

14.07.2025 / 11:46
Rusiyadan miqrantlara "sürpriz" - rüsumlar artırılır...

14.07.2025 / 11:12
Milli Məclis iclas keçirir - mühüm məsələlər müzakirəyə çıxarılıb

14.07.2025 / 11:05
Yoahim Löv Özbəkistan yolçusudur...

14.07.2025 / 11:03
Azərbaycan düşmənləri mat vəziyyətinə saldı! - FOTO

14.07.2025 / 11:00
Bu iki rayonda qaz olmayacaq - XƏBƏRDARLIQ

14.07.2025 / 10:35
Tramp xüsusi elçisini Ukraynaya yollayıb

14.07.2025 / 10:29
Bu il 6 mindən artıq istifadəçi hakerlərin qurbanına çevrilib

Mətbuatın 150 illiyi həm dövlətçilik, həm də ictimai hadisədir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910