KÖHNƏ VERSİYA            

Qədim Şumerlər də erməni imişlər?..

Image

Hafiz Cabbarov: “Bu, ermənilərin uydurduğu növbəti bir gülünc mifdir”  

Dünyada elə bir qədim xalq yoxdur ki, haylar özlərini onlara calaq etməyə cəhd göstərməsinlər. Adəmdən tutmuş Nuha qədər əksər müqəddəs adamları, böyük şəxsiyyətləri, qədim dövlətləri, xalqları “erməniləşdirməkdən” əl çəkmək istəmirlər. 

Uzun illərdir, Urartu dövlətinə, urartu xalqına sahiblənməyə çalışan, onları “haylaşdırmaqdan” çəkinməyən ermənilər indi də Şumerlərə qarmaq atırlar. Bir müddət əvvəl “Erməni Qartalları - Vahid Ermənistan” adlı partiyanın sədri Xaçik Asryan bildirib ki, şumerlər “ermənidirlər”, ermənilər “Şumer svilizasiyasının, hətta dünyada ilk dövlətin qurucularıdır”. Bu iddianın hardan qaynaqlandığı məlumdur, bu, ermənilərin özlərini “ən qədim xalq”, “qədim dövlətə sahib xalq” kimi qələmə vermək cəhdindən irəli gəlir. Bunlar harda qədim dövlətlər olubsa, onu öz adlarına çıxıb, saxtakarlıqdan biçilmiş tarix kitablarında yazırlar. Nə zamansa “erməni sivlizasiyasının” olduğunu sübut etmək üçün saxtakarlıq qalmır ki, etməsinlər. 

İndi də Şumerlərdən yapışıblar ki, bu sivlizasiya da guya onlara aiddir. 

“Nikolski də, digər alimlər də öz araşdırmalarında ermənilər kimi uydurmalara yox, konkret faktlara əsaslanaraq şumerlərin türklərlə qohumluğunu, türklərin əcdadları olması ehtimalını irəli sürürlər” 

Tədqiqatçı Hafiz Cabbarov “Bakı-Xəbər”ə bildirdi ki, bu qeyri-ciddi, gülüş doğuran bir iddiadır, ermənilərin növbəti teatr tamaşasıdır. “Bu, ermənilərin uydurduğu növbəti bir gülünc mifdir. Hər bir xalqın keçmişində mifologiya olub. Ancaq bu gün mifologiyalar yetkin, inkişaf etmiş xalqlar üçün  artıq uşaqlar üçün olan nağıllara bənzəyir. Ermənilər isə, başqa xalqlardan fərqli olaraq, bu gün də miflər, mifologiya yaratmaqda davam edirlər. Ancaq onların mifləri maraqlı olmamaqla yanaşı, eyni zamanda da çox komik və gülüncdür. Birincisi, ən qədim zamanlarda hələ xalqlar yox idi. Xalqlar daha çox orta əsrlər dövrünün uzun sürən proseslərinin nəticəsidir. Məsələn, ingilis, fransız kimi xalqlar XV əsrdə, demək olar ki, formalaşıblar, eləcə də Avropanın digər xalqları, o cümlədən də digər xalqlar. Ermənilərin şumerlərlə bağlı uydurmalarına cavab olaraq onu bildirmək istəyirəm ki, bu iddianı irəli sürənlər elmdən uzaq adamlardır, bu dedikləri uydurmadan başqa bir şey deyil. Özü də çox gülünc bir uydurmadır.

Şumerlər kimdir? Şumerlərin tarix elmində kimliyi haqqında məsələ indiyə qədər mübahisəlidir. O dəqiqdir ki, bunlar hind-Avropa dil qrupuna aid deyil. Bunu dünya tarixçiləri birmənalı olaraq qəbul edir. Ermənilər isə hind-Avropa dil qrupuna aiddir. Bu da təsdiqləyir ki, şumerlərin ermənilərlə heç bir əlaqəsi yoxdur. Ancaq bir sıra məqamlarda onların dillərində olan 200-dən çox söz türk sözləri ilə oxşardır. Bu sizə adi gəlməsin. Çünki qədim dillər o qədər zəngin deyildi, minilliklər keçdikcə dillərdə sözlərin sayı artıb və dil zənginləşib. Sizə bir misal çəkim, şumerlər özlərinə kenger deyirdilər. Bilirsiz ki, kenger isə qədim türk tayfalarından biri olan Kəngərlilərin adı ilə bağlıdır və hətta Kəngərlilər Azərbaycan xalqının formalaşmasında mühüm rol oynayıb. Kəngərli tayfasının Naxçıvan bölgəsində də məskunlaşdığı məlumdur. Digər bir mühüm fakt da var ki, şumerlər öz Tanrılarına dengir deyirdilər. Fikir verirsinizsə, türklərin də Tanrısı tenqri adlanır. Tanrının tenqri  adlandırılması yalnız türklərə məxsusdur. Bilirsiz ki, hər bir dildə ən qədim sözlərdən biri “Tanrı”, “ilah”, “Allah” və sairdir. Hər xalq Tanrının adını özünə məxsus şəkildə çəkir. Tenqri və dengir sözünün yaxınlığına diqqət çəkən bəzi alimlər şumerlərin türk olma ehtimalını irəli sürürlər.  

Bəs dünya tarixçiləri niyə şumerlərin türk olduğunu qəbul etmək istəmirlər? Çünki tarixi Avropa mərkəzçiliyindən yazırlar və bəzən türk tarixinə bir qədər qısqanclıqla yanaşırlar. Hətta XIX əsrdə yaşayan fransız tarixçi-filosoflardan biri, səhv etmirəmsə, Ernest Renan  türklərlə bağlı hansısa qədim tarix olanda deyirmiş ki, bu başqa xalqların adları ilə yazılsın, türklərə aid edilməsin.  Ancaq bizim iddialarımız ermənilərinki kimi uydurmalardan ibarət deyil. Biz, sadəcə olaraq, faktlar əsasında şərh edirik. Təbiidir ki, birmənalı olaraq “şumerlər türk idi” demirik. Çünki dediyim kimi, o dövrdə heç bir xalq formalaşmamışdı, sadəcə, şumerləri türklərin formalaşmasında mühüm rol oynayan başlanğıc etnos kimi götürmək mümkündür. Amma yenə də deyirəm, bu sadəcə olaraq ehtimaldır, dildəki bir sıra adların və sözlərin oxşarlığı baxımından deyirik bunu. Ancaq qəti olaraq demək olar ki, şumerlərin  ermənilərlə heç bir əlaqəsi yoxdur. Çünki ermənilərin Balkan yarımadasından, bəzən də Hindistan tərəfdən gəldiklərini deyirlər. Hazırda mötəbər qəbul olunan tarixşünaslıqda onların Balkan yarımadasından Kiçik Asiyaya gəlmələri barədə məlumatlar var.   Ancaq bəziləri onların Hindistandan gəldiyini deyir”.

H.Cabbarov bildirdi ki, ermənilər özləri vahid bir xalq deyil, müxtəlif xalqların qaynayıb-qarışması nəticəsində formalaşan, onların Hindistandan gələn qaraçı əhalisi olması ehtimalı yüksəkdir. O vurğuladı ki, amma ermənilərin qədim sivilizasiyalara heç bir töhfəsi olmayıb, əslində onlar həmişə sivilizasiya düşməni olublar. O qeyd etdi ki, sivlizasiya yaradan xalqlar sivilizasiyalara qarşı düşmənçilik etmirlər. “Bunu elə yaxın tariximiz də göstərir. Azərbaycan xalqının mirası olan Qarabağı işğal etdikdən sonra burda xalqımıza məxsus maddi-mədəniyyət nümunələrini məhv etməklə məşğul idilər, bəzilərini isə saxtalaşdırıb öz adlarına çıxmaq istəyirdilər. Ancaq bu, tarix elmində qəbul edilən deyil. Bir daha qeyd etmək istəyirəm ki, dünyada qəbul olunan tarix elmində şumerlərlə ermənilər yaxından-uzaqdan əlaqələndirilmir, bu qəbul edilmir və elmdə şumerlərin hind-Avropa dil qrupuna aid olması birmənalı olaraq qəbul edilmir, ermənilərsə hind-Avropa dil qrupuna aiddir. Bir sözlə, yenə də ermənilər baltanı daşa vurublar və çox gülünc bir mif yaradıblar. Buna başqa cür yanaşmaq olmaz, bunun üzərindən ironiya ilə keçmək olar. Bu, növbəti erməni uydurmasıdır. Zatən, bunların tarixi, mədəniyyəti, hər şeyi uydurmadır. Bir xalqın ki, insan adlarının əksəriyyəti başqa xaqlardan, dilləri belə türk, fars və sair xalqların dilindən götürülə, demək, bu xalq yerli xalq deyil”. 

Şumerlərin dünyada populyar olan araşdırmaçılarından biri olan Samuel Noah Kramerin “Tarix Şumerdən başlayır” adlı bir əsərinin də olduğunu deyən H.Cabbarovun sözlərində görə, o da, Leonard Kinq də, rus arxeoloqu Nikolski və başqaları da dil və maddi-mədəniyyətin oxşarlığı baxımından şumerlərin türklərlə əlaqəsinin olması ehtimalının yüksək olduğunu irəli sürürlər.  “Dediyim kimi, şumerlərin dilində olan bir çox sözlər türk sözü ilə uyğundur, dil quruluşu da həmçinin. Bir çox alimlər bunu maddi-mədəniyyət nümunələri əsasında bildirir. Məsələn, rus arxeoloqu Nikolski deyir ki, Türkmənistandakı Anova kurqanında tapılan maddi-mədəniyyət nümunələri ilə şumerlərin məzarlarında olan maddi-mədəniyyət nümunələri, demək olar ki, eynidir. Nikolski də, digər alimlər də öz araşdırmalarında ermənilər kimi uydurmalara yox, konkret faktlara əsaslanaraq şumerlərin türklərlə qohumluğunu, türklərin əcdadları olması ehtimalını irəli sürürlər. Ancaq ermənilərin bu fikri uydurmadır”-deyə H.Cabbarov bildirdi.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:43
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs edildi

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031