KÖHNƏ VERSİYA            

Roma Statutunun Ermənistan üçün fəsadları çıxdı - Kreml cəza tədbirlərinə hazırlaşır...

Image

Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun Ermənistan tərəfindən təsdiqlənməsindən sonra Moskvanın bunu unudub İrəvanla münasibətlərinə davam edəcəyi barədə verilən proqnozlar özünü doğrultmur. Rusiya tərəfindən verilən açıqlamalar göstərir ki, Kreml bu məsələyə görə Ermənistanı cəzalandırmaq niyyətindən əl çəkməyib.

Bu arada Ermənistan parlamentinin spiker müavini Akop Arşakyan maraqlı bir açıqlama verib. O qeyd edir ki, Ermənistan Rusiyanı Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun tələblərindən yan keçəcək dövlətlərarası saziş imzalamağa dəvət edib: “Roma Statutunun ratifikasiyasına bir neçə ay qalmış biz Rusiyanı ikitərəfli müqavilə imzalamağa dəvət etdik ki, dövlətlərarası hüquqi münasibətlərimiz beynəlxalq strukturlar tərəfindən yoxlanılmasın, ratifikasiya əlaqələrimizə təsir göstərməsin. Hələ cavab almamışıq, amma Roma Statutunun qüvvəyə minməsinə hələ çox var. Hüquqi baxımdan iki ölkəyə aid məsələlərlə bağlı beynəlxalq məhkəmə qərarlarının tətbiqini istisna edən saziş imzalaya bilərik”. Arşakyanın bu təklifini Rusiya rədd edir və bildirir ki, İrəvan Roma Statutundan geri çəkilməlidir. Əks halda Rusiya müvafiq cavab tədbirləri görəcək. Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri, Liberal-Demokratlar Partiyasının sədri Leonid Slutski bildirib ki, Ermənistan dost olmayan addım ataraq Roma Statutunu imzalamazdan əvvəl Rusiya öz təkliflərini vermişdi. Lakin İrəvan bu təkliflə razılaşmayıb. L.Slutskinin sözlərinə görə, indiki vəziyyətdə Ermənistanla saziş imzalamaq çıxış yolu deyil: “Ermənistanın Rusiyaya Beynəlxalq Cinayət Məhkəməsi haqqında Roma Statutunun tələblərindən yan keçməyə imkan verən dövlətlərarası saziş imzalamaq təklifi “pis oyunda yaxşı mina” kimi görünür. Ermənistan Roma Statutunu ratifikasiya etməklə Rusiyaya qarşı tamamilə qeyri-dost addım atıb. Ermənistan tərəfinin bununla bağlı gətirdiyi arqumentlər inandırıcı görünmür. Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Federasiyası ilə bağlı siyasiləşmiş və ölkəmiz üçün hüquqi əhəmiyyət kəsb etməyən qərarlar qəbul edən qərəzli qərbyönümlü strukturdur. Ona görə də indiki vəziyyətdə Ermənistanın təşəbbüsü ilə sazişin bağlanması problemin həlli üçün resept ola bilməz”. Federasiya Şurası beynəlxalq məsələlər komitəsi sədrinin müavini Vladimir Cabbarov da Rusiyanın Ermənistanla saziş imzalamayacağını bildirib. Senator deyib ki, Rusiya ümumiyyətlə Beynəlxalq Cinayət Məhkəməsini tanımır və bu qurumla bağlı hər hansı sənəd imzalamaq fikrində deyil: “Əgər biz bundan sonra da sülh və mehriban qonşuluq şəraitində yaşamaq, bir-birimizə yardım etmək və qarşılıqlı dəstək olmaq istəyiriksə, erməni həmkarlarımız Roma Statutuna qoşulmaq qərarlarını geri çağırmalıdırlar”. Xatırladaq ki, Ermənistan parlamenti oktyabrın 3-də Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu ratifikasiya edib. Bundan əvvəl, 2023-cü ilin martında Beynəlxalq Cinayət Məhkəməsi Haaqada Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib.

Rusiyanın “Kommersant” qəzeti bunlar fonunda yazır ki, iki ölkənin nümayəndələri mütəmadi olaraq ittihamlar mübadiləsi aparırlar: “Ermənistanın Baş naziri Nikol Paşinyan media vasitəsilə siqnallar verir ki, İrəvan təhlükəsizlik sahəsində Rusiyanı əvəz edəcək güc axtarır. Moskva Ermənistan hakimiyyətinə dialoq deyil, müxtəlif yollarla izah etməyə çalışır ki, onun alternativi yoxdur. Rusiya-Ermənistan münasibətlərində ən böyük qıcıqlandırıcı fakt respublika parlamentinin ratifikasiya etdiyi, daha sonra isə prezident Vaaqn Xaçatryanın imzaladığı Roma Statutu hesab edilməlidir. Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putin və uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order vermişdi. Rusiya rəsmiləri bu addımı qeyri-dost addım hesab etdiklərini bildiriblər. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya və Ermənistanın bütün problemləri ikitərəfli kanallar vasitəsilə həll etdiyini desə də, bu kanalların nə olduğu aydın deyil. Son zamanlar isə iki ölkənin Xarici İşlər nazirliklərinə səfirlərin çağırılması formasında “təmaslar” baş tutub: Rusiya səfiri Sergey Kopırkin Ermənistan XİN-ə, Ermənistanın Rusiyadakı müvəqqəti işlər vəkili Rusiya XİN-ə dəvət edilib. Ölkələr bir-birinə nota təqdim edib”. Nəşrin Rusiya dövlət strukturlarındakı mənbələri təsdiqləyiblər ki, Ermənistan Rusiya ilə əlaqələrə “pauza” verib. Məqalədə qeyd edilib ki, bunu Nikol Paşinyanın “Voll Strit Jurnal” nəşrinə müsahibəsində “Rusiya hərbi bazalarının Ermənistanda olmasının üstünlüyünü görmürük” sözlərinə Kreml sözçüsü Dmitri Peskovun cavabı da sübut edir. Peskov Paşinyanın “Voll Strit Jurnal” vasitəsilə “əlaqə saxlamasının” yaxşı hal olmadığını, bu açıqlamanın İrəvan tərəfindən rəsmi qaydada izah ediləcəyini gözlədiklərini bildirmişdi”. Erməni siyasi ekspert Qohar Qabrielyan qeyd edir ki, Ermənistan ciddi problemlərlə üzləşə biləcəyini anlayaraq, Rusiyanın qəzəbini yumşaltmağa çalışır: “Rusiya rəsmiləri bunu müvafiq nəticələri olacaq düşmənçilik hesab edəcəkləri barədə xəbərdarlıq etsələr də, Ermənistan hökuməti geri addım atmadı, statutu təsdiqlədi. Qeyd edim ki, Beynəlxalq Cinayətlər Məhkəməsi Vladimir Putin və bu ölkənin ombudsmanı barəsində axtarış elan edib. Roma Statutunu ratifikasiya edən hər bir ölkə Rusiya prezidentini, öz ərazisinə girərsə, həbs etməyə borcludur. Belə demarşdan sonra Ermənistan indi münasibətləri yumşaltmağa çalışır. XİN bildirib ki, Ermənistan Rusiyanın narahatlığını aradan qaldıra biləcək müvafiq ikitərəfli sazişin bağlanması təklifini verib. Ruslar bunun ilk növbədə hüquqi məsələ olmadığını, sadəcə Paşinyanın şıltaqlığı olduğunu anlayaraq, Roma Statutunun ratifikasiyasından istifadə edərək mövcud rejimə qarşı əlavə cəzalar tətbiq edəcəklər. Ola bilsin ki, bundan daha çox əziyyət çəkən indiki hakimiyyət deyil, Ermənistanın sadə vətəndaşları olacaq”.

Tahir TAĞIYEV







VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Ərdoğan 1-ci zəngi NATO-nun baş katibinə, 2-cini İlham Əliyevə etdi - niyə?..

Media savadlılığı niyə vacibdir?..

SON XƏBƏRLƏR

18.12.2024 | 19:18
“Müasir dövrdə media savadlılığının artırılması günümüzün əsas tələbləri sırasındadır” - Vüqar Rəhimzadə

18.12.2024 | 19:14
TƏBİB-in təşkilatçılığı ilə “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” keçirilib - FOTO

18.12.2024 | 19:05
Milli adət və ənənələr uğura gedən yolda əsas təməl daşlarından biridir

18.12.2024 | 18:51
Ermənistan Qarabağda tutulmuş hərbi caniləri azad etdirə bilmədi...

18.12.2024 | 18:38
Trampdan Zelenskiyə qarşı daha bir jest - "gəlir gəlsin, özü bilər" dedi...

18.12.2024 | 18:24
Ermənistan parlamenti 44 günlük müharibəyə dair araşdırmaların nəticələrini gizlətdi...

18.12.2024 | 18:14
Sahibə Qafarova Ankarada Ərdoğanla görüşdü - FOTO

18.12.2024 | 18:10
Rusiya Ermənistanın xarici ticarətində 1-ci yeri tutur - baş nazir açıqladı...

18.12.2024 | 17:57
Ermənistan müharibə canilərinin işi üzrə Bakı ilə əməkdaşlıqdan qaçır...

18.12.2024 | 17:43
Azərbaycan QHT-ləri YUNESKO-ya qarşı daha sərt addımlar atacaqlar....

18.12.2024 | 17:31
İsveçrə parlamentindən absurd qərar - “Bakı Dağlıq Qarabağla dialoq qursun”...

18.12.2024 | 17:18
Azərbaycanda media savadlılığı üzrə vahid Strategiya hazırlandı...

18.12.2024 | 17:07
Sumqayıtda 127 min manatlıq quldurluq - şirkət avtomobilinin qarşısını kəsib sürücünü soydular... - VİDEO

18.12.2024 | 16:55
Rus qazı Avropanı parçaladı - Mərkəzi Avropa ölkələri Ukrayna dəstəkçiləri ilə üz-üzə gəldi...

18.12.2024 | 16:47
Bələdiyyə seçkilərində namizədliyini irəli sürənlərin sayı açıqlandı - 263 nəfər qeydə alınıb...

18.12.2024 | 16:42
Yaxın günlərdə Ermənistan-Azərbaycan delimitasiya komissiyanın iclası keçiriləcək

18.12.2024 | 16:22
Eşqi, məhəbbəti Vətən olan qəhrəman Vüsal... - FOTO

18.12.2024 | 16:10
Zaxarova Ermənistanın hökumətyönlü “Telegram” kanallarını oxumamağı tövsiyə etdi - xəstələnə bilərsiniz...

18.12.2024 | 16:04
Prezident “Şahdəniz”lə bağlı sərəncamda dəyişiklik etdi

18.12.2024 | 16:03
“Yalançı dördlük” – “Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde” - Azərbaycana qarşı qərəzli kampaniyaya başladılar" - Prezident

18.12.2024 | 15:57
Gənclər və İdman Nazirliyinə bir milyon manat ayrıldı

18.12.2024 | 15:51
Milli Məclis İsveçrə Parlamentinin qərəzli mövqeyini tamamilə yolverilməz adlandırdı

18.12.2024 | 15:37
"Borrel bir neçə onillik əvvəl yaşasaydı, diktator Frankonun yaxşı xarici işlər naziri olardı" - Prezident

18.12.2024 | 15:30
Prezident İlham Əliyev Gürcüstandakı etirazlar haqqında: "Yenə də Makronun qulaqları görünür"

18.12.2024 | 14:49
Ankarada Azərbaycan və Türkiyə parlament sədrlərinin görüşü olub

18.12.2024 | 14:46
HTŞ ilə Rusiya arasında gizli danışıqlar gedir - Suriyadakı rus bazaları masada... Əsəd təhvil veriləcəkmi?

18.12.2024 | 14:40
"Azərbaycan ədəbiyyatında Giya Paçxataşvilinin yeri" adlı kitabın təqdimatı keçirildi

18.12.2024 | 14:38
“SABAHIN VİCDANI” ADLI KİTAB TƏQDİM OLUNUB

18.12.2024 | 14:36
Prezident AAYDA-ya 9 milyon 960 min manat vəsait ayırdı

18.12.2024 | 14:35
“Azərbaycan Atabəyləri”

18.12.2024 | 14:30
Respublika Perinatal Mərkəzinin təmiri nə vaxt başlayacaq? - TƏBİB sədri açıqladı

18.12.2024 | 14:24
Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib - YENİLƏNDİ

18.12.2024 | 14:03
General Kirillovun qətlinə görə Özbəkistan vətəndaşı saxlandı - qətlin təfərrüatları açılır...

18.12.2024 | 13:54
Ucarda rabitə dirəklərindən kommunikasiya kabelləri oğurlayan qohumlar saxlandı

18.12.2024 | 13:27
Saatlıda pirotexniki vasitələrin satışını təşkil edən şəxs yaxalandı

18.12.2024 | 13:15
"Özəl tibb müəssisələri inkişaf etdikcə xəstələrin müalicə üçün xaricə üz tutması azalır" - Vüqar Qurbanov

18.12.2024 | 13:03
Почему армяне боятся тюрков? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

18.12.2024 | 12:50
Binəqədidə evdən 10 min manat dəyərində əşyalar oğurlayan şəxslər saxlandı

18.12.2024 | 12:27
"Hazırda Makron rejimi Fransanı uğursuz dövlətə çevirir" - Prezident İlham Əliyev

18.12.2024 | 12:12
Yük avtomobilini narkotikin təsiri altında idarə edən şəxs saxlanılıb

18.12.2024 | 12:07
Cəlilabadda məsciddən oğurluq edən keçmiş məhkum tutuldu

18.12.2024 | 11:48
Prezident Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışdı

18.12.2024 | 11:42
"İkinci Dünya müharibəsi nəticəsində müəyyən edilmiş oyun qaydaları bu gün artıq işləmir"

18.12.2024 | 11:37
Prezident İlham Əliyev: Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar Azərbaycan üçün praktiki təhlükə yaradır

18.12.2024 | 11:20
Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb

18.12.2024 | 11:20
Zurabişvili bu gün Avropa Parlamentində çıxış edəcək

18.12.2024 | 11:12
Prezident İlham Əliyev: "Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır"

18.12.2024 | 11:10
Türkiyədə FETÖ-yə qarşı növbəti əməliyyat keçirib -nazir açıqladı

18.12.2024 | 11:10
Prezident İlham Əliyev Qətər əmirini təbrik edib

18.12.2024 | 11:07
"İstər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir" - Prezident

18.12.2024 | 11:05
Bakının bu ərazilərində yaşayış və qeyri-yaşayış sahələri qiymətləndiriləcək - Dövlət Komitəsi

18.12.2024 | 11:03
Azərbaycan erməni məsələsini necə həll etməlidir? - CANLI

18.12.2024 | 11:00
Ruanda soyqırımında ittiham olunan fransalı ömürlük həbs olundu

18.12.2024 | 10:29
"Regionlarda ciddi həkim çatışmazlığı var" - TƏBİB rəsmisi

18.12.2024 | 10:20
"ABŞ-ın köməyi olmadan Rusiya ilə danışıqlarda zəifləyəcək" - Ağ Ev-dən Ukraynaya XƏBƏRDARLIQ

18.12.2024 | 10:15
Dəm qazı yenə can aldı - bu dəfə Xaçmazda...

18.12.2024 | 10:10
Pirotexniki vasitələr satılan mağaza aşkarlanıb - DİN məlumat yaydı

18.12.2024 | 10:05
Bakı-Quba yolunda “Sürətli Keçid Kartı”nın tətbiqinə başlanılıb

18.12.2024 | 10:02
Dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA

18.12.2024 | 10:00
İki amerikalı astronavt 6 aydır Yerə qayıda bilmir...

18.12.2024 | 09:30
Şabranda narkotika alverçiləri yaxalanıb

18.12.2024 | 09:23
Banklar kreditin ödəndiyi barədə arayışı da müştəriyə müftə vermirlər - anormallıq...

18.12.2024 | 09:20
Ukrayna təslim olmaq və ya müharibəni dondurmaq istəmir - Zelenksidən Trampa MESAJ

18.12.2024 | 09:05
FİFA ilin ən yaxşılarını açıqladı - siyahıda kimlər var?

18.12.2024 | 09:00
Bu gün Bakının bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

18.12.2024 | 08:40
Ehtiyac meyarı 15 manat artdı - ünvanlı yardımlar nə qədər çoxala bilər?...

18.12.2024 | 08:30
Cənubi Koreya bu ölkəyə xüsusi texnikalar göndərdi - 7 ədəd K2 tankı...

18.12.2024 | 00:30
Media savadlı olmaq üçün nə etməliyik?

17.12.2024 | 21:18
Paşinyan Konstitusiyanın preambula hissəsini dəyişməkdən imtina etdi - saziş məsələsi qapanır...

17.12.2024 | 21:02
Trampın Ukraynaya soyuq münasibətinin kökündə şübhəli məqam var...

17.12.2024 | 20:47
Ərdoğan 1-ci zəngi NATO-nun baş katibinə, 2-cini İlham Əliyevə etdi - niyə?..

17.12.2024 | 20:33
Paşinyan Putinlə görüşmək üçün Aİİ sammitini Piterə salmışdı, Putin isə imtina etdi...

17.12.2024 | 20:30
Emin Ağalarov Özbəkistanda “Sea Breeze” turizm mərkəzi tikəcək - Şavkat Mirziyoyev bu təklifi dəstəkləyib

17.12.2024 | 20:18
Suriyanın təsirləri - Qərbi Azərbaycan konsepsiyası ermənilərin yuxusunu ərşə çəkib...

17.12.2024 | 20:05
Məhkəmə hakimləri ilə bağlı yeni komitə - Məhkəmə-Hüquq Şurası necə olacaq?...

17.12.2024 | 19:51
İsrailin Suriyada növbəti addımları - Ərdoğan hava qüvvələrinə "vurun" əmri verdi...

17.12.2024 | 19:37
Hind mediası Bakının Dehlidən silah almaq cəhdləri barədə ağ yalanlar yazdı...

17.12.2024 | 19:24
Fransanın Afrikada 70 illik uğurlarını Makron 7 ildə məhv etdi...

17.12.2024 | 19:09
9 ayda Azərbaycanın üzərindən 24 milyon tondan çox yük daşınıb...

17.12.2024 | 18:55
Qolanda İsrailin işğalı davam edir - Suriyanın gələcəyi üçün yeni narahatlıq mənbəyi...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031