Astarada “Məhəmməd Əmin Rəsulzadə milli müstəqilliyimizin ideoloqudur” adlı tədbir keçirildi
Görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi münasibətilə Astara rayon Heydər Əliyev Mərkəzində “Məhəmməd Əmin Rəsulzadə milli müstəqilliyimizin ideoloqudur” adlı sərgi və tədbir keçirilib.
Mərasimdə Astara şəhər 5 saylı tam orta məktəbinin şagird və müəllim kollektivi iştirak edib.
İştirakçılara mərkəzin baş fond mühafizi Elza Kazımova və bələdçisi Cəmalə Məmmədova tərəfindən Məhəmməd Əmin Rəsulzadə barədə məlumat verilərək bildirilib ki, Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yeri vardır. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşamış və mübarizə aparmışdır.
Daha sonra şagirdləri mövzu ətrafında düşündürən suallar ətraflı cavablandırılıb. Həmçinin tədbir çərçivəsində “Cümhuriyyətimizin banisi Məhəmməd Əmin Rəsulzadə” mövzusunda film nümayiş edilib, mərkəzin Elektron kitabxanasında saxlanılan kitablardan imarət sərgi də maraqla qarşılanıb.
Zəfər OUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü