KÖHNƏ VERSİYA            

AŞPA-nın Azərbaycandan yersiz təmənnası - "onları seçkiyə dəvət etmək öhdəliyimiz yoxdur"...

Image

Birmənalı həqiqətdir ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) heç zaman Azərbaycana qarşı dürüst davranmayıb. Bu, Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqləməməsi fonunda bir daha özünü büruzə verdi.  

Alman deputat Frank Şvabenin bununla bağlı irəli sürdüyü təklifləri AŞPA Monitorinq Komitəsi məqbul sayıb.

Bütün bunlardan sonra Azərbaycan nümayəndə heyəti məlum bəyanatı yayaraq qurumda fəaliyyətini qeyri-müəyyən müddətə dondurdu. Əsas qoyduqları məsələlərdən biri Laçın yolu ilə bağlıdır. Hələ ötən il aprelin 23-də Azərbaycan Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsini qurandan sonra AŞPA dəfələrlə Azərbaycandan həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsini tələb etmişdi. Təbii ki, Azərbaycan mahiyyət etibarı ilə Ermənistandan ölkəmizin ərazisində o zaman hələ mövcud olan qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə və silah-sursat daşımasına icazə vermək anlamına gələn bu tələbi qətiyyətlə rədd etdi. Bundan sonra AŞPA rəhbərliyi 3 dəfə ölkəmizə müraciət edərək Laçın yoluna məruzəçi göndərmək istədiyini bildirib. Amma Azərbaycan quruma müvafiq cavabını verdi. O vaxt sirr deyildi ki,  AŞPA missiyalarının Azərbaycana səfər cəhdləri yalnız erməni məsələsi ilə bağlı olub və təşkilatın prioritet məsələsini “ermənilərin hüquqları” təşkil edib. Bir dövlətin öz suveren ərazilərində nəzarət-buraxılış məntəqəsini qurması,  özünə qarşı təhlükəni aradan qaldırması beynəlxalq hüququla təsbit olunub. Bu, BMT nizamnaməsinin 51-ci maddəsidir. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan vaxtilə Qarabağ probleminin həllinə sülh yolu ilə nail olmaq üçün Avropa Şurasına üzv olmuşdu. Lakin ötən dövrdə gedən proseslər göstərdi ki, bu qurum Azərbaycanın mənafelərinə xidmət edəcək heç bir layihədə maraqlı deyil. Bundan başqa, reallıq onu göstərir ki, qurumda fəaliyyət göstərən bəzi avropalı nümayəndələr vətəndaşı olduğu ölkələrin destruktiv siyasətlərini AŞPA platformasında da yürütməyə çalışırlar. Buna görə də Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması Qərbin siyasi riyakarlığı və sifariş kimi qiymətləndirilməlidir. Digər tərəfdən, AŞPA üçün insan və vətəndaş hüquqları, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri önəmlidirsə, niyə 30 il Ermənistanın işğal siyasətini qınamadılar? Bu müddət ərzində niyə bir avropalı deputat demədi ki, Ermənistan üzv olduğu təşkilatın digər üzvünün ərazisini işğal edib və buna görə də erməni nümayəndə heyətinin AŞPA-da fəaliyyəti məhdudlaşdırılmalıdır? Yaxud “Qarabağdan erməni sakinlərin zorakılıqla çıxarılması” kimi iddialar irəli sürən AŞPA 250 mindən artıq Qərbi azərbaycanlının öz ata-baba yurduna qayıtmaq hüququnu niyə görməzdən gəlir?  Bu suallar AŞPA-nın iç üzünü ifşa edir. Onu da qeyd edək ki, ötən ilin sentyabrında Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən sonra ölkəmizə qarşı hücuma keçən, ölkənin uğurlarına qıcıq olan qurumlardan biri də AŞPA olub. 

O da məlumdur ki, AŞPA-nın Azərbaycana qarşı daha bir iradı rəsmi Bakının fevralın 7-də keçiriləcək prezident seçkisini müşahidə etmək üçün Avropa Şurası Parlament Assambleyası nümayəndə heyətini dəvət etməməsi ilə bağlıdır. Əvvəla, Azərbaycanın AŞPA-nın seçkilərə dəvət olunması kimi öhdəliyi yoxdur. Əsas seçki izləyən institut olan ATƏT- Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu seçkiləri izləyəcək. Bunlar fonunda Rusiya Federasiya Şurası sədrinin müavini Konstantin Kosaçov maraqlı bir açıqlama verib. Senator qeyd edib ki, təşkilatın bu günlərdə keçirilən qış sessiyasında qondarma “ciddi əsaslar” üzrə Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri müzakirə obyektinə çevrilib: “Azərbaycanda fevralın 7-nə təyin edilmiş prezident seçkiləri ərəfəsində nümayəndə heyətini səlahiyyətlərindən məhrum edirlər. Azərbaycan parlamentarilərinin bu addımı seçki prosesinə müdaxilə cəhdi kimi qiymətləndirməsi və tam heyətlə assambleyanı tərk etməsi tamamilə məntiqlidir. Bunun motivlərini başa düşürəm və emosiyaları bölüşürəm. Hər halda, cəzalandırıcı qərar 300-dən çox səsvermə hüququna malik olan, amma iclasda iştirak etməyən nümayəndələrdən təqribən 70 nəfərinin səsləri ilə qəbul edildi. Bu, yumşaq desək, şübhəli demokratiyadır. Əgər AŞPA öz qarşısına “Eurovision”da olduğu kimi, maraqların birləşdirdiyi müvəqqəti dostların bir-birinin lehinə səs verdiyi” qapalı kluba çevrilmək məqsədi qoyubsa, onda deməyə daha heç bir söz qalmır”. Rusiyalı senator vurğulayıb ki, əgər AŞPA bərabər dialoq imkanları ilə qurucu parlament platforması roluna iddia edirsə, onda hazırkı metodlar və taktika heç bir vaxt olmadığı qədər uğursuzdur. Qurumun Azərbaycana yanaşması da onun seçki prosesi, ümumiyyətlə Azərbaycanla bağlı qərəzli və obyektivlikdən uzaq mövqe tutduğunu müşahidə etməyə  imkan verir. AŞPA-da anti-Azərbaycan qüvvələrin sözçüsü funksiyasını yerinə yetirən almaniyalı deputat Frank Şvabe isə iddia edir ki, Azərbaycan fevralda keçiriləcək seçkilərə AŞPA missiyasını çağırmayıb. Amma özünə sual vermir ki, rəsmi Bakı onun ərazi bütövlüyünün bərpasını qəbul etməyən, ona qarşı çıxan bir təşkilatı necə ciddi təsisat saya bilər? Bakı Avropa təşkilatları ilə də sağlam əməkdaşlıq etmək istəyir və bu istiqamətdə zəruri addımlar atır. Ancaq AŞPA-nın belə destruktiv siyasəti onu gözdən salır və ona inamı sıfra endirir. 

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:43
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs edildi

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031