"Müxalifət beynəlxalq təşkilatların rəyini qəbul etmir" - Gürcü spiker
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili parlament seçkilərindən sonra seçkinin nəticələri ilə bağlı açıqlama ilə çıxış edib. Gürcü spiker bildirib ki, BDİPÇ/ATƏT, ATƏT PA, AŞPA, NATO PA və Avropa Parlamentinin birgə missiyası oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərinin legitimliyini tanıyıb. SİTAT: "Bu onların hesabatlarında da əksini tapıb. Lakin məğlubiyyətlə barışa bilməyən radikal müxalifət beynəlxalq təşkilatların rəyini qəbul etmir. Müxalifət nümayəndələrinin müşahidə missiyalarının belə bir qiymətləndirmə vermək hüququna malik olmadığını iddia etməsi gülüncdür."
Mətləb