KÖHNƏ VERSİYA            

Ermənistan 2-ci Qəzza, ya 2-ci Suriya ola bilər - 2 ölkənin Ermənistanı hərblə əzəcəyindən danışılır...

Image

Məlum həqiqətdir ki, bu gün Qərb qüvvələri tərəfindən Ermənistanda müntəzəm hərbi təlimlər, döyüş hazırlığı keçilir və ağır silahların tədarükü reallaşdırılır. Bununla yanaşı, erməni rəsmilərinin döyüşkən bəyanatlarının getdikcə daha da artdığı və xüsusən də Qərbdəki bəzi rəsmilərin onları dəstəklədiyi özünü qabarıq göstərir. 

Bütün bunlar Azərbaycanla yanaşı, Rusiya və İranın da getdikcə böyük narazılığına səbəb olur.

Qeyd edilənlər fonunda  Ermənistanın “Qraparak” nəşri yazır ki, Moskva səfərinin gedişatından və Ermənistan hakimiyyətinin ictimai mövqelərindən belə təəssürat yaranır ki, Nikol Paşinyan növbəti dəfə Rusiyaya qarşı demarş edib. Nəşr xatırladır ki, Ermənistan MDB ölkələrinin xarici işlər nazirlərinin müavinlərinin görüşündə qəbul edilən iki bəyanata qoşulmayıb:  “İkincisi, Paşinyan MDB ölkələri liderlərinin görüşündəki çıxışında demək olar açıq mətnlə bildirib ki, heç bir sənəddə Azərbaycanı Naxçıvana birləşdirən yola və ya Zəngəzur dəhlizinə nəzarəti üçüncü ölkəyə təhvil vermək nəzərdə tutulmayıb. Paşinyan bunu nəzərdə tutub ki, qoy ruslar ümid bəsləməsinlər. Burada “daş” 10 noyabr bəyanatıdır. Putin-İlham Əliyev-Paşinyan üçtərəfli formatlı görüşdən imtina edənin məhz Paşinyan olması ilə bağlı xəbərlər də var. Xatırladaq ki, Rusiya prezidentinin xarici işlər üzrə köməkçisi Yuri Uşakov Moskvanın oktyabrın 8-də üçtərəfli görüş təşkil etmək niyyətində olduğunu, lakin bir tərəfin bu fikri dəstəkləmədiyini bildirib”. “Ana Ermənistan” hərəkatının lideri Andranik Tevanyan qeyd edir ki, Qərbin sifarişinin icrası nəticəsində belə vəziyyət yaranıb: “Məlum olduğu kimi, MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edən Ararat Mirzoyan iki bəyanata qoşulmayıb. Söhbət “Avrasiyada təhlükəsizlik prinsipləri” və “Beynəlxalq münasibətlərdə birtərəfli tədbirlərin yolverilməzliyi” ilə bağlı bəyanatlardan gedir. Təhlükəsizliyin təmin edilməsi prinsiplərinə qoşulmamaq və beynəlxalq münasibətlərdə birtərəfli tədbirlərin tətbiqinə faktiki dəstək vermək olduqca qınanılan qərar idi və Ermənistanın maraqlarına uyğun deyildi. Paşinyanın əcnəbi ağalarının tam planı Rusiyanın 102-ci hərbi bazasını Ermənistandan çıxarmaq, Rusiyanı Cənubi Qafqazdan çıxarmaq və bölgəmizdə Rusiyanı Türkiyə ilə əvəzləməkdir. Bunun vasitəsilə Rusiya və İran üçün qlobal problemlər yaranacaq. Bütün bunların nəticəsində Ermənistanın başına nə gələcəyi Qərbi maraqlandırmır”. Digər erməni politoloq Stepan Danielyan da vurğulayır ki, Ermənistanın  NATO-ya   qoşulma perspektivi yoxdur. KTMT-dən çıxmaq isə  ölkəmizi heç bir təhlükəsizlik sisteminin fəaliyyət göstərməyəcəyi zonaya çevirəcək.

Ekspert xatırladır ki, Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Moskvada keçirilən görüşdə Rusiya hərbçilərinin Ermənistan-İran sərhədindən çıxarılması barədə razılıq əldə olunub: “Hazırda dəqiq fikir söyləmək çətindir. Çünki Ermənistanın hazırkı hökuməti heç də həmişə strateji qərarlar verə bilmir. Amma  Qərbdən təzyiqlər artır və Ermənistan hakimiyyəti bu təzyiqi nəzərə alaraq  müvafiq addımlar atır”. Danelyanın sözlərinə görə, Qərb Rusiya hərbçilərinin  İran və Türkiyə sərhədlərindən çıxarılmasını açıq şəkildə tələb etsə də, təhlükəsizliyin təmin olunması baxımından bu, Ermənistan üçün məqbul deyil: “Bu qərar Ermənistanın hazırkı hakimiyyətinin siyasətinə də təsir edir, o, faktiki olaraq NATO-nun heç bir zəmanəti olmadığı halda KTMT-dən çıxmaq üçün addımlar atır”. Daha sonra politoloq əlavə edib ki, Ermənistan hakimiyyətinin Avropa yönümlü siyasəti qüsurludur  və Rusiyanın Ermənistana iqtisadi təsiri məhdudlaşdırıcı rol oynayır: “Yəni bir tərəfdən Rusiya sərhədçiləri Ermənistanın İran və Türkiyə ilə sərhədlərində qalacaq, digər tərəfdən isə keçid məntəqəsində nəzarəti Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları həyata keçirəcək”. Danelyan əlavə edib ki, Ermənistan hakimiyyətinin qərbyönümlü olmasına İrəvanla Tehran arasında iqtisadi əlaqələrin inkişafı da mane olur: “Təbii ki, Qərb Rusiya və İranın Cənubi Qafqazda təsirindən narahatdır. Qərbin yüksək rütbəli məmurları Qərbin və Türkiyənin təsiri altında formalaşmalı olan türk orta dəhlizinə maraqlarını açıq şəkildə ifadə edirlər. Eyni zamanda, Ermənistan hökuməti qərbyönlü siyasətinin hansı nəticələrə gətirib çıxara biləcəyindən əmin deyil”. O hesab edir ki, Rusiya hərbçiləri Ermənistanı tərk edəcəyi təqdirdə İran da milli maraqlarını əsas götürərək öz qoşunlarını Ermənistana göndərə bilər: “Qərb də Ermənistanda  fəallaşır. Nəticədə Ermənistan geosiyasi müharibə meydanına çevrilə bilər”. Erməni  politoloq ehtiyat edir ki, indiki hakimiyyətin siyasəti Ermənistanın ikinci Suriyaya, ya da ikinci Qəzzaya çevrilməsinə gətirib çıxaracaq. Bu arada emənipərəstliyi ilə tanınan iranlı ekspert Pouya Hüseyni erməni mediasına açıqlamasında Ermənistanı aşkar şəkildə hədələyib. O, rus sərhədçilərin Ermənistan-İran sərhədindən 1 yanvar 2025-ci ildə tam çıxacağı və sərhədləri ermənilərin özlərinin qoruyacağı mövzusunda danışarkən buna toxunub. Hüseyni bildirib ki, sərhədlərini necə qorumaq Ermənistanın öz işidir və İran buna müdaxilə edə bilməz. Ancaq o, Rusiya kəşfiyyat orqanlarına yaxınlığı ilə tanınan “Rıbar” nəşrinin yaydığı məlumatla bağlı İranın narahatlığını da diqqətə çatdırıb. Belə ki, “Rıbar” İranla sərhəddəki Zəngəzur vilayətində artıq ABŞ-ın iki kəşfiyyat manevr qrupu üçün mövqelər hazırlandığı, rus sərhədçilər getdikdən sonra amerikalıların ora yerləşəcəyi və İranın fəaliyyətini və xüsusilə də raketlərin buraxılışını izləyəcəklərini bildirib. Pouya Hüseyni vurğulayıb ki, İran bütün qonşularına xəbərdarlıq edib ki, öz ərazilərini antiiran əməliyyatları məkanına çevirməsinlər:  “Zəngəzurda belə bir şey olarsa, İran öz ərazilərini qorumaq üçün həmin nöqtələrə zərbə endirəcək. Bu, İranın qanuni legitim hədəfidir. Ermənistanın İranla belə bir qarşıdurmaya gedəcəyini düşünmürəm. Əgər İrəvan buna getsə, bu, şübhəsiz ki, Ermənistanın milli təhlükəsizliyinə ziddir və nəticədə hər iki ölkə üçün pis nəticələnəcək”.

Nahid SALAYEV







VİDEO

Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

Pezeşkian Şahin Mustafayevlə görüşdə səhv etdi, ermənilər isə səhvdən yapışdı... - VİDEO

Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

Həbs edilmiş diplomatımızla bağlı vəziyyət hələ durulmayıb...

Paşinyan Putinin Yerevan sammitinə gəlişindən qorxdu - Onu ya həbs etməli, ya da Beynəlxalq Cinayət Məhkəməsinə özü cavab verməlidir...

Prezident Əliyev Trampın bu cəhdlərini nəzərdə tutur...

SON XƏBƏRLƏR

27.11.2024 | 23:20
Moskvadan Yunanıstana xəbərdarlıq - Rusiyanın razılığı olmadan Ermənistana S-300 verilə bilməz...

27.11.2024 | 23:12
Tovuzda dəşətli qəza - beş hərbçimiz həlak oldu... + YENİLƏNDİ

27.11.2024 | 22:12
Daha bir tiktoker narkotikə görə həbs edildi

27.11.2024 | 21:28
Yunanıstan İrəvana S-300 raketləri verər, biz də onun qazını kəsərik...

27.11.2024 | 21:14
Həbs edilmiş diplomatımızla bağlı vəziyyət hələ durulmayıb...

27.11.2024 | 20:59
Azərbaycanın COP uğurlarına ən dəqiq qiyməti erməni mediası verdi...

27.11.2024 | 20:45
İtkin sayılırdı, 32 il sonra nəşi tapıldı, məlum oldu ki, Ağdərədə şəhid olub - bacısı danışır...

27.11.2024 | 20:38
Paşinyan Putinin Yerevan sammitinə gəlişindən qorxdu - Onu ya həbs etməli, ya da Beynəlxalq Cinayət Məhkəməsinə özü cavab verməlidir...

27.11.2024 | 20:32
Minimum istehlak səbəti yenidən hesablanacaq - 270 manat reallığa uyğun gəlmir...

27.11.2024 | 20:18
ABŞ və İsrailin Azərbaycan siyasəti dəyişir - Ermənistan yeni qorxu içində...

27.11.2024 | 20:05
Azərbaycanın haqqını yemiş belə Kanada jurnalistinin Türkiyəyə ayaq qoymağa haqqı yoxdur...

27.11.2024 | 19:51
COP29-un təyin etdiyi 300 milyard dolları bu 24 ölkə ödəyəcək...

27.11.2024 | 19:37
Azərbaycanda 1500 orta məktəbi ləğv etməyin heç bir alternativi yoxdur?

27.11.2024 | 19:24
Tramp münaqişələrə son qoymaq üçün aktiv fəaliyyətə başlayır...

27.11.2024 | 19:11
Liberal iqtisadi siyasət və Azərbaycanda orta təbəqənin möhkəmlənməsi...

27.11.2024 | 18:57
Prezident Əliyev Trampın bu cəhdlərini nəzərdə tutur...

27.11.2024 | 18:44
Polşa prezidenti də Ermənistanda “binokl şousun”a qoşuldu - Azərbaycan XİN-dən Dudanın təxribatçı addımına reaksiya...

27.11.2024 | 18:35
Avroittifaqın Ermənistandakı missiyasının taleyi bütün Avropa paytaxtlarında müzakirə olunur...

27.11.2024 | 18:21
Ermənilərin mənşəyi barədə Herodotun da fərziyyəsi İrəvanın xoşuna gəlmədi...

27.11.2024 | 18:07
Alban icması Kəlbəcərdə öz tarixi haqqına qovuşdu - ermənilər yanıb-yaxılır...

27.11.2024 | 17:54
Gürcüstan parlamenti "odla suyun arasında qalıb" - İvanişvili, ya Zurabişvili?..

27.11.2024 | 17:44
Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - FOTO

27.11.2024 | 17:40
Rusiya mayeləşdirilmiş qaz istehsalı zavodlarını dayandırır - Qərb çevrəni daraldır...

27.11.2024 | 17:27
Dörd qitəyə yayılmış "ASAN" brendi Azərbaycana nə qədər gəlir gətirir?..

27.11.2024 | 17:14
TDT-nin "Made in Turan" brendi radikal-millətçi Qərbdə necə qarşılanacaq?..

27.11.2024 | 17:01
Avroparlamentin deputatı Aİ liderlərini yıxıb sürüdü - şeytanlar, başsız süvarilər, bizi nüvə fəlakətinə sürükləyirlər...

27.11.2024 | 16:48
MSK sədri bələdiyyə seçkiləri ilə əlaqədar seçicilər və siyasi partiyalara çağırış etdi

27.11.2024 | 16:35
Bələdiyyə üzvlüyünə namizədlərin sənədlərinin təqdim edilməsi müddəti açıqlandı

27.11.2024 | 16:30
Ağdaşda at və camış oğruları tutuldu

27.11.2024 | 16:16
"Bəzi Qərb mediası “xristian Ermənistan və müsəlman Azərbaycan” hekayəsini yaymaqda davam edir" - İcma

27.11.2024 | 16:15
“Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi çərçivəsində sonuncu toplantı keçirilib

27.11.2024 | 16:11
MSK açıqladı - bələdiyyə seçkiləri gələn il yanvarın 29-da keçiriləcək...

27.11.2024 | 15:53
Azərbaycan XİN İsrail və Livanı atəşkəsə əməl etməyə çağırdı...

27.11.2024 | 15:31
Azad ərazilərdə təsərrüfat təyinatlı torpaqlar güzəştli şərtlərlə kənd və qəsəbə sakinlərinə icarəyə veriləcək...

27.11.2024 | 15:28
Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edildi

27.11.2024 | 15:25
Kamilə Dadaş-zadə Milli Konservatoriyaya rektor təyin edildi

27.11.2024 | 15:23
Siyavuş Kərimi Milli Konservatoriyanın rektoru vəzifəsindən azad edildi

27.11.2024 | 14:50
DİN Abşeronda əməliyyat keçirdi - saxlananlar var...

27.11.2024 | 14:12
Gələn il üçün ehtiyac meyarının həddi müəyyənləşdi - 285 manat...

27.11.2024 | 13:58
Qadınların pensiya yaşlarına yenidən baxılması təklif edilir

27.11.2024 | 13:56
Deputatdan marjinal qruplara faktlar ilə cavab

27.11.2024 | 13:44
"Yanvardan etibarən növbəti sosial islahat paketi olacaq" – Nazir

27.11.2024 | 13:29
Şabranda sel gəldi, maşın çayda batdı... - VİDEO

27.11.2024 | 13:17
Nazir əlilliyə görə pensiyaçılardan sığorta stajı tələbinə aydınlıq gətirdi

27.11.2024 | 13:03
Познакомьтесь с Арамом Манукяном - ярким представителем арменоидной пещеры - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

27.11.2024 | 12:48
Konqresmenlər Baydendən Assanjın əfvini istədi...

27.11.2024 | 12:35
Vətəndaşlara məxsus fərdi məlumatları ələ keçirən kiberdələduzların məhkəməsi başladı

27.11.2024 | 12:21
"Christian Dior"un Azərbaycandakı 4,3 milyon avroluq şirkəti ləğv edildi

27.11.2024 | 12:05
“Sizə qulaq asdıqca adamı dəhşət bürüyür!" - spikerdən deputatlara SƏRT İRAD!

27.11.2024 | 12:00
Bağça müdiri olmaq istəyənlər üçün elektron sənəd qəbulu başlayıb

27.11.2024 | 11:51
Polislər 8 kq-dan artıq narkotik ələ keçirdi...

27.11.2024 | 11:43
Gürcüstanda keçmiş futbolçu prezidentliyə namizəd oldu

27.11.2024 | 11:30
Qubada qanunsuz tikili sökülüb - FHN məlumat yaydı

27.11.2024 | 11:05
Bakı metropolitenində stansiyaların sayı 76-ya çatdırılacaq - 2030-cu ildə...

27.11.2024 | 11:03
Avropa Rusiyaya qarşı ayağa qalxır. G7-dən Rusiyaya ağır zərbə... - CANLI

27.11.2024 | 11:00
Şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları dəyişib - Hökümtədən YENİ QƏRAR

27.11.2024 | 10:30
Bu ölkədə 16 yaşından kiçiklər üçün sosial media qadağan edildi

27.11.2024 | 10:20
Mikayıl Cabbarov bu portal barədə paylaşım edib

27.11.2024 | 10:10
COP29 zamanı ümumilikdə 826 nəfərə tibbi xidmət göstərilib - TƏBİB açıqladı

27.11.2024 | 10:10
Şahdağda qarın hündürlüyü 13 sm-ə çatıb - FAKTİKİ HAVA

27.11.2024 | 10:05
Sabirabadda baş verən yol qəzasında 3 nəfər ölüb

27.11.2024 | 10:00
Bu gün Yasamalın bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

27.11.2024 | 09:46
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib - sürücülərə XƏBƏRDARLIQ

27.11.2024 | 09:30
65 milyonluq evinə müştəri tapılmadı, oğluna bağışladı

27.11.2024 | 09:25
"Uber" və "Bolt"un belə işləri də var imiş - təzəni qeydiyyatdan keçirib köhnə maşınları işlədirlər?..

27.11.2024 | 09:15
Ukrayna yeni təkanı dekabrda təmin etməlidir - Zelenski xalqa müraciət etdi

27.11.2024 | 09:10
56 yaşlı Oğuz sakini turşudan zəhərlənərək ölüb

27.11.2024 | 09:05
Çempionlar Liqası: “Bavariya” və “Barselona”dan qələbə, "Mançester Siti"dən xal itkisi

27.11.2024 | 09:00
MDB liderləri gələn ay Sankt-Peterburqda görüşəcək

27.11.2024 | 08:40
Bələdiyyələrə hər kəsdən 10 manat avtomobil vergisi cəmiyyəti həyəcanlandırır...

27.11.2024 | 08:30
"COP29-un uğuruna görə Azərbaycanı təbrik edirik" - Müsəlman Ağsaqqallar Şurası

27.11.2024 | 00:25
Rusiya yenidən ABŞ raketləri ilə vuruldu – Moskva hərəkətə keçdi, Ukraynaya əks hücum başlayacaq...

26.11.2024 | 21:21
Böyük Britaniyanin Avropa Birliyindən ayrilma səbəbləri

26.11.2024 | 21:18
Kiber cinayətkarlıq və kiber təhlükəsizliyin beynəlxalq münasibətlərə təsiri

26.11.2024 | 21:18
Ermənilər 1995-də Amasiya kəndini belə məhv ediblər - baş daşında “Nazlı Göyüşova” aydın oxunur...

26.11.2024 | 21:04
Ermənistanda Paşinyanın "konstitusiya göstərişini" saya salan yoxdur...

26.11.2024 | 20:49
İrəvandan Bakıya şübhəli zənglər - itkin Həsən Cəfərovun anası dəhşətli həyat hekayəsi danışır...

26.11.2024 | 20:34
170 qitələrarası ballistik raket və 2 min nüvə başlığı Ukraynanın özünə qaytarılır...

26.11.2024 | 20:20
Rusiya-Ermənistan ticarəti müəmmalı şəkildə 16 milyard dollara çıxıb...

26.11.2024 | 20:07
Son anda razılaşma - Azərbaycan COP29-da Qlobal Cənubla Şimalı konsensusa gətirə bildi...

XƏBƏR ARXİVİ

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930