"Separatçıların Azərbaycan məhkəmələrində mühakimə edilməsi təmin olunacaq" - Baş prokuror
Baş prokuror Kamran Əliyev qurumun geniş kollegiya iclasında bildirib ki, Qarabağ separatçılarının Azərbaycan məhkəmələrində mühakimə edilməsi təmin olunacaq.
"Uzun illərdir Azərbaycana və xalqımıza qarşı sülh və insanlıq əleyhinə, habelə digər ağır və xüsusilə ağır cinayət törətmiş separatçılar lokal xarakterli antiterror tədbirləri çərçivəsində və sonrakı müddətdə saxlanılıb. Onların Azərbaycan məhkəmələri tərəfindən mühakimə ediməsi təmin olunacaq", - o vurğulayıb.
Mətləb Salahov