Bakıda kiberdələduzluq - üç nəfəri aldadıb bank kartlarını soydular...
Bakı şəhərində kiberdələduzluq faktı qeydə alınıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, paytaxt sakini olan 3 şəxs aldadılaraq bank hesabları və kartlarından 1500 manata yaxın maddi vəsait oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməllərini törətmiş şəxslər Ü.Qasımov və A.Əhmədov müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalar davam etdirilir.
ZÜMRÜD