Türkiyədən İsrail qərarı - Təl-Əvivdəki səfir geri çağırıldı...
Türkiyə İsraildəki səfirini geri çağırdı. Xarici İşlər Nazirliyindən bildirlib ki, İsrail tərəfinin atəşkəs çağırışlarını qəbul etməməsi və mülki şəxslərə hücumlarını davam etdirməsinin ardından Türkiyənin Təl-Əvivdəki səfiri Şakir Özkan Torunlar Ankaraya çağırılıb.
“İsrail tərəfinin atəşkəs çağırışlarını qəbul etməməsi, mülki şəxslərə qarşı hücumları davam etdirməsi, humanitar yardımların ölkəyə fasiləsiz və davamlı girişinə icazə verməməsi səbəbindən Qəzzada yaşanan humanitar faciəni nəzərə alaraq, Təl-Əviv səfirimiz Şakir Özkan Torunlar məsləhətləşmələr üçün Ankaraya çağırılıb" - nazirlikdən verilən yazılı açıqlamada deyilir.
Tahir TAĞIYEV