KÖHNƏ VERSİYA            

Azərbaycan Avropa Şurasından hansı hüquq proseduru ilə çıxacaq...

Image

Xəyal Bəşirov: “Bu təşkilatdan çıxmaqla bağlı prosedurlar elə bu təşkilatın öz nizamnaməsində nəzərdə tutulub” 

Azərbaycan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanın nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməmək qərarına cavab olaraq Avropa Şurasından çıxma prosedurunu nəzərdən keçirir.

Trend-in məlumatına görə,  rəsmi Bakı, həmçinin, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) yurisdiksiyasını qəbul etməkdən imtina edə bilər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti yanvarın 24-də qurumun iclasında bəyanatla çıxış edib.

"Biz Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin etimadnaməsinə etiraz etmək təşəbbüsünü bu çirkin kampaniyanın tərkib hissəsi kimi dəyərləndiririk. Biz, həmçinin bu təşəbbüsü Azərbaycanda hazırda gedən seçki prosesinə əsassız müdaxiləyə yönəlmiş məqsədyönlü və qəbuledilməz cəhd, ölkəmizdə demokratik təsisatların fəaliyyətinə xələl gətirən məkrli addımların bariz nümunəsi kimi qiymətləndiririk. Nümayəndə heyətimizin etimadnaməsini ratifikasiya etməkdən imtina ilə bağlı təklif bütövlükdə Avropa Şurasının etibarlılığına və qərəzsizliyinə ciddi zərbə olacaq, bunun ciddi və geri dönməz nəticələrinə görə məsuliyyət tamamilə onun təşəbbüskarlarının üzərinə düşəcək.

Dünyada heç kim, o cümlədən bu zalda əyləşənlər Azərbaycanla təhdid və şantaj dili ilə danışa bilməzlər. AŞPA-nın tarixində heç vaxt bu təşkilat özünü belə biabırçı şəkildə aparmayıb.

AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib", - bəyanatda deyilir.

Azərbaycan Avropa Şurasından hansı hüquq proseduru ilə çıxacaq?

 

“Hər bir təşkilata üzv olmağın qaydaları olduğu kimi, həmin təşkilatdan çıxmaq prosedurları da var”

 

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov “Bakı-Xəbər”ə bildirdi ki, Avropa Şurası ilə Azərbaycan arasında münasibətlərin gərginləməsi artıq neçə gündür gündəmdədir: “Təbii ki, bu, Azərbaycandan qaynaqlanan məsələ deyil, heç bunu təsadüfi bir məsələ də hesab etmək olmaz. Xüsusilə də Azərbaycanın 2020-ci ildə düşmənə qalib gəlib öz torpaqlarını işğaldan azad etməsi, bu gün öz ərazi bütövlüyünü, suverenliyini tam təmin etməsi  bir sıra qüvvələri ciddi şəkildə narahat edib. Həmin o qüvvələr də Azərbaycana qarşı əllərində olan bütün imkanlardan, platformalardan, resurslardan istifadə edərək “səfərbərlik” elan ediblər, müxtəlif istiqamətlərdə hücuma keçiblər.  Bu platformalardan biri də Fransa, Almaniya və bir sıra digər ermənipərəst, qərəzli, ədalətsiz qüvvələrin təsiri altında olan Avropa Şurasıdır”-deyə bildirən X.Bəşirovun sözlərinə görə, son zamanlar baş verən proseslərdən də görürük ki, bütün beynəlxalq platformalar hansısa qüvvələrin, güclərin, mərkəzlərin maraqlarına xidmət edir, o qüvvələr bu kimi platformalardan öz istəkləri üçün  kimlərəsə təsir etmək məqsədilə zamanı gələndə istifadə edirlər. “Avropa Şurası da 46 dövlətdən ibarət olsa da, müəyyən dar çərçivədə olan maraqlara xidmət edir.  Bu maraqlar da Fransanın, Almaniyanın, eyni zamanda vaxtilə  Avropa Şurasını yaradan digər dövlətlərin maraqlarıdır. Sonradan bu təşkilata qəbul edilən bütün dövlətlər yalnız və yalnız özgə, yad münasibətə, ögeyliyə tuş gəlirlər. Avropa Şurasının bu addımları, Avropa Şirası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi, təbii ki, Azərbaycanı adekvat addım atmağa vadar edir.  Azərbaycana qarşı  əsassız iddialar, ittihamlar, bəhanələr səsləndirilir ki, Azərbaycan Avropa Şurası ilə əməkdaşlıq etmək istəmir, Avropa Şurası nümayəndələrini Laçın dəhlizinə buraxmayıb, Prezident seçkilərinə Avropa Şurasını dəvət etməyib. Bütün bu bəhanələrdən də görsənir ki, əslində bu həqiqətən də əsassız ittihamlardır. Nəyə görə? Çünki ötən ilin 23 oktyabr tarixində Azərbaycana qarşı növbəti çirkin kampaniyanın tərkib hissəsi olan  “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul etdilər.  “Dağlıq Qarabağ”  ifadəsinin orada işlədilməsi antiazərbaycan mövqeyinin ortaya qoyulması demək idi, ona işarə idi. Hələ o qətnamənin qəbul edilməsi zamanı bildirilmişdi ki, qış sessiyasında, yəni 2024-cü ilin yanvar ayında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin qəbul edilib-edilməməsi məsələsi müzakirə ediləcək. Hələ o zaman Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edilməmişdi. Yəni bütün bunlar bəhanələrdən xəbər verir. Bir sıra hallarda belə fikirlər səsləndirirlər ki, Azərbaycan Avropa Şurasında fəaliyyətini dayandırdı, çıxdı. Məsələ bu şəkildə deyil. Hələ ki, Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq barədə qərar qəbul edib. Amma Avropa Şurasının digər təsisatları, orqanları da var. Avropa Şurasının Nazirlər Komitəsi, baş katibliyi, Avropa İnsan Haqları Məhkəməsi, yerli və regional qurumları və bir sıra digər təşkilatları mövcuddur ki, onlardan biri də Parlament Assambleyasıdır və Azərbaycan orada nümayəndə heyəti ilə təmsil olunurdu. Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı addım atıldığı üçün Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırdı. Bu, Avropa Şurasına ümumilikdə bir mesaj idi ki, Azərbaycanla bu şəkildə danışmaq olmaz,  əgər bu belə davam edəcəksə Azərbaycan Avropa Şurasından çıxmaq mövqeyini ortaya qoya bilər, Azərbaycanı heç kəs bundan çəkindirə bilməz. Hesab edirəm ki, əslində Avropa Şurasına və onun ayrı-ayrı təsisatlarına, rəhbərliyinə ciddi ismarıcdır ki, bundan nəticə çıxarsınlar. Əks halda düşünürəm ki, Azərbaycan daha ciddi addımlar atmaq mövqeyini ortaya qoya bilər.

Bizim Avropa Şurasından çıxmağımızla bağlı məsələyə gəldikdə, bu istiqamətdə hüquqi prosedurlar mövcuddur. Hər bir təşkilata üzv olmağın qaydaları olduğu kimi, həmin təşkilatdan çıxmaq prosedurları da var. Azərbaycan Avropa İnsan haqları Konvensiyasına imza atıb, qoşulub. Təbii ki, Avropa Şurasından çıxıb-çıxmamasından asılı olmayaraq, Azərbaycan hüquqi dövlətdir. Azərbaycan hüquqi dövlət olduğu üçün də həmin o konvensiyanın tələblərinə riayət edib-etməmək onun suveren hüququdur. Əslində Azərbaycan bunun marağındadır”.

X.Bəşirovun fikrincə, Avropa Şurası kimi təşkilatlar əslində onlara üzv olan dövlətlərə münasibətdə elə mövqe ortaya qoyurlar ki, sanki yalnız həmin dövlətlər öz üzərinə öhdəliklər götürür, bunların heç bir öhdəliyi olmur. Həmin təşkilatların da öz üzərlərinə öhdəliklər götürdüyünü deyən X.Bəşirovun sözlərinə görə, bu təşkilatlara üzv olmaq üçün bu dövlətləri maraqlandıran məsələlər olduğu kimi, təşkilatları da maraqlandıran məsələlər var. “Təəssüf edirəm ki, Avropa Şurası ona üzv olduğu 23 il ərzində Azərbaycanın gözləntilərini doğrultmadı, Azərbaycan bu təşkilata üzv olan zaman qarşısına qoyduğu məqsədlərdən heç birinə nail ola bilmədi. Keçmiş münaqişə ilə bağlı Azərbaycanın haqlı mövqeyinə heç bir dəstək vermədi. Heç bir dəstək görməyən Azərbaycan daha  sonra bu təşkilatı idarə edən, bu təşkilatın sükanını əlində saxlayan qüvvələrin çirkin oyunlarını gördükdə, təbii ki, buna öz sərt təpkisini göstərməli idi. Bu təşkilatdan çıxmağın hüquqi prosedur qaydaları da, nümunələri də var.  Zaman-zaman Avropa təşkilatlarından çıxan dövlətlər olub. Böyük Britaniyanın Avropa İttifaqından, Rusiyanın Avropa Şurasından çıxmasını qeyd edə bilərik. Eyni zamanda  Fransa özü NATO-dan çıxdı və sonra təkrar daxil oldu. Hesab edirəm ki, bu təşkilatdan çıxmaqla bağlı prosedurlar elə bu təşkilatın öz nizamnaməsində nəzərdə tutulub.  Təşkilat özü də hansısa bir üzvünün ondan çıxarılması ilə bağlı mövqe ortaya qoya bilər, yaxud təşkilata üzv olan dövlətlərin özləri də məhz o təşkilatdan çıxmaq mövqeyini göstərə bilərlər. Çünki bu könüllü bir prosesdir. Yəni təşkilata üzv olmaq da, təşkilatdan çıxmaq da könüllü prosesdir. Azərbaycan müstəqil, suveren dövlətdir. Azərbaycan o təşkilata üzv olmaqla özünün müstəqilliyini, suverenliyini itirmir. O təşkilata üzv olmaq Azərbaycanın milli dövlətçilik maraqlarına xidmət edirsə üzv olur, əks mövqe ortaya qoyulursa, maraqlarımıza zidd olan məqam varsa Azərbaycan yenə də beynəlxalq hüququn müstəqil bir subyekti kimi o təsisatdan, yaxud başqa bir qurumdan çıxmaq mövqeyini ortaya qoya bilər. Eyni zamanda onu da unutmaq olmaz ki, Azərbaycan beynəlxalq hüququn müstəqil bir subyekti olduğu kimi, bu təşkilatlar da, məsələn, Avropa Şurası, BMT, Avropa İttifaqı və digərləri beynəlxalq hüququn subyektləridir. Qaydalara görə  bərabərhüquqlu əməkdaşlıq qurmalıdırlar. Əks təqdirdə bir təşkilat, yaxud bir dövlət digər dövlətə fəqrli mövqe sərgiləyirsə, bərabərhüquqlu əməkdaşlığa üstünlük vermirsə, o halda bu, beynəlxalq hüquqa zidd addımdır. Təbii ki, həmin o təşkilat beynəlxalq hüququ pozduğuna görə dövlət müvafiq addımlar ata bilər”-deyə X.Bəşirov vurğuladı. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:43
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs edildi

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031