Əsədin təyyarələrlə Rusiyaya tonlarla pul qaçırdığı ortaya çıxdı - ŞOK FAKTLAR...
“Financial Times” qəzeti yazıb ki, Suriyanın devrilmiş lideri Əsəd 2018 və 2019-cu illərdə Rusiyaya təxminən 250 milyon dollar nağd pul göndərib. İki il ərzində Suriyadan bu qədər nağd pulu çıxaran Əsədin ümumilikdə nə qədər pul apardığı dəqiq bilinmir.
Qəzet araşdırmalar və 2012-ci ildən sonrakı dövrü əhatə edən qeydlərə istinadən yazır ki, Əsəd 2018-ci ilin martından 2019-cu ilin sentyabrına qədər 21 fərqli təyyarə ilə sanksiyaya məruz qalan Rusiya banklarına yatırılmaq üçün paytaxt Moskvaya valyuta göndərib.
Uçuşlar zamanı Moskvanın Vnukovo hava limanına təxminən 2 ton ağırlığında 250 milyon dollar dəyərində əskinasların göndərildiyi bildirilən xəbərdə qeyd edilir ki, 2018-ci ildən əvvəl devrilmiş rejimin Mərkəzi Bankı ilə Rusiya bankları arasında nağd pul köçürməsi olmayıb.
Bildirilir ki, pul köçürmələrinin həyata keçirilməsinin Əsədin qohumlarının Rusiyada gizli şəkildə, aralarında ən azı 20 lüks mənzilin də olduğu daşınmaz əmlak aldıqları dövrə təsadüf etməsi də diqqət çəkir.
Beynəlxalq ticarət məlumatları şirkəti "Import Genius"da qeyd olunan Rusiya ticarət qeydlərinin də araşdırıldığı xəbərdə, 13 may 2019-cu ildə rejimin Mərkəzi Bankından göndərilən 100 dollarlıq əskinaslardan ibarət 10 milyon dolları daşıyan təyyarənin Vnukovo hava limanına eniş etdiyi bildirilir. Bundan başqa, rejim 2019-cu ilin fevral ayında Rusiyaya 500 avroluq əskinaslardan ibarət təxminən 20 milyon avro, 2018-ci ilin mart ayında ABŞ-ın sanksiya tətbiq etdiyi Rusiya bankı “TsMR Bank”a isə 2 milyon dollar göndərib.
Qeyd edilir ki, 2018 və 2019-cu illərdə pul göndərişləri Rusiyanın dövlət müdafiə sənayesi şirkəti “Rosoboroneksport”un nəzarətində olan "The Russian Financial Corporation Bank" (RFC Bank) adlı banka çatdırılıb.
TAHİR