“Azərbaycan İran ərazisindən Naxçıvana alternativ marşrutun çəkilməsinə başlayıb” - Hikmət Hacıyev
Əgər Ermənistan regionda tranzit ölkə olmaq istəyirsə, öz ərazisindən yüklərin keçməsi üçün cəlbedici şəraiti təmin etməlidir. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev belə hesab edir.
Onun sözlərinə görə, regiondakı mövqeyini dəyişmək Ermənistan tərəfinin marağındadır və bu, onun özündən asılıdır.
“Əgər Ermənistan özünü regionda tranzit ölkə kimi görürsə, bu halda yüklərin keçməsi üçün cəlbedici şəraiti, eləcə də təhlükəsizlik mexanizmlərini təmin etməlidir”, - deyə H.Hacıyev “TRT World” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, İrəvan öz ərazisindən Naxçıvana quru marşrutu açmaqla bağlı öhdəlik götürüb. Lakin Azərbaycan Ermənistan tərəfinin cavabını uzun müddət gözləyə bilməz və İran ərazisindən Naxçıvana alternativ marşrutun çəkilməsinə başlayıb.