"Qarabağda sülhməramlıların olması məsələsi Azərbaycanla müzakirə olunur" - Rusiya XİN
Ermənistan rəhbərliyi Qarabağın Azərbaycanın bir hissəsi olduğunu qəbul edəndən sonra Rusiya bölgədə öz sülhməramlılarının olması ilə bağlı bütün məsələləri Azərbaycan tərəfi ilə nəzərdən keçirir.
Trend xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "Ria Novosti"-yə müsahibəsində deyib.
"Artıq biz Qarabağda sülhməramlıların olması ilə əlaqədar bütün məsələləri müstəsna olaraq Azərbaycan tərəfi ilə nəzərdən keçiririk", - o deyib.
Qaluzin rus sülhməramlı kontingentinin Qarabağ bölgəsinə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına əsasən göndərildiyini xatırladıb.
Nazir müavininin sözlərinə görə, sənəd hələ ki, qüvvədən düşməyib və bu səbəbdən rus sülhməramlıları 2025-ci ilin noyabr ayınadək bölgədə qalmalıdır.